ALLAH ANCAQ MÜSƏLMANLARIN DEYİL

Etiraf edək ki, tez tez, xüsusilə də dini müstəvidə olan müzakirələrdə avtomatik Şərq və Qərb yarışdırması ortaya çıxır. Bir tərəf Avropanın sosial rifah halından bəhs edərkən, digər tərəf də Avropanın sadəcə siyasi güc olaraq formalaşmasından və Şərqi pis vəziyyətə saldığından bəhs edir. Hər iki tərəfin kifayət qədər əsasları var. Amma mən fərqli yöndən baxmaq istərdim:

dünya dinləriAvropadakı indiki siyasi güc, dünən ortaya çıxıb. Şərqin dünyaya meydan oxuduğu vaxtlar Avropa siyasi güc olraq meydanda yox idi. O vaxtlarından bəri məhz özləri didib bir-birini. Türk türkü, müsəlman müsəlmanı, ərəb əcəmi qırıb. İbn Sinanın mədrəsələrini, Farabinin, Zəkəriyyə əl- Razinin külliyatlarını Avropa deyil, məhz müsəlmanlar dağıdıb, məhv edib. Böyük İslam mütəfəkkirlərinin başını elə özününkülər yeyib. Əksinə, Avropa İbn Sina, İbn Rüşd, Farabi, Qəzzali kimi alimləri araşdırıb, öyrənib, mənimsəyiblər. Bəli, bu təkcə Şərqdə olmayıb. Bəli, Bruno, Kopernik kimilərini də yandırıblar, alimləri təqib ediblər. Amma buna qarşı mübarizə aparıb bunu edənləri layiqli yerlərinə qədər sıxışdırıblar. Otur yerində, öz işinlə məşğul ol, misalı. Böyük intibah dövru, Dekartla başlayıb Kantla davam edən, Nyutonla, Eynşteynlə, Tesla ilə dünyaya güc bəxş edən bir təkamülə yol açıblar. Şərqdə isə bu yersiz təəssübkeşlik, bölgəsəl Tanrı təfəkkürü hələ də davam edir. Diqqətlə baxsaq, burax təfəkkürü, az qala zahiri forma belə orta əsrlərdən də geri qalır.
Bəli, güclər, imperiyalar, istismarçılar hər yerdə eynidir, Qərbdə də, Şərqdə də. Amma bu bir faktdır ki, bu gün Avropada sosial həyat tərzi və yaşam modeli müqayisədə İslam coğrafiyasındakı ölkələrdən qat-qat üstündür. Sosial yaşam isə, düşüncə və fikirlərdən formalaşan bir təkamül yolçuluğunun təzahürüdür. Qurani Kərim deyir:

Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! Allah çoxunu əfv edər. 42/30

Allah heç bir topluluğu, doğru yolu göstərdikdən sonra (belə)-qorunub çəkinəcəkləri şeyləri onlara bütünüylə açıqlamadıqdan sonra sapıklıqla günahlandırmaz. Əlbəttə, hər şeyi bilən sadəcə Allahdır. 9/115

böyük dinlərBəli, siyasi güc olaraq Avropaya baxsaq, heç də hər şey göründüyü kimi deyil. Avropa bu gün bütünü ilə model alınası da deyil, məncə. Amma mən insan şüurlanmasından bəhs etmək istədim. Və deyərdim ki, elementar normativ insanı dəyərlər, sadə həyat yanaşmaları baxımından Avropanın demək olar ki, bütün dövlətləri yaxşı şərtləndirilib və bu cür inkişaf edirlər. “Təzahürdür, sadəcə” desək də bu belədir. Yəqin ki, bunun üzərində ciddi institutlar işləyir. Düşünürəm ki, bu bizə təbliğ olunan aqressiv dövlət modeli və qınayıcı ateist baxışlar toplusu deyil. Əksinə, çox tolerant və dünyanın bütün dəyərlərindən məharətlə istifadə edib öz regionları üçün əla modellər qoyan bir bazadır. Faydalılıq bazası.

SİTATIN SONU:

Təməl olaraq, burada bir problem görürəm:
Əslində, hər kəs Avropanın tam və ya qismən də olsa sosial durumunun daha yaxşı olduğunu qəbul edir. Hətta İslam coğrafiyasındakı neqativ davranışlara qarşılıq nümunə göstərilir, məhz müsəlmanlar tərəfindən. Sadəcə bir məsələ var. Tanrının ancaq Şərqə, daha dəqiq desək İslam coğrafiyasına aid olması və Qərblə əlaqəsinin olmamasıdır, sanki. Bu, Qərbin ateist etiketlənməsinin təzahürüdür. Avropa deyən kimi, qeyri-ixtiyarı qarşı tərəf, qarşı komanda görürük sanki.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +20 (from 22 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

3 comments

tarxan. üçün bir cavab yazın Cavabı ləğv et