92 YAŞLI ŞİMON PERESİN NİTQİ

Şimon Peres “Biz öz torpağımıza qovuşmağı arzulayırdıq, ancaq əldə etdiyimiz torpaq yaxşı deyildi. Yaxın Şərqin mində bir hissəsi olan balaca kəsik idi. Bu torpaq bizə o qədər də yaxşı münasibət göstərmədi. O, bataqlıq, həşəratlar, səhra və daşlardan ibarətiydi. Onun iki gölü vardı, biri ölüydü, ikincisi də ölürdü. Məşhur çay var idi, amma suyu qurumuşdu. Doğrusu, su adlı şey ümumiyyətlə mövcud deyildi. Heç bir təbii resurs da yox idi, nə qızıl, nə də ki neft. O zaman deyirdilər ki, Yaxın Şərqdə iki cür ölkə var: neft ölkələri və müqəddəs ölkələr. Bizimki tər-təmiz müqəddəs idi, çünki heç nəyi yox idi.

Biz tənhaydıq. Dini baxımdan qardaşlarımız, dil baxımdan bacılarımız, tarixi baxımdan da qonşularımız yox idi. Bütün bunlar isə Holokostdan sonra baş verirdi. Biz ora gələndə, ümumiyyətlə bilmirdik nə edək. Sözün həqiqi mənasında bilmirdik.

Onda biz fikirləşdik ki, təbiətin ən böyük sərvəti elə insandır. İnsanlar torpağı zənginləşdiriblər, torpaq insanları deyil.

Hamımız alim olduq. İsraildə hər bir fermer, hər bir əkinçi kənd təsərrüfatını susuz, torpaqsız inkişaf etdirmək üçün yollar aramağa başladı. Biz onu inkişaf etdirməyə başladıq. Bu, dünyada hay-tek əsasında qurulan ilk kənd təsərrüfatı oldu. Mən özüm həmin dövrdə Kənd təsərrüfatı universitetində tələbə idim, biz suvarmanı yaxşılaşdırmaq istəyirdik, ağacları isti suyla suvarırdıq, düşünürdük ki, onda daha yaxşı bitəcəklər.

Nə qədər təəccüblü olsa da, bəlli oldu ki, kənd təssərrüfatı təkcə torpaqda deyil, hay-tek əsasında da işləyir. Bu gün bizim kifayət qədər suyumuz var. Suyu adətən tapırlar, yaratmırlar. Biz isə onu yaratmağa başladıq. Buna nail olduq. Biz duzlu suyu şirinləşdirməyə başladıq, çoxlu “su içməyən” tərəvəzlər axtarmağa başladıq, seleksiyayla məşğul olduq. Bu da sizinçün əsl sirr: gələcək üçün vacib olan tapdıqlarınız deyil, istehsal etdiklərinizdir.

israilBizim insanlarımız, silah-sursatımız yox idi, heç zaman müharibə etməmişdik. Biz cəmi 450 min nəfər idik, nə generallarımız, nə də hərbi təcrübəmiz vardı. BMT İsrail dövləti yaratmaq qərarına gəlmişdi, ancaq faktiki olaraq müharibə gedirdi. Biz nə edə bilərdik? İki seçim vardı.

Birincisi – insanlar cəsarətli və şücaətli olmalıydılar. Onlar başa düşməliydilər ki, başqa seçim yoxdur – biz ancaq qalib gəlməliyik. Əgər cəmi bir dəfə məğlub olsaq – vəssalam.

İkincisi – silahımız olmadığından onu istehsal etməyə başladıq. Ordunu qurmaq üçün İT-ni inkişaf etdirməli olduq. İsrailin İT sektoru orduda işləyirdi. Çünki biz düşmənlərin mühasirəsində tək başına qalmışdıq.

Məndən bəzən soruşurlar: arxaya baxanda, ən böyük səhvləriniz hansılardır? Mən cavab verirəm: biz fikirləşirdik ki, arzularımız böyükdür. İndi isə başa düşürük ki, onlar elə də böyük olmayıblar. Daha çoxunu arzulayın. Arzunuz nə qədər çox olsa, o qədər çoxa nail olacaqsız.

Bunu sizə niyə danışıram? Mən hələ də gənc qız və oğlanlara deyirəm: dostlar, sizdə sizin düşündüyünüzdən daha çox şey var. Sizdə torpağın sizə verəcəyindən daha çox şey var. Siz sizə verilməyən nəsnələri istehsal edə bilərsiniz. Bu hər kəs üçün bir dərsdir.

Ukrayna kənd təsərüffatı sahəsində dünyanın ən vacib ölkələrindən biridir. Siz həqiqətən çox şey ortaya çıxarırsız və siz kənd təsərüfatından imtina etməməlisiz – siz modernləşdirməyi, resursları və xalqın istedadını birləşdirməyi bacararsız və bunu etməlisiz.

Hər bir insanın çox böyük potensialı var. Ancaq onların hamısı biraz tənbəldirlər. Nəyəsə nail olmaq istəyirsinizsə, işləmək lazımdır. Heç nə göydən düşmür. Biz İsraildə hədsiz çox işlədik. Bunda pis nə var? Başa düşmürəm…

İnsanlar məzuniyyətə gedirlər, bu boş vaxt itkisidir. Mənim artıq 90 yaşım var və heç vaxt məzuniyyətdə olmamışam. Mənə deyirlər: “Sən anormalsan? Bəs necə istirahət edirsən?”. Mən işləməyi üstün tuturam. İş mənə sevinc bəxş edir.

Və heç vaxt pessimist olmayın – bu özü də vaxt itkisidir, xüsusilə dövr dəyişəndə.

11214084_845846942160548_252928936489389354_nElmin dalınca getmək lazımdır. Elmin sərhədləri, hüdudları yoxdur, elmin refleksləri olmur. Keçmişin problemlərini həll etməyə çalışmayın, mən bilmirəm, ümumiyyətlə, bu mümkündürmü ki. Keçmiş ümumiyyətlə heç bir rol oynamır. Sadəcə köhnə səhvləri təkrarlamamaq üçün onu öyrənin. Keçmişdə gələcək və ümidlər yoxdur.

İnsanların əksəriyyəti təqdim etməkdənsə, xatırlamağı üstün tutur – bu ən böyük səhvdir. Nəyi xatırlamaq istəyirsiz? Buraxılan bütün səhvlərimi? Tarixə bel bağlamaq olmaz. Tarixçilər hökmdarların və hakimiyyətdə olanların carçıları olublar, nə deyilməlidirsə, onları deyiblər.

İnsanlar nədənsə qorxurlar… Ancaq bizim axırımızın necə olacağını təkcə tanrı bilir.

Sizin gənc nəsliniz möhtəşəmdir. Ancaq mənim onlarda bəyənmədiyim xüsusiyyət siyasətçilərə nifrət etmələridir. Onlar deyirlər: Siyasət çirklənib, o bizə görə deyil. Mən isə deyirəm: siz dürüstsünüz, siz dürüst siyasət istəyirsiniz – o zaman gedin dürüst siyasətlə məşğul olun.

Bütün bunların hamısı mənim keçmişdən aldığım dərslərdir.

Məndən necə aktiv qalmağı soruşan insanlar var. Cavab sadədir. Yaddaşınızda olan nailiyyətlərinizi və arzularınızı hesablayın. Əgər arzularınız nailiyyətlərinizdən çoxdursa, deməli, siz hələ gəncsiniz. Əksidirsə, deməli, siz qocalmısınız.”

Mənbə: ann.az  (Tərcümə: Cavid Ramazanlı)
Hazırladı: Naz Ramizqızı

Beyenmeler
16   0  
VN:F [1.9.16_1159]
Rating: +30 (from 36 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook

7 comments

    1. Elə insanı tərifləmisiniz ki, təpədən dırnağa kimi müsəlman qanına boyanıb. Özünüzə zülm etmisiniz bunu yazmaqla. Həzrəti Əli (ə) buyurur: Qiyamət günü görərsən bəzi insanlar öz əməl dəftərini oxuyar və təəccüblə Allaha deyr: İlahi, mən axı bu əməlləri etməmişəm, bu mənim deyil. Cavab gələr ki: bir zalımı təriflədiyin üçün onun əməllərində və günahlarında şəriksən.
      Təriflədiyiniz bu insanın nə təkcə nə qədər müsəlman uşaqlarının gözünü çıxartması faktını bilsəniz heç vaxt tərifləməzdiniz. Ola bilər israilin inkişaf mərhələsini indiki çətin zamanda insanlarımıza çatdırmaq niyyətiniz var. Hər halda bu tərifin dizə xeyirdən dəfələrlə çox, zərəri var. Youtube-da “Zehranın güzel gözleri” filminə baxsanız dediklərim sizə tam aydın olar.

      1. …HORMETLI NAZ RAMIZQIZI, BU COX FERQLI BIR “DERS” IDI, COX TESHEKKUR EDIREM, HAKLI “NIFRETIMIZDEN” BEZI HEYAT IMTAHANLARININ YARATDIGI HEQIQETLERDEN BIXEBER QALA BILIRIK, ZAMAN-ZAMAN !!!
        …INSANLIQ VE ILAHI DUSHMEN OLMASALAR, PERESTISH EDE BILECEYIMIZ BIR INKISHAFA CATMISH MILLET OLA BILECEK SEVIYYEDE NUMUNE CEKILE BILER !!!
        …INDI MEN NASIST ALMANLARIN SIYASETINI DAHA DA COX QAVRAYA BILDIM…

        …”DUSHMENIN” SENE NECE DUSHMEN OLDUGUNU ANLAMAQ UCUN, ONU COX OYRENMELI, MUBARIZE NETICELERINDE EMINLIK VE YEQINLIKLER YARANSIN DEYE, HAQQINDA YARANAN QETI QERARLARI COX IMAN VE IDRAK ETMELISEN…”, – BU DA BIZIM UMMET BORCUMUZDUR !!!

  1. Çoxları yahudilərin müsəlmanlara zülm verdiyindən danışır. Həmin o danışanlar holokostu nə tez unutdular? Bəyəm Hitler doğru addım mı atmışdı?

    Ərəblər müsəlman ola bilərlər, amma o bu onların süddən çıxma ağ qaşıq olduğunu göstərməz. Yahudiləri, yahudiliyi daha dərindən araşdırsaz yaxşı olar.

  2. Bizim ala biləcəyimiz çox ibrətli dərslər var bu yazıda, xüsusən bu son cümlədə. “Əgər arzularınız nailiyyətlərinizdən çoxdursa, deməli, siz hələ gəncsiniz. Əksidirsə, deməli, siz qocalmısınız.” hansı
    torpaqlar ki, sərvətlərlə zəngin oldu o torpaqlarda əsasən kütbeyin adamlar yetişdi.

Bir cavab yazın