ƏSNƏMƏ HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Əsnəmə, gün ərzində orqanizmin müxtəlif şəraitlərlə əlaqədar olaraq ehtiyac duyduğu oksigen tələbatını təmin etmək üçün meydana çıxır. Xüsusilə, beyin, ürək əzələsi və skelet əzələlərinin oksigen ehtiyacını təmin etmək üçün, qandakı oksigen miqdarının azalması nəticəsində baş verir. Orqanizm artan oksigen tələbatını əsnəmə ilə bərpa etməyə çalışır.

heyvanlarda əsnəməYuxu ilə əlaqəsi olsa da, bu əlaqə uzun müddət insanlar tərəfindən yanlış anlaşılmışdır. Belə ki, əsnəmə yuxuya hazırlıq deyil, tam əksinə yuxunu təxirə salmaq və beyni oyaq saxlamaq üçün baş verən fizioloji prosesdir.

Əsnəmə, sırf insana məxsus proses olmayıb, digər məməlilərdə, quşlarda və sürünənlərdə də rast gəlinən reflektor prosesdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, əsnəmənin orqanizmə ən mühüm təsirlərindən biri də bədənin, xüsusilə, beynin temperaturunda və qan dövranında baş verən dəyişikliklərdir. Belə ki, sərinləyən beyin daha yaxşı fəaliyyət göstərir. Tutuquşular üzərində artan, yüksək və stabil temperaturlu mühitlərdə əsnəmə prosesini öyrənmək üçün təcrübələr aparılıb. Müxtəlif temperaturlu şəraitlərdə aparılan təcrübələr zamanı məlum olub ki, mühitin temperaturu artırıldıqda tutuquşu daha çox əsnəməyə başlayır. Bu təcrübələr nəticəsində məlum olub ki, əsnəmə orqanizm üçün radiator funksiyası yerinə yetirir.

əsnəmək-hipotalamus Əsnəməni idarə edən mərkəz beynin hipotalamus adlanan şöbəsində yerləşir. Eyni zamanda hipotalamus duyğuların ifadə edilməsində mühüm rol oynayır. Buna görə də əsnəmə və duyğular arasında əlaqə mövcuddur. Mənəvi yorğunluq, can sıxıcı hadisələr və uzun müddət fiziki durğunluq hallarında hipotalamusa göndərilən məlumatlar əsnəməmizə səbəb olur.

Elm adamları iradi və ya qeyri-iradi olaraq baş verən əsnəmələrin bizə bədənin cinsi əlaqəyə dəvət şəklində bir mesajı olduğunu iddia edirlər. Empati qabiliyyəti yüksək olan insanlarda daha çox rast gəlinən əsnəmənin, digər insanlara da keçə bilən psixoloji bir hal olduğu da məlumdur.

Müəllif: Mustafa Kartal
Hazırladı: Murad Xəlilli

VN:F [1.9.16_1159]
Rating: +18 (from 18 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

2 comments

  1. Hörmətli Mustafa məqaləyə görə təşəkkür edirəm. Maraqlı məqalədir. Bir şey qeyd edim ki, şəxsən mən soyuq havalarda daha çox əsnəyirəm. Tempraturlu əlaqəsini özümdə hiss etməmişəm. Amma sizə çox maraqlı bir şey deyim. Deməli, məqalədə də qyed etdiyiniz kimi əsnəmə “yoluxucu”-dur. Bir nəfər o, birinin əsnəməsini görəndə, 99% hallarda o da əsnəyir. Bndan da qəribə bir hal var. Özüm bəzi yoldaşlarla oturanda nəzər etmişəm ki, mən səssiz belə əsnəyəndə belə, yanımdakı yoldaşlar mənim əsnəməyimdən xəbərdar olmadan belə onlar da əsnəyiblər.

    İslamda bəzi hədislərdə əsnəmə zamanı ağızı əlin tərs tərəfi ilə tutmaq, həm ədəbsizlik həm də insanın bədəninə ağzından şeytan girməsin deyə bəzi hədislər var. Dəqiq mənbəni təəsüf ki, göstərə bilməyəcəm. Amma məncə əsnəmə psixoloji “RESET” düyməsi rolundan əlavə məsələləri də özündə ehtiva edir. Yəni bir az geniş məfhumdur əslində. Olduqca mistikdir. Mistik deyərkən mən qeyr-adi bir şey yox, sadəcə araşdırılmamış anlamda nəzərdə tuturam.

  2. Salam
    Məndə əsnəmə kitab, dərs və sairə oxuyan kimi başlayır, gözümü yaşardaraq görməyə mane olur. Sanki qəsdən işimi pozmağa çalışır. Bu xarakter hətta aşağı siniflərdə oxuyandan bəri məndə vardır.
    Sizin bu məqalənizə də bununla bağlı internetdə var-gəl edərkən rast gəldim.
    Bəs görəsən elə bir əlac vardırmı ki təbii olaraq dərhal onu aradan qaldırsın ?
    Təşəkkür edirəm !

Rəşid üçün bir cavab yazın Cavabı ləğv et