ALLAHIN HÖKMÜ!

1555591_827836380579361_928679668_n

Allahın Hökmü!
Bəli! Çox eşitdiyimiz, amma az anladığımız bir anlayış. Adı Allahın, istəyi isə bizim olan hökm.
Əslində biz həyata və onun qanunauyğunluğuna baxsaq burada necə gözəl bir süjet xəttinin olduğunu görərik. Allahın hökmünün bir mərhələ, bir dəyişim və bir kamilləşmə olduğunun və ya bu cür gerçəkləşdiyinin şahidi olarıq.
Bir ömür varlığa və onun gerçəklərinə duyarsız qalan, onu göz ardı edən və bu düşüncəylə Allahı yalnız kitablardan tanıyan bir insan əlbətdə Allah adına həyatın gerçəklərindən uzaq hökm çıxaracaq. Həyatı, onun gerçək mahiyyətini və insanı İnkar edəcək.
Hansı ki, biz doğru düşüncəylə Qurana baxdığımızda Allah da olayları bir mərhələyə, Axirətə və Qiyamətə götürür. Allahın olayları qiyamətə götürməsi əslində bir çözümə aparma istəyindəndir. Allah “Hökmə” tələsmir. Bu mənada bəlkə hökm də istəmir. Hər zaman indi və burada düşüncəsiylə “Allahın hökmü” ilə hökm verənlər öz nəfsi istəklərinin Tanrısının hökmüylə hökm edənlərdir. Nəfsini İlah edəni gördünmü? (25/43)
Baxın ətrafa, baxın varlığa, baxın həyata və onun axıb getmsinə və baxın Allahın hökmünə. Nə gözəl bir hökm! Nə gözəl öz həqiqətinə uyğun axıb getməkdədir həyat. Dəyişimə, çözümə və tərbiyəyə götürən bir höküm. Nə olur olsun Hər zaman bir aydınlığa, bir qurtuluşa və ümidə hesablanmış bir hökm. Daim “hökmdən” qaçan, rəhmət və bağışlamasını önə çəkən və işi qiyamətə götürərək İnsanın öz özgür iradəsiylə qurtuluşunu istəyən bir Allah!
Həqiqətən biz bir anlıq geniş bir pəncərədən İnsanın özü başda olmaqla varlığa baxaq.Təbiətdə və insanın özündə baş verən olaylar nə zaman bizim bildiyimiz anlamda indi və burada düşüncəsiylə baş verdi? Biz ətrafda hər şeyin dəyişmə və kamilləşmə prinsipi ilə özünü ifadə etdiyini görmürükmü? Allahın hökmünün bir ağac üzərində təzahürünə baxaq. Toxumdan başlayaraq budaqları göylərə yüksələn və meyvə verən bir ağac oluncaya qədər keçən zaman. Biz bu prosesi adət və təcrübəmizdən kənar bir düşüncəylə izləsək onun bu “təbii hökm” daxilində inkişafından ümidimizi üzər və həmən olmasını gözləyərik. Amma təcrübələrimiz bizə bu həqiqət ilə barışmağa və qəbul etməyə məcbur edir. Əslində biz bu həqiqətlə barışdıqca belə oluşunun daha mutmayin (mutlu) edici olduğunu kəşf edirik.
Biz buna nümünə olaraq İnsanın ana bətnində bir nütfədən dünyaya gəlişinə və buradan da özünü ifadə edən bir insan oluşuna qədər olan sürəci də göstərə bilərik.

Biz çox vaxt bu həqiqətlə barışmayıb tələskənlik edirik, hökmün həmən gerçəkləşməsini istəyirik. Amma biz həyat və onun gerçəkləri ilə barışdıqca İnsanı mutmain (özgür) edən bir dəyişimin, bir kamilləşmənin və bir tərbiyənin şahidi oluruq.
Nəticə olaraq deyə bilərik ki, Allahın hökmü Tərbiyə deməkdir. Tərbiyyə dəyişmək və anlamaq deməkdir və bu kamilləşməkdir.
Biz bütün bunları oxuyaraq Allahın hökmünün İnsanın fərdi və toplumsal yaşamının üzərinə yansıyan həqiqətini anlaya bilərik.
Bu dəyişmə və tərbiyyə vasitəsi ilə kamilləşməyə götürən bir sürəcdir.
Allahın hökmü həmən hökm çıxarmamaqdır.
Gəlin aşağıdakı ayətə bir də düşüncə ilə baxaq.
Allahın endirdiyi ilə hökm etməyənlər kafirlərin ta özləridir.
Həmən hökm istəyənlər və ya həyat, insan və onun gerçəklərini gözardı edərək hökm çıxaranlar Allahın ayətlərini inkar edənlər deyilmi?

Müəllif: Nihad Əhmədov

VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın