ARİSTOTEL

Aristotel-2Aristotel b.e.ə. 384-cü ildə Afinadan 200 mil şimalda yerləşən Taqar adlı bir Makedoniya şəhərində anadan olmuşdur. Onun atası Makedoniya çarı Makedoniyalı İsgəndərin babası olan Amiptasın dostu və həkimi idi. Aristotelin özü də təbabət ruhunda tərbiyə olunmuşdu.
Onun gənclik illəri ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Bir rəvayət belə təqdim edir: “Atasından qalan var-dövləti təmtəraqlı həyata israf etdikdən sonra, o, aclıqdan yaxa qurtarmaq üçün orduya qoşulur, sonra həkimlik praktikası ilə məşğul olmaqdan ötrü Stagirə qayıdır və otuz yaşında ikən Platondan fəlsəfə öyrənmək üçün Afinaya gedir.” Digər, Aristoteli daha ləyaqətli obrazda təqdim edən rəvayətə görə isə, o Afinaya otuz yaşında gəlmiş və özünü böyük Ustadın himayəsinə buraxmışdı. Onun ağılsız və qayğısız gəncliyinin, gur həyatının əks-sədası doğruya bənzəyən bu rəvayətin özündə də kifayət qədər vardır.
O, Platonun nəzarəti altında səkkiz və ya on il təhsil almışdır; və əslində, nüfuzlu Platon Aristotelin mülahizələrinə uzun müddət təsir etmişdir, hətta bu mülahizələr antiplatonik səciyyə daşıdıqda belə, Platon özünün bu yeni, qəribə şagirdinin böyüklüyünü  etiraf edirdi və bir dəfə onu Akademiyanın zəkası, zəkanın mücəssiməsi adlandırmışdı. Aristotel əlyazmaların toplanmasına çox pul xərcləmiş, comərdlik nümayiş etdirmişdi. O, Evripiddən sonra birinci adam idi ki, hər hansı nəticəyə öz kitabxanasındakı fəaliyyətinin nəticəsi əsasında gəlirdi. Kitabxana təsnifatı prinsiplərinin onun tərəfindən əsaslandırılması Aristotelin alimlik fəaliyyətinin mənbələri içində mühüm yer tuturdu. Platon elə buna görə də Arsitotelin evini “oxucu evi” adlandırmışdı və bu yəqin ki, bu ən səmimi kompliment idi.
aristotel-platonBəzi bioqrafların məlumatlarına görə, Aristotel Sokratla rəqabətə girərək natiqlik məktəbinin də əsasını qoymuşdu.  Bu məktəbdə onun şagirdləri arasında varlı Hermias da olmuşdur. Hermias tezliklə Atarnus şəhər-dövlətinin hökmdarı oldu və Aristoteli öz sarayına dəvət etdi. Düz bir ildən sonra isə Makedoniya kralı Filipp Aristoteli  öz sarayına çağırdı və İsgəndərin təhsilini ona həvalə etdi. Aristotelin gəldiyi zaman İsgəndər on üç yaşında dəliqanlı bir gənc idi. Plutarx yazırdı: “İsgəndər bir müddət Aristoteli öz atasından  da çox sevir və əziz tuturdu. İsgəndər deyirdi ki, o həyatı atasından qəbul etsə də, yaşamaq sənətini Aristoteldən öyrənmişdir.” Yunanların qədim atalar sözündə deyilirdi: “Həyat təbiətin bir bəxşişidir, gözəl həyat isə müdrikliyin hədiyyəsidir.” İsgəndər Aristotelə ünvanladığı bir məktubda yazırdı: “Mənə qaldıqda isə, mənim xeyir və fəzilət anlamım hakimiyyət və malikiyyətdən daha üstündür.”
Həyat bizim filosofdan ötrü idarə oluna bilməyəcək qədər mürəkkəb oldu. O, bir tərəfdən özünün Makedoniyalı İsgəndər tərəfindən himayə olunduğunu görürdü, amma digər tərəfdən, Makedoniyalı İsgəndərə sanki bir tanrı olaraq səcdə etməkdən imtina edən qardaşı oğlu Kolistenin edamına qarşı etiraz edirdi. İsgəndər isə bu etiraza belə bir eyhamla cavab vermişdi ki, hətta filosofları da ölümə məhkum etmək onun ixtiyarındadır. Eyni zamanda, Aristotel Makedoniyalı İsgəndəri afinalılardan müdafiə edirdi. O, yunan həmrəyliyini bir şəhərin vətənpərvərliyindən üstün tuturdu. Düşünürdü ki, mədəniyyət və elm xırda suverenitetlərin və disputların başa çatmasından sonra daha da çiçəklənəcəkdir.
aristotel-makedoniyalı-isgəndərBizim eradan əvvəl 323-cü ildə Makedoniyalı İsgəndər qəflətən vəfat etdi. Afina vətənpərvərlik alovu ilə lərzəyə gəldi. Makedoniya Partiyası taxtdan salındı.  Afinanın müstəqilliyi bəyan edildi. Makedoniyalı İsgəndərin ardıcılı və Aristotelin dostu olan Antipater  qiyamçı şəhərin küçələri ilə  məğlubiyyət marşını etdi.  Partiyanın böyük hissəsi şəhərdən uzaqlaşdı, şəhərin baş kahini bilavasitə Aristotelə yönəlmiş ittiham irəli sürdü. Aristotel özünü o vəziyyətdə gördü ki, bu, ölümə məhkum edilmiş Sokratın vəziyyətindən daha ağır idi. O çox müdriklik edib şəhəri tərk elədi və dedi ki, o afinalılara ikinci dəfə fəlsəfəyə qarşı günah işlətmək imkanı verməyəcəkdir. Burda heç bir qorxaqlıq yox idi. Afinada hər bir müttəhimin ixtiyarı vardı ki, ona kəsilmiş cəzanı sürgünlə əvəz etsin. Xalkida adasına gələn filosof burda xəstələndi. Diogen Laertinin dediyinə görə, qoca filosof hər şeyin ona çevrilməsi ucbatından son dərəcə məyus olmuşdu və zəhər içməklə özünə sui-qəsd elədi.  Bizim eradan əvvəl 322-ci ildə tənha Aristotel öldü.

Mənbə: “Fəlsəfi hekayətlər”  Uill Dürant
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın