ALBERT EYNŞTEYNDƏN 25 HİKMƏT

Albert Eynşteynin 135 ili münasibətilə 14 mart 2014- cü ildə Gazeta Ru-nun toplayıb hazırladığı alimin 25 hikmətini sizə təqdim edirik.

  1. İnsan nə qədər ağıllıdırsa, öz ağılsızlığını bir o qədər daha asan etiraf edir.
  2. Elmi ixtiraların inkişafı – əslində dayanmadan möcüzələrdən qaçmaqdır.
  3. 3-cü dünya müharibəsində deyə bilmərəm hansı silahlardan istifadə olunacaq, ancaq 4-cüdə  daş və taxtalardan istifadə olunacaq.
  4. Öyrənməyimə mane olan tək şey öz-özümdən təhsil almağımdır.
  5. Bütün ömrünü suda üzən balıq su haqqında nə bilə bilər?
  6. Milliyətçilik uşaq xəstəliyidir. Bu insanlığın qızılcasıdır.
  7. Məni dalana dirəyən sual: “ Mən ağılsızammı, yoxsa başqa hər şey?”
  8. Müasir zamanda azad insan, krossvord həllini tapmağa çalışan sərbəst insana bənzəyir. Hansı ki, nəzəri olaraq hər hansı bir sözü yaza bilər, gərçəkdə isə krossvordun həlli üçün yalnız bir söz yazılmalıdır.
  9. Sağlam düşüncə – 18 yaşa qədər toplanmış xurafatın cəmidir.
  10. Anlaşılmaz hədəflərdə mükəmməl vasitələr – zəmanəmizin tipik xüsusiyyətləridir.
  11. Dinsiz elm axsaq, elmsiz din isə kordur.
  12. Təsəvvür bilgidən daha vacibdir. Bilgi məhdudlaşdIqda məhz təsəvvür bütün dünyanı fəth edər, inkişafı stimullaşdırar və təkamülü artırar.
  13. Kəbin – təsadüfi epizodu uzunmüddətli bir heçə çevirmənin uğursuz cəhdidir.
  14. Gəncliyimdə ayağımda baş barmağımın gec-tez corabı dəlməsini aşkar etdim. Buna görə də bir daha corab geyməməyə qərar verdim.
  15. İntelLekti ilahiləşdirmək mənasızdır. Çünki, onun qüdrətli əzələləri olsa da sifətsizdir.
  16. Qayda – qanun və nizam – intizam səfehlər üçün qaçılmazdır, axı dahilər xaos üzərində hökmdarlıq edir.
  17. Hər şey çox sadədir. Bütün insanlar  bir şeyin mümkünsüz olduğunu düşünərkən, onlarla razılaşmayan bir cəsur tapılır.
  18. Biz nə qədər çox bilirik və nə qədər az anlayırıq.
  19. Nə qədər yüngüldür (asan) bacardığın qədər et, ancaq yüngül (asan) etmə.
  20. Həyatda məna daşımaq üçün səy et, uğur əldə etmək üçün deyil.
  21. Hər bir insan ən azı dünyadan aldığını, dünyaya qaytarmağa məcburdur.
  22. Tanrı anonimliyini təsadüflər vasitəsilə qoruyur.
  23. İnsanları öyrətməyin tək yolu, onlara nümunələr göstərməkdir.
  24. İmkansızları dəf edən kəslər absurd cəhdlərə üstələnənlərdir.
  25. Yalnız kainat və insanın ağılsızlığı sonsuzdur. Hərçənd birinciyə şübhələrim var.

Hazırladı: Qüdrət Hidayətov

VN:F [1.9.16_1159]
Rating: +21 (from 21 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın