QIRMIZI CIĞIR (HEKAYƏ)

“Təklik”. Bu dünən oxuduğum kitabdan yadımda qalan onlarca sözdən yalnızca biri idi. Kimin üçünsə rahatlıq, başlanğıc, kədər, həyatın özü ya da sadəcə ölüm. Amma kitabdakı əsas obrazın ölümünün səbəbi tənhalıq deyildi. Axı o, ağlı kəsəndən ölənə qədər tək yaşamışdı. Bu dostluq onların bir-birlərini arxadan bıçaqlamayacaqları qədər möhkəm idi. Başqa bir səbəb vardı. Ama nə? Heç cür dəqiqləşdirə bilmirəm. Çünki yazar onun sonunu bizlərə deməkdən niyəsə boyun qaçırmışdı. Həmin kitabda müəllif onun dilindən belə bir fikir səsləndirir:

“Təklik insana çox şey öyrədir. Sadəcə acizliyini bir neçə saniyəlik də olsa dərk etməyinə kömək edir. Həm də nə qədər güclü olduğunu. O qədər güclü ki, tək bir barmağınla yaşadığımız dünyanı cəhənnəmə çevirə biləcək bir gücə sahib olduğunu. Eyni zamanda iki addım atmaqdan ötrü hansısa cansız ağac parçasına möhtac olduğun gerçəkli bir acizliyi”.

Sonra davam edir :

“Fikirləşirəm ki, nələrsə haqqında yerdən durub fikir söyləmək hər zaman asan olub. Məsələn təklik haqqında dediklərimi çox rahat bir şəkildə söyləyirəm. Bunun doğru və ya yalan olması, faciyəvi və ya əyləncəvi olması indiki vəziyyətdə o qədər də önəmli deyil. Önəmli olan mənim bu mövzu haqqında rahatca fikir bildirməyimdir. Tənhalıq haqqında nə bilirəm? Belə götürəndə çox şey. Ancaq bəlkə də heç nə. Hər zaman düşünmüşəm ki, əgər hansısa mövzu ətrafında müxtəlif fərqli fkirlər söylənibsə və onların bəziləri həmən anlayışları ifadə edə bilmək üçün onların içərisindən seçilibsə və bütün bunlara baxmayaraq mübahisələr hələ də davam edirsə o zaman kimsə çıxıb bu filan şeydir deyə bilərmi? Təbii ki, mən həftədə neçə gün var və yaxud Hitler neçənci ildə ölüb kimi cılız sualları nəzərdə tutmuram. Hərçənd sonuncu sualı cılız adlandırmaq düzgün olmaz ama yenə də. Bəlkə də bütün bunlarin hamısı cəfəngiyyatdır”.

Bütün bu fikirlər beynimdə dolaşa-dolaşa pillələri necə qalmışamsa xəbərim olmayıb. Bir andaca özümü evin qapısının qabağında tapdım. Təcili açarları cıxarıb qapını açdım və içəri keçdim. Şkafdan evin zirzəmisinin açarlarını götürüb aşağıya qaçdım.

Qabağında dayandığım qapının yaşı həqiqətən də çoxdur. Bu taxta qapının üzərinə vurulan ağ boya zamanın amansız sifətini həqiqətən də görmüşdü. Tamam yıpranıb əldən düşmüşdü. Demək olar ki, bütün boya deformasiyaya uğramış və əksər hissəsi qopub yerə tökülmüşdü. Qapını mühavizə eləmyə çalışan qıfıl isə artıq pas bağlamışdı. Mən açarı qıfıla soxub çətinliklə də olsa onu açdım.

İlahi bu otağın elə bir abu-havası vardı ki, insanı tamam dəhşətə gətirir deyə bir anlıq düşündüm. Çoxdandı yığılıb qalmış texnikanın, uzun müddətdi insan əlinə həsrət qalmış kitablar və onları saxlamaqdan bezmiş taxta rəflərin qoxusu insana sanki müxtəlif dərmanlarla dolu olan bir apteki xatırladırdı və həddən ziyadə qaranlıq idi. Mən bu otaqda nə vaxt olduğumu tamam unutmuşdum. Bəlkə on ay,balkə bir il,bəlkə üç il bundan qabaq. Dəqiq xatırlaya bilmirəm. İçəridə toz torpağın və hörümçək torunun içərisində itib batmış işığın haradan yandırıldığını belə unutmuşam. Onu tapanadək bir xeyli əziyyət çəkməli oldum. Və nəhayət budur. Əlim köhnə radyoya və yaxud televizora bənzəyən bir şeyin arxasında nəyəsə toxundu və yalnız indi onun harada olması mənim yadıma düşdü. Tez işığı yandırdım.

Görəsən buranı necə təsfir etmək olar? Və yaxud ümumiyyətlə təsvir etmək olarmı? Vaxtım buna çatarmı görəsən? Mərhələ mərhələ həyatımın bütün hissəsi və məndən qabaqkı dövür belə bu otaqda bir yerə toplanmışdı.Valideyinlərima aid olan hissənin üzərinə böyük bir çadır salınmışdı və yalnız indi yadıma düşdü ki, bunu mən özüm eləmişəm. Xeyr bu nə olara olan nifrətim nədəki, laqeyidsizliyim idi. Bu sadəcə mənim acizliyim idi. Xatirələrlə üzləşə bilməmə acizliyi. Hər dəfə ölüb dirilmək və yenə ölmək.

Çoxdandı əlimi vurmadığım kitab rəfinə yaxınlaşdım. Hədindən çox müəllif vardı. Kafka, Dante, Bukovski, Böll və s. Bir az sağda isə müəyyən bir hissəsi toz torpağa qarışmış başqa bir kitab. Bu həmin kitab idi. Nə vaxtsa əlimdə möhkəmcə sıxaraq evə gətirdiyim həmin kitab. Müəllifin adı yazılan yeri toz tamam basmışdı. Amma kitabın rəngi bunun o olduğunu mənə xatırlatdı.

Tez kitabı onların arasından çıxardım və əvvəldən yox, düz ortadan açdım. Niyə ortadan açdığımı bilmirəm sadəcə hər şey bir anda baş verdi. Gözümə sataşan ilk cümlələr bunlar oldu:

Yalnız-dəlilər-üçün!

Ayaqlarıma su keçmişdi, donurdum, ancaq yenə də xeyli gözlədim. Daha heç nə görünmədi. Hələ də dayanıb zərif, al-əlvan hərflərin yaş divarda işıldayan qapqara asfaltın üzərində necə oynaşdığı barədə düşünəndə yadıma keçmişdə beynimdə canlandırdığım xəyalların bir yeri düşdü: qəflətən uzaqlaşan, haradasa itib-batan, qızılı rəngə çalan cığır…

Cığır! Bu cığır mənim də həyatıma bir balaca toxunurdu.Ancaq mən hələki onu tapmamışdım. Elə ona görə hələ ki, məndə heç nə qaydasında deyildi. Nəsə çatmırdı …

Müəllif: Müşviq Osmanlı

Beyenmeler
14   0  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Bir cavab yazın