ANLAMAQ ÜÇÜN YERİNİ DƏYİŞ

yerini dəyişBiz insan olaraq qurmağı da, qırmağı da bacarırıq. Qura bilsək cənnəti, qıra bilsək cəhənnəmi yaradırıq. Halbuki hamımız cənnət arzusundayıq. Bəlkə təsəvvürlərimiz fərqlidir. Amma nəticənin uğurlu olması üçün sevgidən, sülhdən vacib olanı yoxdur. Fikirlərimiz haçalana bilər, anlaşılmazlıq yarana bilər. Amma bu hələ son deyil. İnsan danışaraq, ünsiyyət quraraq bir-birini anlayar. Baxışlarımız fərqli olsa belə, bu bizə haqq vermir ki, başqasının fikirlərini, düşüncəsini təhqir edək.

Mən bir başqasını mənim kimi düşünmədiyinə görə necə qınaya bilərəm? Doğru olduğuma hansı əsasla bu qədər əminəm? Ümumiyyətlə, bu səlahiyyəti mənə kim verib? Çox asandır, öz dayandığın yerdən başqasını qınamaq. Bəlkə yer dəyişdirək?
Psixoterapiyada “boş stul” metodu var. Özün bir stulda oturursan. Digər stulda istənilən bir insanı, hətta özümüzü xəyalən oturda bilərik. Onunla anlaşıb-anlaşmadığımız bütün mövzular haqqında danışa bilərik. Bəzən yerimizi dəyişib, həmin insanın stulunda oturur və onun kimi baxırıq qarşı tərəfə. Həqiqətən, tam o vəziyyəti yaşaya biliriksə, özümüzdə olan çatışmamazlıqları da görməyə başlayırıq. 

Bəli, biz ona görə qınayırıq ki, bir-birimizin istəklərinə, arzularına hörmət etmirik.
Bəli, biz ona görə qınayırıq ki, bir-birimizin istəklərinə, arzularına hörmət etmirik.

Bəli, biz ona görə qınayırıq ki, bir-birimizin istəklərinə, arzularına hörmət etmirik. Demək ki, eqoya xidmət edirik. Demək ki, sevgi əksikliyi var. İnsanları yalnız bizim istəklərimizi xoş qarşılayanda, bizimlə həmfikir olan zaman anlayırıqsa, bu hələ sevgi deyil. Sevgi, sevilənin azadlığına və şəxsiyyətinə hörmət edərkən sevgidir.
İnsan eqosuna yenildiyi zaman qınamağa başlayır. Qınadığı insanı alçalmış, aciz görmək istəyir. Bununla özü daha aciz görünür.
Bacardıqca hər kəsin yaxşısını istəyin ki, yaxşılarla rastlaşasınız. Həyatda hər şey öz qarşılığını tapır.

Müəllif : Psixoloq R_M

Beyenmeler
0   7  
VN:F [1.9.16_1159]
Rating: +30 (from 32 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

2 comments

  1. Psixologiya bölməsində olduqca faydalı yazılar oxudum. Bu gözəl bilgilər üçün Rübabə xanıma xüsusi təşəkkür edirəm. Bu xanımla necə əlaqə yaratmaq olar?

Bir cavab yazın