“APPLE” YARADICISI STİV COBSUN SON SÖZLƏRİ

stiv cobs-ölüm

Stiv Cobs, Stiven Paul Cobs — tanınmış Amerika ixtiraçısı və biznesmeni. O, Apple şirkətinin yaradıcılarından biri, direktorlar şurasının sədri və baş icraçı direktoru idi. Cobs həmçinin Pixar şirkətinin icraçı direktoru idi; 2006-cı ildə Pixar şirkəti The Walt Dinsey Company-ni əldə etdikdən sonra onun direktorlar şurasının üzvü olur. XX əsrin 70-ci illərin sonunda o, Apple-in digər təsisçiləri olan Stiv Voznyak, Maykl Markkula və digərləri ilə birlikdə Apple II seriyalı kommersiyal cəhətdən çox uğurlu olan şəxsi kompyuteri layihələndirir, istehsal və satışını təşkil edir. 1980-ci illərin əvvəlində isə o Macintoshun yaranmasına gətirib çıxaran istifadəçi üçün komputer siçanını təkmilləşdirir.

1985-ci ildə direktorlar şurasından istədiyi dəstəyi ala bilməyən Stiv Cobs Apple-dan qovulur və o, daha sonra NEXT şirkətini qurur. Yeni şirkət universitetlər və biznes-strukturlar üçün kompyuter platforması hazırlamağa başlayır. 1996-cı ildə Apple qarşılıqlı razılaşma ilə NEXT şirkətini alır və Cobs yeni konqlomeratın sahiblərindən birinə çevrilir. O, həmçinin 1997-ci ildən şirkətin müvəqqəti baş icraçı direktoru olur, 2000-ci ildən isə bu vəzifəyə daimi təyin edilir. 2011-ci ilin avqust ayından icraçı direktor vəzifəsindən gedərək, vəfatına qədər Apple şirkətinin idarə heyətinin sədri olur.

ÖLÜMÜNDƏN QABAQ SON SÖZLƏRİ:

Mən biznes uğurlarının zirvəsinə yetişdim.
Başqalarının gözündə, mənim həyatım uğur rəmzi idi.
Bəli, iş ilə yanaşı, bəzi hobbilərim də olub. Amma bu bir faktdır ki, ən böyük məşğuliyyətim sərvətim olub.

Hal-hazırda bir xəstəxana çarpayısında uzanaraq həyat yolumu xatırlayıram. Anlayıram ki, qürur duyduğum sərvət və təltiflər qaçılmaz ölüm qarşısında əhəmiyyətsizdir.
Qaranlıq otaqda, süni tənəffüs aparatının yaşıl işıqlarına baxa-baxa aparatın mexaniki səslərindən həzz alıram. Yaxınlaşan ölümün nəfəsini hiss edirəm …

Yalnız indi anlayıram ki, ömrünüzün qalan hissəsini istirahət etmək üçün pul toplamaqla bərabər, həyatda sərvətlə bağlı olmayan başqa tərəflərin olmasını da göz ardı etməməliyik.
Bu daha əhəmiyyətli bir şey olmalıdır: Məsələn, mənim uşaqlıq xatirələrim, sevgi hekayələri, incəsənət …

Sərvət üçün çalışmaq sizi ancaq yerində qıvrılan bir insana çevirə bilər, mənim kimi.
Tanrı bizə qəlblərimizdə sevgi yaratmaq, hiss etmək üçün yollar bəxş etmişdir, şan-şöhrətlə formalaşmış illuziyalar deyil.

Qazandığım pulları özümlə götürə bilməyəcəm. Götürə bilcəyim şey sevgi ilə möhkəmlənmiş xatirələrimdir..
Bu, sizi müşayiət edəcək, təqib edəcək, siz irəlidə getmək üçün güc və işıq verəcək bir xəzinədir.

Sevgi ilə minlərlə kilometrlərə səyahət edə bilərsiniz. Həyat sonsuzdur. Siz getmək istədiyiniz yerə gedin. Yetişmək istədiyiniz zirvələrə nail olun. Bu sizin qəlbinizdə və əlinizdədir.

Dünyanın ən bahalı çarpayısı hansıdır? Xəstəxana çarpayısı.
Siz özünüz üçün sürücü tuta bilərsiz, özünüz üçün qazana bilərsiz, ancaq sizin əvəzinizə kimsə xəstə yatmaq istəməz.

İtirilmiş hər şeyi şeyi tapa bilərsiniz, bir şeydən başqa: HƏYAT!

Bu an belə, bizim həyatımızın hansısa bir mərhələsidir. Amma nəhayət, bir zaman pərdələr enəcək və hər şey bitəcək.
Sevgilinə, ailənə, dostlarına olan sevgini xəzinənə çevir.

Özünüzdən muğayat olun. Başqalarına da qayğı göstərin.

Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
15   1  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın