Bir dindar qadın var. Allahdan danışır, başı bağlıdır, ibadət edir, oruc tutur və s. Təbii ki, əxlaqdan bol-bol danışır. Ancaq özü insanları acılayır, qaraqışqırıq salır, həyasızlıq edir, haqsız yerə işlərini düzəltmək üçün hamıya şər atır. Deyirlər bəs bunun dini necə oldu? Məgər dindar olub bu sifətlərdə olmaq olar?
Mən də dedim ki, o qadın öz tanrısına inanıb ibadət edir, bizim isə öz tanrılarımız var. Onun tanrısı o qadını bu hərəkətlərə alışdırır, bizim tanrılarımız isə bizə başqa şeyləri buyurur.
Dedilər mənə ki, əstəğfirullah, Allah birdir və şəriki yoxdur. Dedim təbii ki, hər şeyin Birdən başlaması məntiqlidir. Çünki istənilən durumda varlığın ilki olmalıdır ki, ondan hər şey törənsin.
Ancaq eyni zamanda Allahın bir olması o demək deyil ki, insan beyinlərində, düşüncəsində o eynidir. Çünki hər bir insanın tərbiəsi, mədəniyyəti, dünyagörüşü, çevrəsi, düşüncə tərzi, anlama dərəcəsi və s. fərqlidir. Ona görə də istənilən şeyə münasibət mütləq fərqlidir.
Bundan başqa biz dünyanı duyğu orqanlarımızın vasitəsi ilə qavrayırıq, dərk edirik. İnsanın bir neçə düyğu orqanları vardır, onlar isə eyni şey haqqında fərqli xəbərlər verir. Örnək üçün bal ilk baxımdan ikrah hissi doğurur, ancaq o dadlıdır. Ona görə də bilinmir ki, onlardan hansına üstünlük verilməlidir. Deməli duyğu orqanları bizə fərqli bilgilər verir.
Bundan sonra duyğularla gələn xəbərlər düşüncə ilə qavranılır və şeylər haqqında nəticələr çıxarılır. Burda da problemlər yaranır. Gəlinən nəticələr məsafə və yerin təsiri altında irəli sürülə bilər. Hər bir şey tutduğu məsafə və yerdən asılı olaraq bizə müxtəlif cür görsənir. Örnək üçün gəmi uzaqda kiçik, yaxında isə böyük görsənir.
Başqa canlılarda da belədir. Canlıların duyğuları fərqlidir, hər bir canlı dünyanı özünəməxsus tərzdə görür və qavrayır. Örnək üçün bizim ağac gördüyümüz şeyin üstündə gəzən qarışqa o ağacı bəlkə də yol kimi görür. Deməli eyni şey çeşidli canlılar üçün müxtəlif görsənir. Beləliklə biz şeylərin yalnız bizə görsənən özəlliklərindən danışa bilərik. Onların təbiəti haqqında heçnə deyə bilmərik.
İndi biz çevrəmizdə olan şeylər barəsində fərqli baxışlarımız vardırsa,onda gözə görükməyən və duyulmayan Allah haqqında necə hamı üçün bir olan təsəvvür yaradıla bilər? Bu qəti olaraq imkansızdır.
Təbii ki, Allahı da hər adam bu amillərin əsasında qəbul edir. Deməli Allahın birliyini bəyan etsək belə biz onun təbiətinə vara bilmirik və onun haqqında eyni təsəvvür yarada bilmirik. Hər kəs öz düşünsə səviyyəsi və duyğu özəlliklərinə əsaslanaraq öz tanrı təsəvvürünü yaradır. Sonra isə bu təsəvvürlərinin əsasında davranır və dünyanı onlara uyğunlaşdırır. Deməli insan dünyaya deyil, dünya insana uyuşur. Bu da o deməkdir ki, insanların içində dünya fərqli görsənir. Belədirsə, onda insanların mənəviyyətında fərqli tanralar vardır.
Buna görə də hər adam özünü doğru, başqasını haqsız görür. Eyni zamanda hamı Allaha yalvarır ki, ona yardım etsin. Onda belə çıxır ki, Allah hər adamın özəlliklərinə uyğundur. Belədirsə, onda o həmən bir Allah deyil. O adamın özəlliklərindən doğmuş tanrıdır. Yenə də belədirsə, onda hər adamın öz tanrısı var. Bəli, o tanrılar əslində yoxdur, insan mənəviyyatının məhsuludir. Ancaq insanlar onlara (özlərində yaratdıqları tanrıya) tapınır. Çünki bir olan Allahın təbiəti onlardan kənardadır. Bir Allahı heç kəs dərk edə bilməz.
Bax buna görə də dindar fitnə törədib, özünə Qurandan haqq qazandırır. Başqası isə həmən Qurana istinad edərək onu haqsız bilir. Biri deyir İslamda terror yoxdur və müqəddəs mətnlərdən istinadlar verir. Başqası isə həmən müqəddəs mətnlərə istinad edərək başqalarına ölüm hökmü verir. Din adı ilə əskik hərəkətlər edən, başqalarının haqına girən, dövlət əmlakını talayan və s. dindarlar azdırmı? Məsələ burasındadır ki, onların hamısının tanrıları fərqlidir.
İç dünyaları bir-birinə bənzəyən adamların təsəvvür etdikləri tanrıları o adamları birləşdirir və onların tanrıların da eyniləşməsi baş verir. Deməli bir toplu insanların təsəvvürlərində belə bənzər bir tanrı ola bilər ki, o başqa toplu insanların təsəvvürlərində olan tanrıdan fərqlənsin. Onda bu toplu insanlar bir tanrıya, başqaları isə başqa tanrıya tapınırlar. Hamı da öz tanrısını həqiqət bilir və iddia edir ki, elə onun anladığı tanrı dindəki bir Allahdır. Ancaq əslində bu onun təsəvvüründən başqa bir şey deyil.
Beləliklə bu dünyada insanlar qədər çox tanrılar var. O tanrılar insanlarda yaşayır, onların düşüncəsinin məhsuludur. Təbiətdə isə gerçək bir Allah var. Ancaq onu dərk etmək olmur. Bəlkə də O özü kimə istəsə o qabiliyyəti verə bilər. Ancaq versə belə, heç kəs bunu bilməyəcək. Çünki insanların dünyaları fərqlidir.
Müəllif: Aydın Əlizadə
Bismilləhir-Rahmənir-Rahim
Ə S M A Ü L — H Ü S N A
ALLAHIN 99 ADI VƏ MƏNALARI
“Ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin…..”
“Əraf” surəsi, 180-cı ayə.
İmam Sadiq (ə) buyurmuşdur: «Allah-Təalanın 100-dən bir əskik (yəni 99) adı vardır, hər kim onun bu adlarına iman gətirərək saysa behiştə düşər»
Həmin adlar bunlardır:
_____________________________________________________________________
1. ALLAH — bütün gözəl sifətləri özündə ehtiva edən
2. ƏL-VAHID — yeganə
3. ƏL-ƏHƏD — bənzərsiz
4. ƏS-SAMƏD — ehtiyacsız
5. ƏL-AXİR — hər şeydən sonra mövcud olacaq
6. ƏS-SƏMİ — hər şeyi eşidən
7. ƏL-BƏSİR — hər şeyi görən (haqq-nahaqq)
8. ƏL-QƏDİR — hər şeyə qüdrəti çatan
9. ƏL-ƏVVƏL — hər şeydən əvvəl mövcud olmuş
10. ƏL-QAHİR — zalımları qəhr edən
11. ƏL-ƏLİYY — yüksək, uca
12. ƏL-Ə’LA — ən yüksək, ən uca
13. ƏL-BAQİ — əbədi, daimi, qaları
14. ƏL-BƏDİ — həmişə ixtira edən
15. ƏL-BARİ — yaradıcı
16. ƏL-ƏKRƏM — ən kəramətli
17. ƏZ-ZAHİR — aşkarda olan (yaxud aşkardakıları bilən)
18. ƏL-BATİN — gizlində olan (yaxud gizlindəkiləri bilən)
19. ƏL-HƏYY — diri
20. ƏL-HƏKİM — çox hikmətli
21. ƏL-ƏLİM — hər şeyi bilən, çox elmli
22. ƏL-HƏLİM — çox mülayim
23. ƏL-HƏFİZ — ən yaxşı qoruyucu, mühafizəçi
24. ƏL-HƏQQ — həqiqət
25. ƏL-HƏSİB — hər şeyi hesaba alan
26. ƏL-HƏMİD — həmd edilən (yaxud həmdə layiq)
27. ƏL-HƏFİYY — öz yaratdıqlarını çox sevən
28. ƏN-NUR — nur
29. ƏR-RƏBB — bəsləyən, pərvəriş edən
30. ƏR-RAHMƏN — çox mərhəmətli
31. ƏR-RƏHİM — həmişə mərhəmətli
32. ƏR-RƏUF — mehriban, şəfqətli
33. ƏR-RAİ — hər şeyi görən
34. ƏR-RƏQİB — nəzarətçi, keşikçi
35. ƏZ-ZARİ — yaradan (yaxud bəndələrinin aqibətini müəyyən edən)
36. ƏS-SƏLAM -hər təhlükədən salamatlığa çıxaran, əmin-amanlıq və salamatlıq verən
37. ƏR-RƏZZAQ (ƏR-RƏZİQ) — ruzi verən
38. ƏL-MÖ’MİN — iman bəxş edən (yaxud iman bəslənilən)
39. ƏL-MÜHƏYMİN — himayə edən
40. ƏL-ƏZİZ — çox izzətli
41. ƏL-CƏBBAR — zalımlara əziyyət verən
42. ƏL-MÜTƏKƏBBİR — məqamı uca tutulan, böyüdülən
43. ƏS-SƏYYİD — ağa, başçı
45. ƏŞ-ŞƏHİD — hər şeyə şahid olan və nəzarətçi olan
46. ƏS-SADİQ — sədaqətli, doğrucul
47. ƏT-TAHİR — pak, saf
48. ƏL-ĞƏNİYY — ehtiyacsız, varlı
49. ƏL-ĞİYAS — köməkçi
50. ƏL-FATİR — yaradan, vucuda gətirən
51. ƏL-FƏRD — tək, yeganə
52. ƏL-FƏTTAH — çətinlikləri həll edən
53. ƏL-FALİQ — dan yerini yaran, parçalayan
54. ƏL-QƏDİM — əzəli, olmadığı zaman təsəvvürə gəlməyən
55. ƏL-MƏLİK — mülk sahibi
56. ƏL-QÜDDUS — müqəddəs
57. ƏL-QƏVİYY — çox qüvvətli
58. ƏL-QƏRİB — çox yaxın
59. ƏL-QƏYYUM — dayanıqlı, sarsılmaz, sabit
60. ƏL-QABİZ — sıxan, canları alan, və ya qəbz edən
61. ƏL-BASİT — açıb sərən və ya səxavətli
62. QAZİYUL-HACAT — hökm verən, ehtiyacları həll edən
63. ƏŞ-ŞAFİ — şəfa verən, sağaldan
64. ƏL-MƏCİD — şan-şöhrətli, əzəmətli, ulu
65. ƏL-VƏLİYY (ƏL-MÖVLA) — dost (ağa, sərvər)
66. Əl-LƏTİF — lütf edən
67. ƏL-MƏNNAN — bəndələrinə çox ehsan edən
68. ƏL-MÜHİT — hər şeyi əhatə edən
69. ƏL-MÜBİN — hər şeyi bəyan edib aşkarlayan
70. ƏL-MÜQİT (ƏL-MÜĞİS) — ruzi verən (dada yetişən, yardımçı)
71. ƏL-MUSƏVVİR — hər şeyi formaya salan
72. ƏL-KƏRİM — çox kəramətli
73. ƏL-KƏBİR — çox böyük
74. ƏL-KAFİ — kifayət edən, hər şeyə bəs edən
75. KAŞİFÜZ-ZÜRR — zərərin üstünü açıb ifşa edən
76. ƏL-VİTR — tək-tənha
77. ƏL-ƏZİM — əzəmətli
78. ƏL-VƏHHAB — nemət bağışlayan
79. ƏN-NASİR — köməkçi, yardımçı
80. ƏL-VASE — çox əhatəli, geniş
81. ƏL-VƏDUD — bəndələrini çox sevən
82. ƏL-HADİ — hidayət edən, doğru yol göstərən
83. ƏL-VƏFİYY — vəfalı, sadiq
84. ƏL-VEKİL — himayəçi
85. ƏL-VARİS — qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud
86. ƏL-BİRR — yaxşı sifətlərin sahibi
87. ƏL-BAİS — qiyamətdə ölüləri dirildəcək zat
88. ƏT-TƏVVAB — tövbələri qəbul edən
89. ƏL-CƏLİL — cəlallı
90. ƏL-CAVAD — səxavətli
91. ƏL-XƏBİR — hər şeydən xəbərdar olan
92. ƏL-XALİQ — xəlq edən, yaradan
93. XEYRUN-NASİRİN — ən yaxşı yardımçı
94. ƏD-DƏYYAN — hesabat gününün sahibi, hakim
95. ƏŞ-ŞƏKÜR — şükr edilən (yaxud şükrə layiq)
96. ƏS-SANE — yaradıcı
97. ƏL-ƏDL — ədalətli (yaxud ədalətin özü)
98. ƏL-ƏFÜVV — əfv edən, bağışlayan
99. ƏL-ĞƏFUR — günahları bağışlayan
Quran və Peyğəmbərimiz və İmamlarımız öz səhih hədislərində ayələrdə bizə Allahı bizə kifayət edə biləcək qədər tanıtdırmışdır süpəsizki məlumatsız adamlar ayrı ayrı fikirlərə düşəcəklər düzgün tanımamaq mümkün olmuyan birşey deyil