PUL – ƏN AZ SORĞULANAN İNANC SİSTEMİ

pulSiyasi, rəsmi və dini təşkilatlar, sosial sinif, ailəvi dəyərlər də daxil olmaqla  cəmiyyət bir sıra təşkilatlardan ibarətdir. Bu təşkilatların anlayışımız və baxış bucağımıza təsiri çox böyükdür. İçinə doğduğumuz bu vəziyyətlərə görə yaradılırlar və səbəbləndirilirlər. Bütün bu sistemlərin arasında pul sistemi qədər yanlış anlaşılanı yoxdur.  Pul sistemi bu günə qədər  ən az sorğulanmış inanc şəklidir deyə bilərik. Pulun necə yarandığı, onu idarə edənlər və pulun cəmiyyətə təsiri nüfuzun böyük hissəsinin maraqlanmadığı məsələlərdir. Yaşadığımız dünya elə bir dünyadır ki, mövcud zənginliyin 40 %-nə  cəmiyyətin 1%-i sahibdir. Hər gün 34.000 uşağın yoxsulluq və xəstəlikdən öldüyü, nüfuzun 50%-nin gündə 2 dollardan az gəlirlə yaşadığı bir dunyadır.  Bir şeylər düz getmir. Biz fərqində olsaq da, olmasaq da mövcud təşkilatların, sistemin və cəmiyyətin can damarı “pul”dur. Buna görə də pul sisteminin necə işlədiyini  anlamaq, niyə bu şəkildə yaşadığımızı anlamamız üçün vacibdir. Təəsüf ki, iqtisadiyyat qarışıq və sıxıcı qəbul edilir. Bitmək tükənmək bilməyən iqtisadi terminlər və riyaziyyat insanları anlama səyindən uzaqlaşdırır. Gərçəkdə isə iqtisadi sistemə geyindirirlmiş qarışıq maskadan ibarətdir. İnsanlığın qatlanmaq məcburiyyətində qaldığı ən iflic edici prosesi gizləmək üçün planlaşdırılmışdır.

Pul borcdan yaradılır.  Pulun ya da dəyərin borcdan yaxud öhdəlikdən yaradıldığı paradoksu insanların başını qarışdıra bilər. Məsələn: ABŞ bir miqdar pula ehtiyacı olduğuna qərar verir. “FED”dən borc alır. Nəticədə hökumət “FED”ə borclanır. Banklar mövcud aldıqları pula faiz ödəməzlər. Əgər ödəsəydilər pul yarada bilməzlərdi.

Sual: Bəs yeni yaradılmış pula dəyərini verən şey nədir?
Cavab: Hal hazırda dövriyyədə olan pul.

Yaradılmış pul dövriyyədəki pulun dəyərini azaldır. Bu inflyasiya cəmiyyətin üzərindəki gizli vergidir. Bizə göstərilən vəziyyəti düzəltmək üçün dövriyyədəki pulun artırılmasıdır.  Çünki heç kim “Pulun dəyəri ilə oynayaq”, Pulun dəyərini düşürək” deməz.  Gərçək aldatma pulun dəyərini aşağı salmaqdır. Pul yoxdan var edildikdə qənaətlərimiz qalmır. Ortada sadəcə “sərmayə” deyilən şey qalır. Daha çox pul basıb, daha çox inflyasiya yaradarkən dünyadakı inflyasiya probleminin  həllini gözləyə bilərikmi?

pul-borc-köləXatırlayaq – pul borcdan yaranırdı. Maliyyə sistemində pul borcdur, borc da puldur. Nə qədər pul varsa, o qədər borc vardır. Nə qədər borc varsa, o qədər pul vardır. Yəni, cüzdanınızda olan hər bir dollar birinin digərinə borcudur. Hökumət də daxil ölkədəki hər kəs borclarını ödəyə bilsə, dolanımda 1 dollar belə qalmaz. 1835-ci ildə ABŞ tarixində milli borclar tamamən ödənilmişdir. Həmin ildə Andrew Jackson Mərkəzi Bankı bağlamışdır.

Andrew Jackson: “Mərkəzi Bankın hökuməti nəzarətdə saxlamaq üçün arsız cəhdləri göstərməkdədir ki, bu təşkilatın davamlılığı yaxud bənzərinin qurulması ABŞ xalqının sonsuza qədər  aldadılmasına yol açacaq”. Bu mesajın ömrü çox qısa oldu. 1913-cü ildə yeni Mərkəz Bankı quruldu. (FED) Amerikan vətəndaş müharibəsində Prezident Linkoln Avropa bankları tərəfindən təklif edilən yüksək faizli kreditləri diqqətə almamışdır. Müstəqil, borcdan təmizlənmiş pul vahidi yaratmaq istəyirdi. Buna  “Greenback” adı verilmişdi. Avropa: “Greenback”-ə icazə verilməməlidir, çünki ona nəzarət etmək şansımız olmayacaq” deyirdi.

Hal-hazırda FED tərəfindən gerçəkləşdirilən şey dünyadakı bankların çoxunda tətbiq olunan “Müasir köləlik sistemi”dir. Düşünün- borcdan yaradılan pul. İnsanların borcu olduğunda nə edər?  Ödəmək üçün işləyər. Pul ancaq və ancaq borcdan yaranırsa cəmiyyət necə borcdan qurtaracaq? Qurtara bilməz. Məsələ budur.  Heç vaxt geri ödənilməsi mümkün olmayan faiz yaradılmaqdadır. Bu da ödəniş – kölə münasibətini davam etdirəcək.  Gerçəkdə, sadəcə piramidanın təpəsindəki elit insanların faydalana biləcəyi bir imperatorluğu gücləndirir. Onlar dəstəklədikləri şirkətlər və hökumətlə gərçək əfəndilərdir. Gerçək köləlikdə kölələrə ev və yeyəcək verilir. Ekonomik köləlikdə isə insanlar ərzaq və digər ehtiyaclarınıözləri qarşılamaq məcburiyyətindədir. Bu cəmiyyəti öz maraqları istiqamətində istifadə etmək üçün bu günə qədər yaradılmış ən dahianə hiylədir. “Borc” cəmiyyəti fəth etmək və kölələşdirmək üçün yaradılan silahdır. Faiz isə onun cəbhəxanasıdır.  Əksəriyyət bu gerçəyin  fərqində olmadan yaşarkən banklar güclərini artırmaq üçün hökumətlər və şirkətlərlə işbirliyi  edərək daha mükəmməl üsullar yaradır. Dünya Bankı, Beynəlxalq Pul Fondu (İMF) kimi yeni təşkilatlar meydana gətiririlər.

neft-pulBİR İQTİSADİ GÜCÜN ETİRAFLARI:

Şirkətlərimizin göz diktiyi neft kimi qaynaqları olan ölkəni müəyyənləşdirdikdən sonra Dünya Bankı ya da digər qurumlardan o ölkə üçün çox böyük kreditlər təmin edirik. Ancaq pul o ölkəyə getməz. O ölkədə quruculuq işləri ilə məşğul olacaq bizə ait böyük şirkətlərin kassasına girər. Enerji stansiyaları, sənaye bölgələri, limanlar…  Bizim şirkətlərlə bərabər o ölkədəki bir neçə varlının faydalanacağı şeylər. Bunlar əksəriyyətin faydalanacağı şeylər deyil, amma bütün ölkə xalqı borcun altına girir. Bu elə böyük borcdur ki, geri ödəyə bilməzlər və bu planın bir parçasıdır. Daha sonra biz gedib onlara “ bizə çox borcunuz var və ödəyə bilmirsiniz, ona görə də neftinizi bizə ucuz satın, ölkənizdə hərbi baza qurmamıza icazə verin və ya əsgərlərimizi dəstəkləmək üçün dünyanın bir yerinə əsgər göndərin, məsələn: İraq, yaxud növbəti birləşmiş millətlər seçimində bizə səs verin”  deyirik. Ölkəni borca saldıqdan sonra borclarını ödəmələri üçün yenidən borc almalarını təklif edirik və daha çox faiz ödəyirlər. Bu zaman da yeni şərtlər irəli sürərərik ki, bu da o ölkənin qaynaqlarını satması ilə  nəticələnər.

Neft ölkəsi olaraq Azərbaycan da bu təsirlərdən kənarda qalmır. İqtisadi inkişafın sürətlə irəlilədiyi Bakımızda hər an yeni dəyişikliklər: eurovision, avropa oyunları, quruculuq və abadlıq işləri davam edir. Xalqın zehni geriliyi dövlətin iqtisadi irəliləməsinə mane ola bilmir. Hal-hazırkı böhrandan da qorxmaq lazım deyil. Azərbaycan zəngin ölkədir və ona kredit vermək istəyənlər çox olacaq.

Mənbə: Zeitgeist addendum
Hazırladı: Şahanə Nuriyeva

VN:F [1.9.16_1159]
Rating: +16 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın