AİLƏDƏ SEVGI

yaradılış-gil-palçıqSevgi – axtararkən tapılmayan, taparkən bütün axtarışlara son qoyan, özü-özünü kəşf edən ilahi hissdir. Onunla həyat aydınlanır. Ailədə, işdə, cəmiyyətdə fərqli yaşanır. Müəllim sinfə daxil olarkən şagirdlərinə sevgi ilə yanaşmasa, tədris etdikləri şagirdlərdə aydınlıq gətirməz, düşündürməz. Valideyn övladlarına sevgi ilə baxmasa, tövsiyyələri təsirli olmaz. Sevgi ilə qurulan ailələr sağlam gələcəyə səbəbdir. O qədər dəyərlidir ki, onunla bütün çətin bildiklərimiz həllini tapır.

İki insan arasında hörmətin, anlayışın kökündə sevgi dayanır. Sevgi nə verilir, nə alınır. Onunla bütün münasibətlər doğrulur. O nə səsdə, nə də sözdədir. Səsə də, sözə də, addımlara da güc verən yaradılışdadır. Sözsüz bütün varlıqlar onunla rahatlıq tapırlar.

Bir övladın anaya hörmətlə yanaşması, ər-arvad arasında doğru ünsiyyətin qurulması, sevən iki gəncin bir-birini anlaması məhz onların həyata zənginlik gətirən sevgidolu baxış və düşüncələrindən qaynaqlanır.

Ailədə övladlar arasında paxıllıq hiss olunarkən bunu tək bu ad altında dəyərləndirmək olmaz. Onların bir-birinə belə münasibəti, anaya fərqli tərəflərdən baxışı, yanaşması təbii haldır ki, verilən sevgini paylaşa bilmədiklərindəndir. Bu isə insan xilqətində daim var olan, özünü tapana qədər yaşanan hissiyyatdır. Bunun belə kökündə saf sevgi dayanır. Sevgini münasibətlərdə doğru yaşatmaq üçün qarşı tərəfi tanımağımız, ona anında diqqət etməyimiz mütləqdir. Əgər valideyn övladları yaxşı tanısa, daim diqqət edib dəyərləndirsə, onlar arasında sevgini də uyğun balansla yaşada bilər.

ailədə sevgiBəzən övlad ilə ana münasibətlərində “Sən qaqaşı məndən çox istəyirsən” kimi narazılıqlara rast gəlirsən. Belə düşüncələr övladlara qarşı anında olmayan dəyərləndirmənin nəticəsində ortaya çıxır. Onların həll etdiyi hansı tapşırıq olur-olsun “Afərin”-ə layiq olmasa belə ən azı “Təşəkkür”-lə dəyərləndirilməlidir.

Ailədə paxıllıq, qısqanclıq kimi münasibətlər sevginin zamanında layiqincə çatdırılmamasından nəticələnir. Bu da gələcəkdə kin, nifrət kimi neqativ hisslərlə əvəz olunur, qəlbi qaraldır. Ən çox belə uşaqlar aqressiv olurlar. Olduğu qədər də içində yarımqalmış sevgini daim hər yerdə axtarırlar. Valideynlər övladlarına hər zaman diqqətlə yanaşmaqla, sevgi ilə dəyərləndirməklə belə neqativ düşüncələri aradan qaldıra bilərlər.

Tanıyaq, diqqət yetirək, zaman yaradaq, bağışlayaq ki, münasibətlərdə sevgi şəffaflığını qoruya bilsin.

Təbiət ecazkar gözəlliyi ilə insanlarda o sevgini daim qorunub, yaşanması üçün bir səbəbdir. Çünki təbiət heç vaxt bu işindən əl çəkmədi. İnsanlara bitməz – tükənməz sevgi yaşatmaqdadır.

“Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq”. (V. Publiy)

Müəllif: Aynur Quliyeva

VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın