AĞIL VƏ İRADƏ

 AĞIL

Allah insanı yaratdı və ona bir məlumat qaynağı verdi. İnsan bu məlumat qaynağına görə bilgi əldə edəcək, bilmədiyini onunla öyrənəcək , informasiya istehsal edəcək və sonra ona görə hərəkət edəcək , işlərini icra edəcək. Bu məlumat çıxarma qaynağı ağıldır. Yalnız, insan ağıldan ibarət olmayıb bir çox dəyişik güclərdən ibarət mürəkkəb bir quruluşa malikdir. Ağıl bütün bu güclərin üstündə idarəçi bir mövqeyə malikdir. Onlar ağla təəssüratlar gətirir , ağıl onları elmə çevirir və hökm qaynağı edir, insana faydalı və zərərli şeyləri göstərir.

aöıl və iradə
Ağıl bilgi qaynağıdır. Sanksiyaları iradə verər.

İRADƏ

Lakin, ağılın sanksiya gücü yoxdur. Sanksiya gücü iradəyə aiddir. İradə isə bir çox gücün təsiri altındadır. Bundan ötəri digər qüvvələrin təsiri altında olan iradə, ağılın doğru bildiyini və hökm verdiyini edə bilməz və zərərli gördüyü şeydən qaça bilməz vəziyyətdə buraxa bilər. Ağlın doğru düşünməsinə qarşılıq, doğrunu etdirməsinə başqa güclər iradə vasitəsilə mane ola bilər. Bunlar iradəni təsir altına alan, başqaları tərəfindən zehinə göndərilən təəssüratlar və məlumatlardır. Bunlar tarixdən, ətrafdan, müəllimdən və cəmiyyətdən gəlməkdədir. Bunlar o qədər təsirli olarlar ki, ağılı belə bəzən səhv hökmə çatacaq qədər çaşdırarlar. Ağılın möhkəm düşünə bilməsi üçün, onu təsir altına alan iradəni bu təəssürat və məlumatlardan qurtarıb öz başına və özünə görə hökm verməsini, başqa bir deyişlə, ağlın saf və sərbəst olaraq düşünməsini təmin etmək lazımdır. Belə düşünən ağla sağlam fikir və səlim ağıl deyilməkdədir. Bu cür ağıl, bütün insanlarda olur , insanı çaşdırmaz və ona ancaq doğrunu göstərər. Məsələn, atasını öldürən qatili öldürməyi ağıl uyğun saymaz . Çünki bilir ki, özü qatili öldürərsə qarşılığında özü də öldürüləcək. İctimai təcrübə də budur. Amma yenə ictimai və digər faktorlar iradəni buraxmaz mütləq öldürməyə, qərar verməyə məcbur edər. İradə də ağılı hökm verməyə icbar edər, ağıl onun səhv olduğunu söyləyərək çəkilər. İradə o səhvi etdirər və ağıl əməliyyat xaricinə itələnilmiş olar.

Prof. Dr. Hüseyin ATAY
Tərcümə edən: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

Bir cavab yazın