ALİYA İZZƏTBEQOVİÇ

artist_60617

Aliya İzzətbeqoviç , 1925-ci ildə bu gün Bosniya – Hersoqovina Bosanski Šamac qəsəbəsində dünyaya gəldi . Ailəsi İslami həssaslığa sahib bir ailə idi. Ancaq İzzətbeqoviç, İslam əleyhdarı və Müsəlmanları Avropaya çöldən girmiş kəslər olaraq görən bir ətrafda yetişdi. Sarayevoda bir Alman kollecində təhsil gördü. Elmə önəm verən və intizamla çalışan bir şagird olaraq tanındı.

Kollec çağında üstün qabiliyyətləri və İslami mövzulara əlaqəsiylə önə çıxdı. O dövrdə bəzi yoldaşlarıyla birlikdə dini mövzuları müzakirə etmək məqsədi ilə Mladi Muslimani ( Müsəlman Gənclər Klubu ) adını verdikləri bir klub qurdu. Bu klubu qurduğunda hələ 16 yaşında idi, lakin olduqca təsirli və məhsuldar bir düşüncə qabiliyyətinə sahib olduğu alında. Buna görə qurduğu klub bir düşüncə klubu olmaqdan çıxaraq fəaliyyət klubuna çevrildi. Bu səbəbdən bəzi təhsil və xeyr fəaliyyətlərinə liderlik etməyə başladı. Ayrıca gənc qızlar üçün də ayrı bir vahid meydana gətirdi. İkinci Dünya Müharibəsi əsnasında da ehtiyac sahiblərinə kömək etdi.

13 Yanvar 1946-cı ildə Yuqoslaviya yenidən müstəqilliyinə qovuşdu. Ancaq bu müstəqillik hərəkətində Kommunist Partiya yanlıları əhəmiyyətli bir rol boynuna götürdüklərini müstəqillik sonrasında da ölkədə rəhbərliyi ələ keçirdilər. Kommunist rejimin ölkə rəhbərliyini ələ keçərməsiylə birlikdə dinlərə xüsusilə də İslama qarşı bir döyüş başladı. İzzətbeqoviç, İslami fəaliyyətləriylə tanındığında və ateizmə qarşı olduğundan kommunist basqının ən əhəmiyyətli hədəflərindən biri idi. Bu səbəblə 1949-cu ildə İslamçılıq ittihamı həbsə girərək beş il həbs cəzası çəkdi.

Beş illik həbs müddəti (1983-1988) İzzətbeqoviçin həyatında əhəmiyyətli təsir etdi. Həbsdə düşünməyə, fikir çıxarmağa, daha əvvəl çıxarılmış fikirlərdən istifadə etməyə çox fürsət tapdı. Bunun yanında əhəmiyyətli bir fikri əsərindən ötəri həbsə atılması olması, onun fikirlərinin ətrafda daha çox əks-səda oyandırmasına səbəb oldu. Ayrıca, onun həbsdə olduğu dövrdə illərini verdiyi “Şərq və Qərb arasında İslam” adlı məşhur kitabı nəşr olundu. Bu kitabını bir yoldaşı nəşr etdi və çox qısa zamanda geniş bir kütləyə çataraq böyük əks-səda oyandırdı. İzetbegoviç, bu kitabıyla İslamı sadə və öz bir şəkliylə yetişən nəsillərə qazandırmağı hədəfləyirdi.

Izzetbegovic-ve-Çocuk

İzzətbeqoviçhəbsdən çıxdığında Dünyada kommunist rejimlər çöküş dövrünə girmişdi. Yuqoslaviyada da köhnə federativ quruluşun qorunması mövzusunda çox çox bir həssaslıq qalmamışdı. Bunun yerinə müstəqillik tərəfdarı fikirlər təsirini göstərməyə başlamışdı. Ayrıca ştatlarda rəhbərliyə keçmə mövzusunda təsirli siyasi yarışlar başlamışdı. Alija İzetbegoviç də Bosniya – Herseqovina Muxtar Respublikasında Demokratik Əyləm Partiyası (SDA ) adı verilən bir siyasi partiya qurdu. Bu partiya Bosniya- Hersoqovinada 1990-cı ildə reallaşdırılan ümumi seçkiləri qazanaraq lideri Alija İzzətbeqoviç respublika başçısı oldu. Bu seçim SDA’nın girdiyi ilk seçki olmasına baxmayaraq böyük bir müvəffəqiyyət əldə etdi və prezidentliyini qazanmasının yanında parlamentdə da 86 kürsü əldə etdi.
Aliya İzzətbeqoviç 19 Oktyabr 2003-cü ildə  78 yaşında Sarayevoda vəfat etmişdir.

Məşhur əsərləri:
İslam Manifesti
İslam Bəyannaməsi və İslami Yenidən Doğuşun Problemləri
Şərq və Qərb arasında İslam
Tarixə Şahidliyim

Mənbə: tr.wikipedia.org
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın