Möcüzədən danışanda çox vaxt Musa peyğəmbər haqqında rəvayətləri xatırlayırlar. Amma təxminən üç min illik tarixə malik rəvayətlərin həqiqiliyi şübhəlidir. Doğru olsa da, hər birini təbii hadisə kimi tamamilə izah etmək mümkündür. Lakin iş burasındadır ki, xalq kütlələrinin Musa peyğəmbəri ecazkar kimi tanıması ruhanilərin mənafeyinə uyğun gəldiyindən, adi hadisələri möcüzə kimi qələmə verirdilər.
Məlum olduğu kimi, peyğəmbərlikdən əvvəl Musa 40 il ərzində Sinay yarımadasında çöl, dağ və səhra şəraitində yaşamış, belə sərt mühitdə bədənin ehtiyaclarını ödəyib, həyatını mühafizə etməyi yerli əhalidən öyrənmişdi. Peyğəmbər olduqdan sonra Misirdə oturaq həyata öyrəşmiş öz xalqını həmin yerlərdən keçirərkən, bildiklərini nümayiş etdirdikdə, xalq bunları möcüzə hesab etmişdir. Məsələn Tövratda nəql olunur ki, susuz dağ ətəyində Musa peyğəmbər əsasını qayaya vurmuş və oradan bulaq suyu fışqırmışdır. Bu «möcüzənin» sirri bədəvilərə yaxşı məlumdur. Hətta quraqlıq dövrü uzun sürdükdə belə dağ ətəklərində nazik qum və əhəng təbəqələri altında yağış suyu toplanmış olur. Aydındır ki, 40 il ərzində Musa belə yerlərə yaxşı bələd ola bilmişdir.
İsraillilər səhrada aclıqdan əzab çəkərkən Musa peyğəmbər onlara vəd edir ki, Allah doyunca yemək göndərəcək. Doğrudan da, tezliklə qatar-qatar bildirçin uçub gəlir, sabahı gün isə hər yer doluya bənzər qar kimi ağ kürəciklərlə örtülmüş olur. Bunların dadı bal sürtülmüş çörəyi xatırladır. Bildirçinin ətindən yemiş xalq indi də «səma mannası» ilə dolanır.
«Bibliya rəvayətləri» kitabının müəllifi Zenon Kosidovski göstərir ki, Sinay yarımadasının müasir sakinləri bildirçinlərin uçub gəlməsinin möcüzə hesab edildiyini eşitsələr, xeyli təəccüblənərlər. Çünki yazda Afrikadan Avropaya uçan saysız-hesabsız bildirçinlər yolda yorulub, buralarda istirahət etmək üçün yerə enərkən yerlilər onları lap əllə tuturlar. Bədəvilər yulğun bitkisinin yazda şirintəhər maye ifraz edən bir növünü də yaxşı tanıyırlar. Həmin maye havada tez bərkiyib, doluya bənzəyən ağ kürəcik əmələ gətirir.burdan aydın olur ki, Musa bələd olduğu hadisələr barədə israillilərə xəbər verirmiş, onlar isə belə hesab edirmişlər ki, həmin hadisələri Musa peyğəmbər özü törədir. Bu, E.Rostanın «Şantekler» pyesindəki xoruzu xatırladır. Həmin xoruz müşahidə edir ki, hər dəfə o banlayanda gün doğur və belə qənaətə gəlir ki, günəşin çıxmasına səbəb onun banlamasıdır.
Rəvayətə görə, Musa peyğəmbər və qardaşı Harun qüdrətli Allahın onlara ecazkar qüvvə bəxş etdiyini sübut etmək üçün çomaqlarını fironun qabağına atmış və çomaqlar ilana çevrilmişdir. Amma fıron öz aqil və kahinlərini çağırdıqda onlar da bunu təkrar etmişlər. Sonra qardaşlar suyu qana çevirmiş, saysız-hesabsız quru qurbağasını meydana çıxarmışlar. Misir kahinləri də bütün bunları edə bilmişlər.
Musa peyğəmbərin həmin «möcüzələrinin sirləri müasir illüzionistlərə yaxşı bəllidir. 1930-cu ildə Orta Asiyada çıxış edən əfqan illüzionisti tamaşaçıların gətirdiyi ilanları əlində oynadaraq, onların onu çalmasma heç bir zərər çəkmədən dözürmüş. Sonra əlini ilanın bədəninə sürtüb, başının yanındakı bir nöqtəni sıxaraq, bərk silkələyirmiş. İlan uzanıb düzlənərək, katalepsiya vəziyyətinə düşürmüş, yəni sanki çomağa çevrilirmiş.
«İsa nəfəsi» ni də möcüzələrə aid edirlər. Guya İsa peyğəmbər nəfəsi ilə ölüləri dirildib, anadangəlmə korların gözünü açırmış. Burada həqiqəti əfsanədən ayırmaq lazımdır. Məsələn, İncilin özündə yazılmışdır ki, İsa sinaqoq rəisinin qızmı dirildərkən deyir: «Qız ölməmişdir, o yatıb». Deməli, söhbət katalepsiya və ya letargiya kimi tibbdə yaxşı məlum olan qeyri-adi dərəcədə dərin yuxu halından gedir. «İsa nəfəsi»nin qüdrətinə dair başqa rəvayətlərdə, şübhəsiz, bir qədər mübaliğəyə yol verilmişdir.
Tövratda və İncildə nəql edilən bu növ hadisələr təbii möcüzələr adı almışdır. Çünki savadsız adamlar gördükləri təbii hadisədən heyrətlənərək, özlərindən də təfərrüatlar əlavə edir və onu möcüzə dərəcəsinə çatdırırdılar.
İsa peyğəmbərin doğulması da möcüzə hesab edilir. Guya o, anası Məryəm bakirə ikən atasız doğulmuşdur və Allahın oğludur. Odur ki, özü də Allahdır. Bu gün biologiya ilə tanış olan hər bir məktəb uşağı yaxşı bilir ki, bu mümkün olmayan əfsanədir.
Quranın möcüzə olmasnı bununla əsaslandırırlar ki, guya Quran ayələri Məhəmmədin öz sözləri olmayıb, bunları Allah öz mələklərindən biri olan Cəbrayıl vasitəsilə ona göndərirmiş. Əlbəttə, Məhəmməd peyğəmbər Quranın Allahdan nazil olması (endirilməsi) fikrini camaata aşılamasaydı, onları dediklərinə qulaq asmağa heç cür məcbur edə bilməzdi. Məlumdur ki, hələ gənc yaşlarından ağıllı və düşüncəli, hafizəli və gözüaçıq adam kimi tanınmış Məhəmməd ticarət məqsədilə o dövrün mədəniyyət mərkəzləri sayılan Şərq şəhərlərinə səyahət etmişdir. Bu səfərləri zamanı o, xristian və yəhudi dinlərinin nümayəndələri ilə görüşmüş, Tövratm və İncilin məzmununa bələd olmuşdur. Məsələn, hələ on iki yaşmda Məhəmməd əmisi Əbu Taliblə ilk səfərə çıxarkən, Bəsrə şəhərinin yaxınlığındakı monastırda Bahira adlı xristian rahibinin qonağı olmuşdur. Rahiblə söhbət və mükalimələr zamanı onun yürütdüyü mühakimələr Bahirəni heyran etmişdir. Sonralar Məhəmməd peyğəmbərin dünyagörüşünə arvadı Xədicənin əmisi oğlu Varaka (Vərəqə) böyük təsir göstərmişdir. Rəmmal olan Varaka Tövratın və İncilin ayrı-ayrı hissələrini ərəb dilində ilk dəfə tərcümə etmişdir.
Bir sözlə, bu tarixi faktdır ki, 40 yaşmda özünü peyğəmbər elan edən anda Məhəmməd artıq xristianlığın və iudaizmin əsasları ilə yaxşı tanış imiş. Quranda isə həmin dinlərin müqəddəs kitabları olan Tövrvtdan və İncildən sitatlar az deyildir.
İslam aləmində belə bir fikir geniş yayılmışdır ki, Məhəmməd peyğəmbər «ümmi», yəni savadsız imiş. Deməli, Quran onun öz yaradıcılıq məhsulu ola bilməzdi və Quran ayələrini Allah göndərmişdir. Əslində Məhəmməd peyğəmbərin savadsız olması heç də dəqiq müəyyən edilmiş həqiqət deyildir. Əksinə, bir sıra faktlar bu fikrə şübhə ilə yanaşmağa əsas verir.
Əvvələn, gənc yaşından ölkələri gəzən, artıq varlanmış, ağıllı, hafizəli və gözüaçıq bir şəxs axı necə olur ki, 28 hərfi öyrənə bilmir?!
İkincisi, Məhəmməd kasıb ailədə anadan olsa da, kiçik yaşda yetim qalıb, varlı əmisi Əbu Talibin evində böyümüşdür. Həmin əmisinin evində ki, onun oğlu, Məhəmməddən təxminən otuz yaş kiçik olan Əli «Nəhcül bəlağə» kimi hikmət və aforizm toplusu olan kitabın müəllifi, dövründə ən savadlı adamlardan olmuşdur. Bəs necə olub ki, eyni şəraitdə Məhəmməd kimi bir fərasətli uşaq savadsız qalıb?! Axı Məhəmməd peyğəmbərin də Qurandan başqa, hikmətlə dolu hədis və kəlamları vardır.
Üçüncüsü, Məhəmməd peyğəmbərin savadsız olması fikrini özünün qəsdən yayması da mümkündür ki, Quranın Allahdan nazil olmasına camaatı asanlıqla inandıra bilsin. Görünür, Məhəmmədin həmin siyasətdən xəbərsiz olan oğulluğu, rəvayətə görə, onun vəfatından sonra deyibmiş ki, atam heç də savadsız deyildir.
Digər tərəfdən, elə deyək ki, Məhəmməd peyğəmbər savadsız olub. Axı, qeyd edildiyi kimi, müxtəlif dinlərin məlumatlı şəxsləri ilə oturub-durmuş, hafızəli, ağıllı və istedadlı bir şəxs çox şey öyrənib, savadı olmasa da, bunları öz dünyagörüşünün və məntiqinin süzgəcindən keçirərək, öz mənafeyinə uyğun təfərrüat artırmaqla nəql edə bilər. Elə Məhəmməd peyğəmbər də bunu edib. Deməli, Quran Məhəmməd peyğəmbərin zəkasının məhsuludur. Quran ayələrini göydən endirilmiş hesab etmək Məhəmməd peyğəmbərin fəaliyyətini sanki qulağına Cəbrayılın pıçıldadığı sözləri ucadan söyləyən mikrafona bənzətmək deməkdir. Bu isə peyğəmbərin dühasına hörmətsizlikdir.
Beləliklə, peyğəmbərin fəaliyyətindəki xalq arasında möcüzə hesab edilən hadisələrin təhlili göstərir ki, bunların hamısı tamamilə real hadisələrdir və bunların şərhi üçün heç bir fövqəltəbiiliyə müraciət etməyə ehtiyac yoxdur.
Mənbə: Nicat Mikayılzadə “Fenomenlərin sirri”
Hazırladı: Şahanə Nuriyeva
Tamda doğru fikir deyil.Çünki Qurani Kərimə baxdığımızda bu yazının doğru olmadığını bildirən dəlillər var.Düşündürücü olan Quranda sadəcə yahudilərə və ərəbistana gəlmiş peyğənbərlərdən bəhs etməsidir ki, bu mənidə hər zaman düşündürmüşdür bir çox hocaların b suala cvb yazmalarına baxmayaraq məni qane etməmişdir.