15 DAŞ OYUNUNDA 16-CI DAŞ

adəm-iblis-kəşf
Və o çatışmayan yerdən istifadə edərək bütün həyat düzənimizi qururuq.

Həyat fəaliyyətimizin nə qədər genişlənməsinə baxmayaraq, daim bir yerlərdə boşluq hiss edirik. Sanki nəsə çatmır. Bu belə olmalıdırmı, ya biz nəyisə düz etmirik görəsən? Bu haqda çox düşünmüşəm mən. Gəldiyim qənaətə görə bu boşluq labüddür və bir funksiyası vardır. Əslində, inkişaf dediyimiz şey də elə buradan başlayır. Qüsurlu haldan daha yaxşısını düzəltmək və müqayisəli baxış bucağı formalaşdırmaq. Bunların cəm adı çatışmamazlıqdır. Və o çatışmayan yerdən istifadə edərək bütün həyat düzənimizi qururuq.

Bu 15 daş oyununa bənzəyir. O vaxtlar belə bir oyun var idi:
Əl boyda bir qutuda 16 xanaya 15 rəqəmdən ibarət pərakəndə şəkildə daşlar yerləşdirmişdilər. Qalan o bir boşluqdan istifadə etməklə o rəqəmləri ardıcıl düzmək lazım idi. Boş qalan 16-cı xananın anlamı nədir?
Quranda insanlıq obrazı kimi təsvir olunan Adəm və onunla birgə İblis (ümidsizlik) dialoqu qurulur. Adəmi yer üzündə memar olaraq vəzifələndirilir, inkişaf və təkamülə yol alır. Bəşər halında ikən qan tökən və fitnə salaraq yaşayan bu varlıq anlam və dəyər (ruh) sayəsində insanlıq tarixinə qovuşur.
Və bu zaman mələklər buna etiraz edir, sanki. Bu zaman Adəm meydana çıxır və kəşf etmə, ortaya çıxarma, istehsal etmə qabiliyyətinə görə ən dinamik olduğunu sübut edərək qalib olur.

Bircə İblisi (ümidsizliyi) özünüzə təslim etməyin...
Bircə İblisi (ümidsizliyi) özünüzə təslim etməyin…

Bu zaman mələkə-kələmə (kəlam) çevrilir. Kəlam insanlığı ən böyük silahına çevrilir.
Hər şey Adəmə səcdə edir. Səcdə sadəcə əyilmək deyil, qulluğa girməkdir. Yəni insan məsul olduğu qədər hər şey onun istifadəsinə verilir.
Amma bir şey bu vəhdətə qovuşmur, bir boşluq yaranır sanki. Bu İblisdir, ümidsizlik… Hamı elə bilir ki, İblis Allahın əmrinə girmir. Amma elə deyil… Allah İblisin özünü qəsdən insana təslim etmir. Hər şey, insan qarışıq nizama tabe oldu, təslim oldu. Yeganə şey- ümidsizlik təslim olmadı, çünki Allah belə istədi. O dedi ki:
Məsul ola biləcəyiniz hər şeyi ixtiyarınıza verirəm, bircə İblisi (ümidsizliyi) özünüzə təslim etməyin, ona salam verməyin və ona yaxın olmayın. Bu bir boşluq yaradacaq sizdə, eybi yox. Zatən həyat fəaliyyətiniz bu boşluqdan istifadə etmək və orada qalmamaqla bir düzən yaratmağınızdır.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   14  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın