Sərmayə olmadan başlaya biləcəyiniz iş sayı çox deyil, ancaq marketinq cəhdləri istisnadır. Doğru bacarıqlara sahibsinizsə və fəaliyyətə keçmədən əvvəl hazırlıq işləri görə bilərəm deyirsinizsə, marketinq işinə pulsuz və ya az bir pulla başlaya bilərsiniz. Ata biləcəyiniz addımlar:
1 – Əsas biznes rəhbərliyi funksiyalarınızı təşkil edin
Bank hesabına, biznes ünvanına, xidmət tarifinə və biznes adına ehtiyacınız olacaq. Marketinq işinə pulsuz başlamaq ödəmələr üçün ev ünvanınızı, fərdi bank hesabınızı və öz adınızı istifadə edəcəyiniz mənasına gəlir.
2 – İstiqamətinizi təyin edin
Nə satacaqsınız və kimə satacaqsınız? Yazıçılıq, veb dizaynı və qrafik dizayn kimi sahib olduğunuz bacarıqlarınızla başlayın. Dost olduğunuz sektorları araşdırın.
3 – Marketinq planı hazırlayın
Online olan ödənişsiz marketinq planı şablonlarından faydalanın və ya hədəflərinizi yazmaq üçün bir təqvim istifadə edin. Marketinqin 4P -ni, yəni məhsul, qiymət, paylama və ayaq üstə durmağı marketinq planınıza daxil edin.
4 – Ola biləcək bazarların siyahısını hazırlayın
Yoldaşlarınıza, yerli qruplara və iş görəcəyiniz yerlərlə əlaqə qurun. Məsələn: Motosiklet həvəskarısınızsa motosiklet sürücüləriylə, motosiklet mağazalarıyla və ya işinizlə əlaqəli bizneslərlə başlayın. Ailənizdə həkim, vəkil və ya təşəbbüskarlar varsa bir sonrakı internet lahiyəniz, broşuranız və ya fəaliyyətiniz üçün təklif verib verə bilməyəcəklərini soruşun.
5 – Online reklam edin
Fəaliyyətə keçmənizə kömək etmələri üçün ödənişsiz sınaqlar və ya pulsuz xidmətlər təqdim edən internet saytlarını araşdırın. Gec ya da tez internet saytınız üçün bir domain yəni sahə adına ehtiyacınız olacaq. Bununla birlikdə iş şablonları təqdim edən ödənişsiz internet saytlarını istifadə edərək də başlaya bilərsiniz.
6 – Facebook, Twitter və LinkedIn kimi bütün fərdi ictimai media hesablarınızı yeni blogunuza, internet səhifənizə və ya online məlumatlarınıza əlavə edin
Marketinq işinizlə əlaqədar xəbərlər paylaşmaları üçün yoldaşlarınızdan kömək istəyin. Müştərilərinizə yeni işinizdə ən təsirli qaynaqları istifadə etdiyinizi göstərməlisiniz.
7 – Dayanmadan marketinq və təqdimatlar hazırlayın
Yeni marketinq işinizlə əlaqədar göndərdiyiniz hər e-poçtda şüarınız, veb ünvanınız və ya ictimai media hesablarınızla əlaqədar məlumatlar iştirak etməlidir. Tətillərdə və ya bayramlarda Facebook səhifəniz vasitəsilə təbrik kartları nəşr edin. İctimai yığıncaqlar yeni işinizdən bəhs etmək üçün mükənməl yerlərdir.
8 – Referans istəyin
Müştərilər tapmağa başladıqca bu müştərilərdən başqalarına sizdən bəhs etmələrini xahiş edin. Sizə yeni müştərilər gətirmələrinə qarşılıq bir sonrakı proyektdə endirim etməyi təklif edin.
Tövsiyyələr:
Kompüterlərin bir çoxunda təməl iş proqramları vardır. Hansı proqramların olduğunu yoxlayın, çünki sadə marketinq lahiyələrinə başlamaq üçün lazımlı olan hər şeyə sahib ola bilərsiniz. Ödənişsiz marketinq bülletenlərinə və ya bloqlarına üzv olun. Online bir çox qaynaq vardır. Bu səbəblə seçici olun. Sizin üçün qiymətli və faydalı olanları seçin. Xoşunuza gedən fikirləri təqlid etməyə çalışın ancaq öz blogunuzun orijinal olduğundan əmin olun. Özünüzü ucuza satmayın. Ən az bir il boyunca hər gün bir şəkildə yeni işinizin təqdimatını edin və daha sonra marketinqlə davam edin.
Xəbərdarlıqlar:
İnternet fırıldaqçılarına qarşı diqqətli olun. İnternet marketinqiylə pul qazana biləcəyinizi iddia edən bir çox internet saytı vardır. Hər hansı bir şey etmədən əvvəl əhatəli bir araşdırma etdiyinizdən əmin olun.
Hazırladı: Müşviq Osmanlı