ACGÖZLÜK DEPRESSİYA YARADIR

Dövrümüzdə dünya iqtisadiyyatı gündən-günə sürətlə inkişaf edir. Genişlənən iqtisadiyyat və böyüyən istehsalçı-istehlakçı münasibətləri də öz növbəsində yeni problemlərə yol açır. Mütəxəssislər sürətlə artan istehlakçı tələbatının səbəbini “acgözlük” faktorunda görürlər. O cümlədən “nə qədər çox şeyə sahib olsaq, o qədər çox xoşbəxt olarıq” düşüncəsinin də zamanla yanlış düşüncə olduğu meydana çıxdı. Belə ki, çox vaxt sahib olduqlarımız bizə yetərli gəlmir və bütün ehtiyaclarımızı ödəsək belə yenilərinin axtarışına çıxırıq. Lazım olduğundan çox qidalanırıq, alış-veriş edirik, daha çox seksual münasibət axtarışında oluruq və zaman keçdikcə bütün bunları daha çox istəməyə başlayırıq.karyera sindromu İş yerlərimizdə də “acgözlük” edirik və kariyeramızda yüksəlişə doğru gedən yolda səhvlərə yol veririk. Pul qazandıqca daha çox qazanmaq istəyirik. Bütün bunlar isə bizə stress yaşadır, həyatımızı yaşanmaz hala salır, daha az şeylərdən zövq almağımıza, “acgöz” və şikayətçi olmağımıza səbəb olur. Bədənimiz doysa da ruhumuz ac qalır. Belə vəziyyətdə isə içimizdə olan mənəvi boşluğu doldura bilmək üçün mənfi davranışlara əl atırıq.
Aparılan araşdırmalarda bəzi əsas ehtiyacları ödəmək üçün lazım olan maddi vəsait ilə reallıqda lüks ləvazimatlara ödənən maddi vəsait müqayisə edildikdə inanılmaz mənzərə meydana çıxır. Belə ki, bütün dünya üzrə qadınlar bir il ərzində makiyaj vasitələrinə 18 milyard, parfumeriyaya isə 15 milyard dollar pul xərcləyirlər. Davamlı olaraq bədənə “pul xərcləmək” və bədənimizin sərhədsiz tələblərini həyata keçirməyə çalışmaq bir çox xəstəliklərin yaranmasına səbəb olur. Elm və texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə şəhərləşmə, ticarət, sənaye, turizm və digər bütün sahələrdə olan yüksəliş insanın mənəvi və ruh sakitliyindən çox maddi varlığına xidmət edir.

Yaşadığımız dövrdə istehlak artımı istehsalın çox böyük rəqəmlərə çatması və minlərlə yeni məhsulun bazara çıxması ilə özünü göstərir. Bundan əlavə bu məhsulları insanlara ehtiyac olaraq aşılamaq və satışını həyata keçirmək üçün reklam kompaniyaları həyata keçirilir. Bütün dünya miqyasında hər il təxminən 500 milyard dolların xərcləndiyi reklam kompaniyaları insanları boyuk bir rəqabətə cəlb edir. Davamlı olaraq istədiklərimizi alırıq, amma xoşbəxt deyilik. Çünki daha çox şeyə sahib olduqca əksinə olaraq sahib olduqlarımızın daha az fərqinə varırıq. Daha çox pul xərclədikcə özümüzdən də asılı olmadan böyük bir macəranın qurbanına çevrilirik.
Psixoloji aclıq və davamlı olaraq qidalanma istəyi də bir çox mənfi hallara səbəb olur. Piylənmə təkbaşına olmasa da səbəb olduğu bir çox önəmli və öldürücü xəstəliklərlə istər sağlamlığımıza, istərsə də sosial münasibətlərimizə ciddi zərbə vurur. Qidalanma istəyi idarə olunmadıqda kökəlmə baş verir ki, bu zaman həm duyğularınıza yadlaşır, həm də öz bədəninizdən xoşlanmaz hala gəlirsiniz.Əslində istəklərimizin təmin olunması az qidalandıqda, ruhən doyduqda və hər şeyə sahib olmaq arzusundan əl çəkdiyimiz zaman baş verir.
Başqalarının həyat tərzlərinə baxıb onların sahib olduqlarına sahib olmaq istəyirik. modern həyatÖz həyatımızı başqalarının həyatı ilə müqayisə edib, başqalarının xoşbəxtliyini istəyirik. Davamlı olaraq axtarış içində olmaq, əlindəkilərlə kifayətlənməmək, həyatdan tam olaraq nə istədiyini bilməmək azğınlığa səbəb olur. Cinsi əlaqənin həzz hissəsini unudub sadəcə bədəni doyurmağa çalışırıq. Daha çox insanla cinsi əlaqədə olmaq istəyi cinsi “acgözlüyün” nəticəsində meydana çıxır və bunun ən əsas səbəbi olaraq isə uşaqlıq dövründə yaşanmış psixoloji travmalar göstərilir. Uşaqlıq dövrü güvənsiz və sevgisiz keçən insanlar adətən sonradan “acgöz” olurlar. Gənc insanlar uşaqlıqda görmədikləri doğmalığı, istiliyi davamlı dəyişən partnyorlarda axtarırlar. Bu da özünü son dövrlərdə boşanma hallarının artmasında göstərir. Boşanma hallarının yeni qurulan ailələrə nisbətindəki artım münasibətlərdəki güvənsizliyi açıq-aşkar biruzə verir və bizi daha acınacaqlı vəziyyətlə qarşı-qarşıya qoyur.
Depressiya müasir dövrdə ən çox rast gəlinən psixoloji problemlərdən biridir. Zaman keçdikcə tələbatın yüksək olduğu cəmiyyətlərdə iqtisadi problemlərlə yanaşı əxlaqi problemlər də artmağa başlayır. Spirtli içkilər,siqaret və narkotik maddələrin istifadəsi ailə və cəmiyyət baxımından ağır sosial və iqtisadi problemlərə səbəb olur. Ehtiyacı olanları yox, ehtiyacı olmayanları özümüzə örnək olaraq görürük: sahib olduqlarımızı yox, sahib olmadıqlarımızı görürük və unuduruq ki, içimizdəki boşluğun tək yolu hər zaman almaq deyil, bəzən də qarşılıqsız verə bilməkdir.

Bəs “acgözlük” depressiyası ilə necə mübarizə apara bilərik?
* Ailənizlə və dostlarınızla daha çox vaxt keçirin.
* Sosial layihələrə qatılın. Bu eyni zamanda sizin dünyagörüşünüz üçün olduqca xeyirlidir.
* Daim aktiv həyat tərzi keçirin. Məsələn, gəzintiyə çıxmaq, idmanla məşğul olmaq və s.
* Özünüzə hobbilər yaradın və bunları davamlı şəkildə həyata keçirin.
* Zehni fəaliyyətlə məşğul olun. Bunu özünüz üçün əyləncəli hala da sala bilərsiniz. Məsələn, tapmaca tapmaq, krassvord həll etmək, müxtəlif məzmunlu kitablar oxumaq və s.

Mənbə: www.psikoloji.com.tr
Hazırladı: Murad Xəlilli

VN:F [1.9.16_1159]
Rating: +22 (from 22 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın