ELMDƏ YENİ KƏŞF – CAZİBƏ DALĞALARI

Eynişteyn-cazibə dalğalarıBu günlərdə elm insanları, cazibəni və kainatı anlama yolunda böyük bir kəşf etdiklərini açıqladılar. Albert Eynşteynin nəzəriyyəsindən 100 il sonra, onun iddia etdiyi bütün kainata yayılan cazibə dalğalarını nəhayət müşahidə etdilər. Cazibə dalğalarını kəşfinin kosmosun bir çox sirrini həll etməkdə faydalı olacağı söylənilir.
Layihənin Avropadakı lideri olan Max Planck Qravitasiya Fizika İnstitutundan Professor Karsten Danzmann Higgs bozonunun mövcudluğu qədər əhəmiyyətli bir kəşf etdiklərini, bu kəşfin DNT-nin quruluşunun başa düşülməsi ilə bir tutulması lazım olduğunu söylədi.

Cazibə dalğaları nədir?
Kosmos-zamandakı dalğalar. İki böyük qara dəliyin toqquşması kimi şiddətli hadisələrlə doğulur və  bir hovuza daş atılanda səthində yaranan həlqəvi dağılmağa kimi yayılmağa başlayırlar. İşıq sürəti ilə hərəkət edən bu dalğalar zamanla yalnız qalaktikalar deyil, kosmos-zamanın bütününə yayılır. Həm də işığa bənzəyən bu dalğaların, işıqdan əhəmiyyətli bir fərqləri var: Onun kimi başqa cisimlər tərəfindən saçılmır, ya da udulmur, sorulmur. Yəni pozulmadan qalırlar. Bu səbəblə də elm insanları onlara “əla qasidlər” deyir. Bu dalğalarla göndərilən mesaj, aradan milyonlarla il də keçsə ilk günkü kimi qalır.

Bu kəşf, nə işə yarayacaq?
Kəşfi edən Ligo Əməkdaşlıq adlı beynəlxalq qrup, müşahidələrinin astronomiyada cığır açacağını və nəhayət Böyük Partlamanı anlamamıza köməkçi olacağını söyləyir. Çünki cazibə dalğalarının ilk olaraq kainatın meydana gəldiyi anda meydana gəldikləri və hələ kosmosda gəzdikləri təxmin edilir.
Professor Stiven Hokinq bu kəşfin elm tarixinə keçəcək bir an olduğunu söylədi. Qara dəliklər mövzusunda mütəxəssis olan Hawking, “Cazibə dalğaları, kainata baxmanın yeni bir yolunu təqdim edəcək bizə. Onları təyin edə bilməmiz astronomiyada inqilab yarada bilər” dedi və əlavə etdi: “Eynşteynin Nisbilik Nəzəriyyəsi təcrübə edildi və kainatın tarixi ərzində yaranmış bütün qara dəlikləri görməyi ümid edə bilərik. Hətta Böyük Partlama zamanı kainatdan qalan qalıqları belə görmək mümkün ola bilər.”

Luiziana və Vaşinqtondakı rəsədxanalar
Luiziana və Vaşinqtondakı rəsədxanalar

Elm insanları indi nələrə baxacaqlar?
Bu kəşf vasitəsilə kosmosun “Qaranlıq Kainat” deyilən və bu gün əlimizdə olan teleskoplarla görə bilmədiyimiz daha böyük olan hissəsini anlamaqda işə yarayacağı ümid edilir. Qara dəliklər, neytron ulduzlar ilk baxılacaq yerlər olacaq. Amma təbii əsas kosmosun dərinliklərində keçmişin və “Böyük Partlayış” nın izləri axtarılacaq.
Dünyanın müxtəlif yerlərindəki laboratoriyalar, illərdir L şəklindəki uzun tunellər boyunca lazer işıqları göndərərək kosmos-zamanın toxumasındakı dalğalanmaları təyin etməyə çalışırdılar. Dalğaların izi, interferometr deyilən alətlərlə ölçülən, bir atom böyüklüyündən qat-qat kiçik dəyişmələrdə axtarıldı. Sonunda ilk müşahidə, Dünyaya bir milyarddan çox işıq ili uzaqlıqda iki qara dəliyin toqquşması zamanı edildi. Üstəlik qara dəliklərin birləşməsi ABŞ-da Vaşinqton və Louisiana əyalətlərindəki iki ayrı Rəsədxanada (Laser Interferometer Gravitational-Wave Observatory – LIGO), 14 Sentyabr 2015-ci ildə, saat 13: 51-də eyni vaxtda müəyyən olundu. Yəni interferometrlər bir milyard ildən çox bir müddət əvvəl yaşanan hadisəni qeydə aldılar.

Həqiqətən ilk dəfə mi görüldülər?
2014-ci ildə Antarktikadakı Bicep-2 teleskopuyla çalışan araşdırmaçılar ilk kəşfi etdiklərini sanaraq elm dünyasını təəcübləndirdi. Ancaq iki həftə sonra, səhv analiz etdikləri ortaya çıxdı.

eynşteyn-qara dəlik-cazibə dalğasıEynşteyn nə demişdi?
Nisbilik Nəzəriyyəsini yazarkən ortaya atdığı nəzəriyyələrdən birində, bütün kainatın cazibə dalğalarıyla əhatə olunduğunu söyləmişdi. Eynşteynə görə kosmosda bir bölgədəki cazibə ani bir hadisə nəticəsində dəyişsə, o bölgədən kosmosa işıq sürətiylə cazibə enerjisi dalğaları yayılır. Bu dalğalar da kosmosda keçdikləri yerləri gərər ya da compresses. Lakin Eynşteyn, bu dalğaların fiziki varlığını təyin etmək heç mümkün ola bilməyəcəyini də yazmışdı.

ƏLAVƏ OLARAQ OXU: Alimlər “kainatın və zamanın səsini” kəşf etdilər

Mənbə: tanrivarmi.blogspot.com.tr
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın