ƏXLAQ, YOXSA İNSTİNKT

cocuklarin-hayvan-sevgisi-3Əxlaq doğuşdandırmı, yoxsa zamanla formalaşır? Əxlaq necə formalaşır? 

İnsanı fərd olaraq ələ alarsaq, o zaman əxlaq anlayışı bir mahiyyət kəsb eləmir. Fərdin əxlaqı olur, amma cəmiyyət fonunda. Əxlaq, öz anlamını sosial mühitdə, cəmiyyətdə qazanır. Ən azı iki fərdin münasibətləri çərçivəsində formalaşır. Fərdi olanda sadəcə instinktiv davranışlar olur. Fərd öz instiktləri ilə ortaya çıxır. Və bu fərdlər bir yerə toplaşdıqca bu instinktlər məcmusu fərdin mənafeyindən çıxır, toplumun mənafeyinə uyğyun formalaşır və biz bunun adına əxlaq deyirik.

İnsanda doğuşdan, təbii olaraq əxlaq varmı? Bir qism insanlar “insanda yaranışdan müsbət və mənfi əxlaq (xülq, xarakter) var, insan cəmiyyət olmadan belə, yalnız təbiətə qarşı davranışına görə də müsbət və ya mənfi əxlaqlı ola bilər” deyir. Məncə bu cür yanaşmada əxlaq daha çox dini qavram olaraq ələ alınır. Əxlaq dediyimiz məhfum doğuşdan deyil. Amma doğuşdan olan bir şeylər var əlbət. Mən buna instinkt deyərdim. İnstinktlə əxlaq arasında fərddən cəmiyyətə doğru bir irəliləyiş, bir təkamül vardır.

Cəmiyyət, instinktiv davranışlı mövcud fərdlərin bir araya toplaşmasıdır. Müxtəlif “mən”-lər bir araya gələrək “biz”-ə çevrilir. Burada “biz” insan mərkəzlidir. İnsan təbiətdən uzaqlaşaraq onunla əhəngini pozur. Sonra isə təbiət əxlaqına vəhşilik deyir. Əxlaq, elə insanın yalnız öz növünə (insana) “biz” deməsinə görə yarandı. İnsan təbiətlə ahənginə biz desə idi əxlaq yox, instinkt hakim olardı. Bu yaxşıdır ya pis, artıq başqa mövzudur.

Təbiətlə münasibətdə ortaya çıxan davranış insanın yaşama uğrunda mübarizə fonunda gerçəkləşir. İnsan ev tikmək üçün, ocaq qalamaq üçün ağac kəsər kifayət qədər. Amma həm də fərqindədir ki, meyvə yemək üçün istədiyini kəsib doğraya bilməz. Normal cəmiyyət sistemində bir insanı öldürmək vicdan əzabı verər, zülm adlanar, cinayət olar. Amma müharibə şəraitində insan vəhşi qatilə çevrilir.

əxlaq-instinkt.Cəmiyyət içində əxlaq özü belə müxtəlif coğrafiya və mədəniyyətlərə görə müxtəlif çalarlara malikdir, müxtəlif cür şərh olunur. Bu mədəniyyətə, bu sistemə, bu coğrafiyaya aid olmayan digər biri üçün bütün bunlar sadəcə hadisədir. Sanki hissiz bir izləyicidir və onun üçün baş verən pis və yaxşılar eyni qüvvəlidir. Əslində fərdlər də belədir. Özlüyündə hər fərd bu tip izləyicidir. Situasiyaya uyğun olaraq. Toplum içində yarıçılpaq qadın görən kişi hamı kimi əxlaqlı görünmək üçün o qadına əxlaqsız deyəcək. Amma təklikdə qalsa onun bu durumundan faydalanmaq instinktinə sədd qoymayacaq.

“Ayrı-ayrılıqda bir fərd olaraq əxlaqsız olan insanlar bir araya gələrək əxlaqlı olurlar.” Montesque
“Əxlaqi hadisələr yoxdur, hadisələrin əxlaqi şərhi vardır.” Nitsşe

VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın