ABİTURİYENTİN ÖZ DİLİNDƏN…

Cəmiyyətin dirəyi gənclikdir.
Cəmiyyətin dirəyi gənclikdir.

Cəmiyyət – insanların qarışıq toplumudur. Bu toplumda hər cür insana rast gəlmək olur. Cəmiyyətin dirəyi gənclikdir. Bəs bizi irəliyə aparan gəncliyimiz nəyin üstündə qurulub?
Gəncliyin formalaşmasında elm və elm ocaqlarının müstəsna rolu olmalıdır. Bəs gənclər elmə necə yiyələnir? Hər bir tələbənin seçmiş olduğu ixtisas onun gələcəyinin başlanğıcı olduğu kimi, tələbəliyin də başlanğıcı orta məktəb – abituriyentlikdən başlayır. Hər bir abituriyentin müəyyən fənlər üzrə hazırlaşmaqda məqsədi ali məktəbə qəbul olmaqdır. Amma çox zaman bunlar xəyyallarda gözəl göründüyü qədər real həyatda da gözəl olmur. IV ixtisas qrupuna hazırlaşanlardan, mən inana bilmirəm ki, kimsə biologiya müəllimi olmaq istəsin. Amma heç vax bu ixtisasların yerləri boş qalmayıb. Səbəbi o qədər də məchul deyil. Məlum məsələdir ki, Tibb Universitetində oxumaq istəyən abituriyent ora qəbul ola bilmədikdə 2 il hazırlıqlara çəkilən əziyyəti və qoyulmuş xərci nəzərə alaraq balı çatan ixtisası seçir. Sonra da yeni dərs ilində gedir istəmədiyi peşəni öyrənməyə. Baxın problemlərin başlanğıcı buradadır. Günahı nə müəllimlərin qiymət kəsməsində, nə də tələbənin imtahan qorxusunda axtarmağa dəyməz. Heç kim istəmədiyi bir şey üçün səhərdən axşama qədər oturub dərs oxumaz. Nəticədə o elmə də yiyələnə bilməz. Müəllim – valideyn “anlaşmasına” əsasən həmin tələbə universiteti bitirir. Qızlar, heç olmazsa, belə diplomdan “cehiz” kimi istifadə edə bilərlər. Vay oğlanların halına…

təhsil
Bir neçə saatlıq imtahan sizin bütün həyatınız boyu istəmədiyiniz işdə işləməyə məcburmu edəcək?

Hər bir məktəbli aşağı siniflərdə həkim, müəllim, mühəndis, vəkil və s. olmağı arzulayır. Hətta aralarında özünü ən sıravi işlərdə görmək istəyənlər də olur. Yuxarı siniflərdə isə bu istəklər prokuror, nazir kimi istəklərlə əvəz olunur. Məqam gəlib abiturientlik illərinə çatanda fikirlər bi cür əvəzlənir: – Mən hüquqşünas, diplomat, neft – qaz mühəndisi olmaq istəyirəm . – Mənim üçün fərqi yoxdur, əsas əlimi bir yerə “ilişdirim”. – Evdəkilər nə istəsə, o olsun, o qədər də əhəmiyyəti yoxdur. Birinci fikir çox gözəldir, elə deyilmi. Əgər hansısa yaddaşı güclü olan şagird III ixtisas qrupu üzrə ən yüksək balı yığa bilirsə, niyə hüquqşünas olmasın?! Yüzlərlə gənci nümunə göstərmək olar ki, öz peşəsini davam etdirmir. Çünki səbəblərdən biri də “istedad” – ın nəzərə alınmamasıdır. Tutaq ki, “N” adlı bir gənc güclü yaddaş hesabına hüquqşünaslıq fakultəsinə qəbul oldu, oxudu və bitirdi. Bir gün məhkəmə sistemində işə girdi. Vəkillik elədi, ancaq uğursuzluqla biabır oldusa, slavyanların yürüşünü əzbər bilmək ona bu işdə yardım edəcəkmi? Mən demirəm ki, tarixi bilməməlidir. Amma istedad nəzərə alınmazsa, heç bir uğur əldə etmək mümkün deyil. Olmasın hüquqşünaslıq, olsun mühəndislik, olsun diplomatlıq. Hamısında bilik bərabər, istedad da lazımdır.
Dostlar, siz tarix fənnini yadda saxlaya biləmədiyiniz üçün hüquqşünas olmaq xəyalından əl çəkib yaxşı bildiyiniz riyaziyyata üstünlük verib özünüzü təsəvvür edə bilməyəcəyiniz mühəndis ixtisasına yiyələcəksiniz? Yəni bir neçə saatlıq imtahan sizin bütün həyatınız boyu istəmədiyiniz işdə işləməyə məcburmu edəcək? Vacibdirmi ki, mütləq məktəbi bitirdiyiniz il ali məktəbə qəbul olasınız? Məncə fikirləşməyə dəyər..

Müəllif: Əminə Məmmədova

VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın