ABSTRAKT VƏ MƏNTİQİ DÜŞÜNCƏ. İQ NƏDİR?

abstark düşüncə İQAbstrakt (mücərrəd) düşüncə nədir? Abstrakt (mücərrəd) düşüncə həqiqi varlıqlar barədə əldə olunan məlumatları rəmz halına çevirib onları manipulyasiya etmək bacarığına yiyələnmək, hər hansı bir həll yolunu tapmaq və bu həll yollarını yenə də praktiki olaraq həmin varlıqlar (obyekt) üzərində tətbiq etməkdən ibarətdir. Belə bir səviyyə elmi işlərlə məşğul olan müasir insanlarda kifayət qədər inkişaf etmişdir. Belə ki, elm müasir insanın həyatının böyük bir hissəsini tutmuşdur. Belə bir bacarıq fizika və riyaziyyat alimlərində daha çox inkişaf etmişdir. Uşaqlarda abstrakt düşüncə buludlara “əjdaha” dediyi zaman başlayır. Əgər zabit masanın üzərinə sərdiyi xəritənin lazım olan yerlərinə bir neçə kartof qoyur sonra da hazırladığı planla döyüşdə qalib gəlirsə, bu onun güclü abstrakt bacarığına malik olmasından və bunun sayəsində mövcud çətinliyi həll edə bilməsindən xəbər verir. Yəni əslində abstrakt planı reallığa çevirə bilir. Riyaziyyatdakı bütün bərabərliklər yalnız müəyyən abstrakt düşüncə səviyyəsinə sahib olmaqla həll olunur. Dilin özü isə rəmzlər yığımıdır. Belə ki, inək sözü ilə inəyin özü tam fərqli şeylərdir. İnsan isə sonradan icad etdiyi müxtəlif rəmz və əlamətlərin sayəsində bir çox uğurlu əməliyyatlar apara bilmişdir. Hərbi sahədə istifadə olunan “morz” əlifbasını və ya görmə qabiliyyətindən məhrum olan şəxslərin istifadə etdikləri əlifbanı buna misal çəkmək olar. Rəmz və işarələrlə fikir bildirmək qabiliyyətinə tək insanlar deyil, demək olar ki, bir çox heyvanlar da malikdirlər. Meymunların təhlükə hiss etdikləri zaman çıxardıqları səs və etdikləri hərəkət buna misal ola bilər.

abstark düşüncə İQMəntiqi düşüncənin inkişafı Məntiqi düşüncənin inkişafı – bu bütün proseslər üçün lazım və vacibdir. Bəs məntiq özü nədir? Yunan dilində “logika” kimi tələffüz olunan bu sahə “mülahizələr haqqında elm”, “fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elm” – məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elm kimi başa düşülməlidir. Məntiq haqqında biliklər təfəkkürlə alındığından, o, düzgün təfəkkür haqqında elm kimi də götürülə bilər. Eyni zamanda məntiq təsdiq və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiq qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır. Məlum məsələdir ki, məntiq elmi eramızdan əvvəl Qədim Yunanıstanda meydana gəlmiş və o zamanlar insanlar bu günün müasir insanı kimi düşünə bilməmişdir. Lakin bu günün müasir insanı kifayət qədər düşünə, fikirlərini ifadə edə və çətinliklərini həll edə bilir. Belə olduğu bir halda müasir insanın da məntiqə ehtiyacı var? Heç şübhəsiz ki, ehtiyac duyur və bəlkə də yarandığı və arada olan müddətdən daha çox. Çünki insanın düşünmə qabiliyyəti inkişaf etdikcə fərqli fikirlər meydana gəlir, bu isə çoxsaylı ixtilafların yaranmasına səbəb olur. Bunun üçün də doğrunu yanlışdan ayrıd etməyin tək yolu məntiqdir. Şerlok Holmsın açdığı cinayətlərə nəzər saldıqda onun cinayətlərinin məhz məntiqi mülahizələr əsasında üzə çıxardığını görürük. Məntiqin gücləndirilməsi üçün hər dövrün özünəməxsus üsulları olmuşdur. Məsələn, Qədim Roma və Yunanıstanda labirintlər qurar, onlardan müxtəlif sahələrdə istifadə edərdilər. Müasir dünyamızda azyaşlı uşaqlar üçün pazllardan, müəmmalı şəkillərdən istifadə olunur. İki oxşar şəkil arasındakı fərqlərin tapılmasını, qarışıq yollarla məqsədə çatdıran oyunları, rəqəmlər hazırlanan oyunları buna misal çəkmək olar. Tarixi dəqiq məlum olmayan şahmat və sonrakı dövrlərdə meydana gələn dama, domino kimi oyunlar da məhz məntiqin inkişaf və gücləndirilmə məqsədilə icad olunur.

abstark düşüncə İQİQ nədir? İnsan təbiəti hər zaman ixtiyarında olanları müəyyən miqdarda qiymətləndirməyə can atır. Məsələn, insanın intellektual səviyyəsinin müəyyən olunması üçün “İQ”-dan (ingiliscə intelligence quotient -IQ “ay-kyü”) istifadə edilir. İQ 140-a bərabərdir? Bəs 140 nəyə? Hansı ölçü vahidi ilə? İQ testi əslində insanın intellekt səviyyəsini müəyyən etmək üçün deyil, insan üzərində manipulyasiya etmək üçün yaradılmışdır. Və alət olaraq o özünü çoxdan doğrultmuşdur. Lakin ən böyük nöqsan insanların İQ testlərinə inanmalarındadır. Zaman keçdikcə İQ testləri dəbə düşür və bu günlər kimdən soruşsan dərhal öz İQ deyə bilər. Onlar düz deyir, ya yox, bu artıq başqa məsələdir. Əsas odur ki, hər kəs İQ testinin nə olduğunu bilir. Bəs hansı əsasla İQ testlərini ciddi qəbul etmək olmaz? Əvvəla ona görə ki, bu kimi testlər “təxmini” xarakter daşıyır. Və testin suallarının 80%-ni 1-dən 6-dək olan rəqəmlər və A-dan F-dək olan hərflər təşkil edir. Bu isə bir çox hallarda təsadüfi nəticələr verir. Dəqiq cavab tələb edən suallar vəziyyəti nisbətən stabilləşdirsə də onu köklü şəkildə dəyişə bilmir. İkincisi, ona görə ki, vahid meyarı yoxdur. İQ testləri kifayət qədər çoxdur. Onlar yalnız müxtəlif istiqamətlərdən yönələn suallardan ibarət deyil, o, həm də müxtəlif ölçü miqyasından ibarətdir. Belə ki, testlərdən birində siz 140-dan artığını yığa bilməsəniz də başqa birində asanlıqla 180 yığa bilərsiniz. Üçüncüsü, ona görə ki, testlərin hazırlanmasında onların tərtibatçılarının düşüncə tərzi öz təsirini qoymuş olur. Necə olmasa, onlarda insan həm də olduqca savadlı olur. Dördüncü, ona görə ki, testlərdə məlumatlar çox olduqca səhvlər az olur. Məsələn, testlərdə 40 sual olur ki, bu da çox azdır. Ən əsası isə bu suallar heç nə barədə dəqiq məlumat vermir. Belə ki, suallar müxtəlif sahələrdən, amma yüksək səviyyədə seçilir. Məsələn, aparılan testlərdə yüksək musiqi təhsili olan bir şəxs bir neçə dahi bəstəkarın adını əzbər bilən şəxslə əsla fərlənməyəcək. Bütün bunlardan belə məlum olur ki, intellektual səviyyənin müəyyən olunması üçün istifadə edilən müasir üsullar elə də etibarlı deyil. Və bunlar sadəcə manipulyasiya vasitələridir.

Müəllif: İsmayıl Əhməd

VN:F [1.9.16_1159]
Rating: +23 (from 23 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

2 comments

  1. Azərbaycanda ta qədimdən dəbdə olan primitiv iq səviyyəsinin ölçü vahidi iki eşşəyi arpasını bölmək sualıdır.Sual belədir:- bir 10 kiloluq arpayla dolu qab bir 7 kiloluq birdə 3 kiloluq boş qablar verilir.Bu qablardan istifadə etməklə arpanı iki eşşək arasında tən böl.:)

Həsən üçün bir cavab yazın Cavabı ləğv et