ANLAM VƏ AZADLIQ.
Anlam və qavramları insanların əlindən alıb sərbəst buraxmaq lazımdır məncə. Bəsdir istismar edib üzərindən mübahisələr qurduq. Azad buraxaq o anlamları, azad…
Kim darıxsa, həsrətin çəksə onları tapacaq və sevəcək, sevdikcə özü də azad olacaq.
Bir quşa baxın… “Sevirsiz” deyə qəfəsə salarsız. Oxşayar və qulluğunda durursuz. Ama bir müddətdən sonra “sevginiz” də itir və o da sizi sevmirdi zatən.
Siz quşun əsl funksiyasıni əlindən almısız. Təbiətlə vəhdətini-uçmasını,ötməsin
Bezirsiz və bir anda onu azad buraxırsız. O uçur və vəhdətinə qovuşur. Gözəlləşir və əsl sevgi başlayır. Onu təbiətdə, uçarkən və ötərkən daha çox sevirsiz.. O da sizi sevir və sizə hizmət edir. Onu fəal edir ,öz funksiyasına qaytarırsız. Həsrətin çəkir və anlayırsız.. Bütöv olaraq oxuyur və həyat qurursuz. Hətta bu uçuşa baxıb TƏYYARƏ kəşf edirsiz. Kəşf? Bəli, kəşf, qulluq…
İndi düşünək:
Dəyişən və dəyişməyən nədir?
Nəyi azad etməliyik?
Bu sualların tək cavabı var-ANLAM!
Əsrlərdir iki şey işləndi:
Şərq Allahı azad etməyə çalışdı
Qərb insanı azad etməyə çalışdı
Əslində ANLAMI azad etmək lazımdır. Anlqyan insan azad olacaq və Allahı tapacaq. Bax bu prosesin tamamına OXU (İQRA) deyilir..
Müəllif: Vüsaləddin Rüstəmov