ALİMLƏRİN XOŞBƏXTLİK FORMULLARI

Statistikası daim izləmə və rəylərə görə artmaqda olan “Hamı üçün xoşbəxtlik” mövzusu bu gün çox sayda oxucularımızın maraq mərkəzindədir. Özümü və ətrafımı xosbəxt etmənin etibarlı və düzgün qaydalarını  təbii ki, hamımız öyrənmək istərdik.
Bu sahədə öz metodikası ilə fəaliyyət göstərən diplomlu və ya diplomsuz mütəxəssislərin sayının daim artmasına baxmayaraq, xoşbəxt insanların sayı artmır ki, artmır. Bəlkə bu tövsiyələrdə bir uygunsuzluq vardır?
Bu səbəbdən də alimlərin dəqiq tədqiqatlarına və tibb elminin təcrübələrinə müraciət etmənin əsl zamanıdır. Bizə xoşbəxtlik gətirən hisslərin necə baş verəcəyini, daha doğrusu beyin fəallığının artmasında müəyyən bir qrafiklə hiss edə bilmədiyimiz hissəciklərin necə parçalanmasını, hormonların necə qarışmasını müəyyən etmək üçün elmi təsdiqlərdə özünü doğrultmuş ixtiralara nəzər salaq:

xoşbəxtlik formuluFiziki hərəkətlər

Fiziki aktivliyin xoşbəxtlik duyğularının fəallaşmasında rolu böyük olduğundan, mütəxəssislərin demək olar ki, hamısı insanlarda depresiyaların aradan qaldırılmasında bu üsuldan genış istifadə edirlər. Bu mövzuda ixtiraların nəticələrini əks etdirən Xoşbəxtliyin Üstünlüyü (The Happiness Advantage) kitabında pasientlərin 3 qrupa bölündüyü qeyd olumuşdur. 1-ci qrup ancaq dərmanlarla, 2-ci qrup hərəkətli tibbi üsullarla, 3-cü qrup isə yalnız idmanla məşğul olur. 6 aydan sonra pasientlər üsulların nəticələrinə varmaq üçün təkrar müayinə olunurlar. Bəli, baxmayaraq ki, hər 3 qrup müsbət nəticələr əldə etmişdir, sadəcə bu müsbətliyin dayanıqlılığı təəccüblü dərəcədə fərqlidir. Beləki 1-ci qrupdakı (dərmanlarla müalicə) olunan insanların 38% faizi yenidən depresiyaya qayıdır. 2-ci qrupdakılarda (hərəkətli tibbi üsullarla) bu güstərici 31% dir. 3-cü qrupda bu göstərici cəmisi 9% təşkil edir. Bilirsinizmi, fiziki hərəkətlərlə məşğul olmağın faydalarından nəinki buna ehtiyacı olanlar, bu yöndə problemi olanlar yararlanar, hətta sağlam insanlarda belə, idmanın qısa zamanda ovqata, özunə güvənə və tonusa müsbət nəticələri aşkar olunmuşdur. Məsələn, aşağıdakı şəkildə 20 dəqiqəlik gəzintidən əvvəl və sonrakı beyinin aktivliyi təsvir olunmuşdur:

 

alimlərin xoşbəxtlik formulları-yuxuYatmaq

Yatmağın orqanizmin dincəlməsinə və bərpasına nə qədər faydası olduğunu bilməyən yoxdur. Habelə yatmağın bacarıqlarımızın cəmlənməsində və daha da məhsuldar olmağında faydaları da qaçılmazdır. Bu mövzuda bilmədiyimiz yatmağın xoşbəxlik duyğularımızdakı vacibliyidir. Müəllifləri Po Bronson (Po Bronson) və Eşli Meriman (Ashley Merryman) olan Təbii Zərbə (NatureShock) mövzulu ixtiralarında bundan bəhs edirlər. Beləki, beyndə xoş və bəd hadisələri xatırladan sahələr mövcuddur. Yetərincə yatmadıqda beyində ilk növbədə zərər çəkən sahə xoş hadisələri xatırladan sahələr olur. Buna görədə mütəmadi olaraq yuxusuz qaldıqda insanlar ancaq bəd hadisələri xatırlayır və həyatı neqativ olaraq düşünürlər. Yetərincə yuxusunu almayan tələbələr bu sınaq zamanı əzbərləmək üçün onlara təgdim olunmuş sözlərin 81% ini yalnız neqativ mənalı (məsələn xəstəlik kimi) sözləri, eyni zamanda da 31% ini isə müsbət və ya neytral mənalı (məsələn günəş və ya alış-veriş kimi) sözləri xatırlaya bilmişdirlər. Yatmağın müddəti və keyfiyyəti də insanların ancaq yuxudan qalxdıqda deyil bütün gün ərzində vəziyyətlərinə təsir edir. Aşağıdakı sxemdə bu aydın təsvir olunmuşdur:

Məkanlar arasındakı məsafələr

Gündəlik həyatımızda fərqində olmadan dəyişdiyimiz məkanların arasındakı, məsələn, evdən işə olan məsafənin bizə boyük təsirləri vardır. Hansı ki, biz bunu gün ərzində 2 dəfə, həftə boyu və illərlə etmək zorunda qalırıq. Buna görə də bu gərçəyin xoşbəxtlik duyğularımıza təsir etməyəcəyini düşünmək sadəlövhlük olardı. Hər hansı bir şəkildə bir məkandan digərinə doğru hərəkət etdikdə Meqapolisin bütün yüklənmiş əksiklərində özümüzü sınaqdan keçiririk. Çoxları zənn edir ki, şəhər ətrafındaki böyük bir ev və yaxud yeni marka avtomobil bu narahatçılığı aradan qaldıracaqdır. Yalnız son tədqiqatlar bunun tam əksini söyləyir. Buna görədə qisa və rahat məsafələr xoşbəxliyin özülünə atılmış kiçik kərpiclərdəndir.

qloballaşma-ailəAilə və dostlar

Bu gün insanların özlərini introvert (içinə qapanmış) adlandırması artıq dəb halına gəlmişdir ki, buna da səbəb olaraq elektron alətlərin insanlar üzərindəki nüfuzunu göstərmək olar, hansı ki, bu insanları tənhalığa doğru yönəldir. Bəli, aparılan çox saylı tədqiqatlar, bu gün müasir cəmiyyətin bədbəxtlik sindromuna və psixoloji pozuntulara yoluxmasında bu amilin ən böyük səbəb olduğunu ortaya qoymuşdur. Ömrünün böyük bir hissəsini 300 nəfərin üzərində tədqiqata sərf edən tibb alimi Gorc Vaylant (George Vaillant) 2008-cı ildə bu nəzəriyyəni təqdim etmışdir:
Tək şey hansı ki, həyatda məna kəsb edir, bu ətrafımızdakı insanlarla bizim münasibətlərimizdir. Məsələn, 40 yaşlı kişilərin sosial əlaqələrinin kəmiyyəti və keyfiyyətini təhlil etsək onların həyatlarının davamı haqqında praqnoz vermək olar. 93% 65 yaşın üzərində olan insanlar öz yaxın və qohumları ilə six-six əlaqədə olanlar təşkil edir.
Bəzi tədqiqatları işıqlandıran Sosial-İqtisadi Vəziyyət Gündəliyi’ndəki (Journal of Socio-Economics states) bir yazıda insanların xoşbəxtlik sorğusundakı anketlərinin nəticəsi maraqlı olmuşdur. Beləki, gəlirləri müxtəlif diapazonlarda olan insanların (gəlirləri arasındakı fərq 100000$ a qədər) xoşbəxtlik hisslərinə diqqət etsək, cəmiyyətlə daim aktiv olan insanların həyatlarından daha çox razılığını müşahidə edəcəyik, nəinki daha çox gəlir əldə edən tənha insanlar.

Açıq və təmiz hava

Küçədə olarkən təmiz havanın və günəş şualarının qəbulunun da əhvalımıza çox xeyirli təsirləri vardır. Tam buna görə adət etdiyimiz vərdışləri və ya həyatımızı dəyişdirmək məcburiyyətində deyilik. Bu mövzuda Sasseks Unversitetinin (University of Sussex) apardığı tədqiqatlara görə, hətta parkda, sahildə habelə küçədə 30 dəqiqəlik təmiz hava gəzintisi kifayət qədər xoş ovqatın yaranmasına zəmin yaratmışdır. Sınaq zamanı istifadə olunan insanların təbiətin bütün açıq hava mühitlərindəki göstəriciləri, qapalı məkan göstəricilərindən qat-qat üstün olmuşdur.
Amerika Meteorologiya Birliyi (American Meteorological Society) bu mövzuda bir az da irəli gedərək hansı hava şəraitinin əlverişli olmasını araşdırarkən 14°C ətrafında hərarətlərdə 20 dəqiqəlik gəzintinin tam optimal variant olduğunu təsbit etmişdirlər.

təbəssümTəbəssüm

Üzümüzdəki  təbəssüm pozitiv emosiyaları ifadə edir və həmçinin tərsini də söyləmək olar. PsiBloq (PsyBloq) nəşrinin təqdim etdiyi məqalədə bu mövzuya belə izah verilir: Əgər biz özü özümüzə gülürüksə belə üz əzələlərimizdəki mövcud sinir impulsları beyin qabığındakı müəyyən sahələrin oyanmasına xidmət edir.
Elm adamları ovqatımız ilə mimikamızın arasında möhkəm bir rabitə olduğunu görürlər, habelə bu rabitənin ovqatdan mimikaya və ya mimikadan ovqata təsirini müşahidə edirlər. Hətta pis bir vəziyyətdə belə gülümsəsək, dərhal bir yüngülləşmə hiss edəcəyik.

 Başqalarına kömək

Bu nə qədər məntiqsiz görsənsə də tədqiqatlar tam əksini söyləyir. Hətta alimlər bu işə sizin nə qədər vaxt ayıracağınızı da təyin edə bilmişdirlər. Bu ildə 100 saat və ya həftədə 2 saatdır.
Xoşbəxtlik Araşdırmaları Gündəliyi (Journal of Happiness Studies) nəşrinin bu mövzuda təqdim etdiyi xüsusi tədqiqatda bir qrup insanlara özlərinə və ehtiyacı olan insanlar üçün xərcləməyə pul verildiyini göstərir. Bazarlıq hadisəsindən sonra doldurulmuş anketlərin nəticəsinə diqqət etsək pulu xeyirxahlığa xərcləyən insanların, pulu özünə xərcləyən insanlardan daha məmnun göründüyünün şahidi olacağıq.
Bütün bunlar pula aiddir, bəs vaxt xərcləmək haqqında necə? Bir fikriniz varmı? Bu mövzuda Almaniyada Berlin divarlarının sökülməsindən sonra aparılan tədqiqatlar da məhz bunun üçün nəzərdə tutlmuşdur. Beləki, xeyirxahlığa qarşı fərqli münasibətlər sərgiləyən cəmiyyətlərdə böyüyən insanları müqayisə etdiyimizdə, bu nəzəriyyə, hisslərimizin həyatımızın formalaşmasında nə qədər rolu olduğunu bir daha göstərmiş olur. Ümumiyyətlə başqalarına qarşı edilən xeyirxah əməllər qısa zamanda bəhrəsini verir və müəyyən bir zamandan sonra bunun nəticəi ilə qarşılaşmaq bizim də psixoloji statusumuzu yüksəldir.

Minnətdarlıq

Kənardan bu nə qədər sadə görünsədə bir çox insanlar bunun öhdəsindən gələ bilmir.Qeyri real arzuların yaratdığı daimi məyusluq və inilti yerinə, bu gün ortada var olana, sahib olduqlarına minnətdar olmaq (bizdə buna şükür etmək də deyərlər) xoşbəxtliyin açarlarından biridir. Bu hissi öyrənmənin müxtəlif üsulları vardır. Məsələn, hər gün başınıza gələn 3 yaxşı hadisəni qeyd edin və ya həyatınızda sevdiyiniz şeylərin siyahısını tərtib edin. Xoşbəxtlik Gündələyi (Journal of Happiness) nəşr etdiyi məqalədə 219 nəfərin bu mövzudakı tədqiqatlarının nəticələrini təqdim etmişdir. Bu insanlara 3 həftə ərzində qarsılaşdıqları və onların zənninə görə müsbət hadisələrin siyahısını tərtib etmək təklif olundu. Pozitivliyə yön verən bu qatqının nəticəsinə baxsaq gördüyümüz səhnədəki, bu insanların gələcək həftələrdəki siyahıları gedərək uzandığı və həyat məmnunluğunun daha da möhkəmlənməsidir.

alimlərin xoşbəxtlik formulları-meditasiyaMeditasiya

Meditasiya adətən aydın düşüncə və diqqətin cəmlənməsinin əldə edilməsi üçün təqdim olunur. Həmçinin insanların sakit davranmasına da kömək edir. Meditasiyanın insanların xoşbəxtlik hisslərinə də dərin təsiriləri vardır. Baş Massaçusets Xəstəxanasının (Massachusetts General Hospital) mütəxəssisləri tərəfindən meditasiya ilə məşğul olan və sadə həyat tərzi sürən insanların beyin görüntülərinin müqayisəsi bu qənaəti ortaya qoymuşdur; Meditasiya beyinin işləməsinə və həzz hisslərinin cavabdeh mərkəzlərinə bir başa təsir edir. Aşağıdakı səkildə də bunu görmək mümkündür:

Beləliklə nəticəyə gələ bilərik. Alimlərin çox saylı tədqiqatlarının təsdiqlərindən gələn fikirləri ilə razılaşsaq, xoşbəxtliyin sirləri heç kim üçün artıq sirr deyildir.

Yetərki sadəcə idmanla məşğul olaq, yaxşı yataq, evə yaxın bir məsafədə işləyək, bununla bərabər hər gün təmiz havada ən azı yarım saat gəzək. Emosyanal planda isə ən əhəmiyyətli olan ailə, dostlar və qohumlarla əlaqənin qorunub saxlanılması, müsbət ovqat, və minnətdarlığa dogru yönəlmiş bacarıqlarımızdır. Gözəl gələcəyə ümid etmək və bu gələcəkdən məhrum olanlara kömək etmək heç də artıq olmazdır. Hə, bir də meditasiyanı unutmayaq.

Gördüyünüz kimi bu işdə çətin bir şey yoxdur. Ümid edirəm ki, bu məqaləni  oxumaq  daha xoşbəxt olmanıza az da olsa xidmət edəcəkdir.

Mətni tərtib etdi: Dmitri Qorçakov
Tərcümə edən: Qüdrət Hidayətov

VN:F [1.9.16_1159]
Rating: +21 (from 21 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın