Hal hazırda dünyanın müxtəlif nöqtələrində yaşayan 3 nəfər insanla fikir mübadiləsi aparıram. Hər biri ilə aramda minlərlə km var. Bu insanların heç biri bir birini tanımır. Müxtəlif yaşdadırlar: 55, 44, 27. Müxtəlif dini baxışları vardır: Provaslav; deist və müsəlman. Lakin onları birləşdirən səlist məntiq, iti zəka, inanılmaz daxili güc və çox dərin insan olmalarıdır. Hər üçünü çox istəyirəm. Cünki hər dəfə hər biri ilə söhbətdə bunu onlara deməsəmdə nə isə öyrənirəm. Müxtəlif mövzulara müxtəlif yanaşmaları analız edib bəzi məqamları bölüşmək istəyirəm.
Arzu və ona münasibət
Əzəldən insan oğlu istənilən məsələyə yalniz ikili baxış formasından yanaşmışdır. Yaxşı və ya pis, güclü gücsüz, ağıllı dəli, savab günah, ürək beyin, gecə gündüz və s . Zənnimcə arzuya yanaşmadada insanlar iki qrupa bölmək olar.
1-ci qrup Arzu edib lakin bu arzuya nail olmaq üçün heç bir addım atmayan insanlardır. Əslində cəmiyyətin böyük əksəriyyətin bu tip insanlardan ibarətdir. Onlar öz arzuların beşikdəcə boğurlar. Bunuda maddiyyat, mənəviyyat, zaman, məkan, ətraf mühüt, cəmiyyət bəhanələri ilə əsaslandırırlar. Əslində isə problemin kökündə yalnız təlim və tərbiyyədəki problemlərdən doğan özünə inamsızlıq hissi durur. Bu isə zəifliyin ən əsas göstəricisidir. Will Smith-in çəkildiyi “Ümüdünü itirmə” ( В погоне за счастьем) filmində gözəl bir səhnə var. Will Smith ogluna nəsiyyət olaraq deyir: Sən nə isə bacarmayacaqsan deyən heç kimə qulaq asma. Hətta mənə belə. Başa düşdün? Əgər arzun varsa onu qoru. Heç nə bacarmayan insanlar, səndə alınmayacaq deyə səni inandırmağa çalışacaqlar. Sən isə qarşına məqsəd qoy və ona nail ol. Nöqtə.
2-ci qrup Arzularına nail olmaqdan qoxmayan və bu yolda bütün güclərini sərf edən insanlardır. Bu insanlar başa düşürlər ki, hərəkətsiz arzu istək olaraq qalır. Onlar güclü xüsusiyyətləri ilə yanaşı nüvəsində özünəinam hissi olan azad fikrə malikdirlər. Onlar üçün digərlərinin fikri məsləhətdən başqa bir şey deyil. Azad fikrli olduqları üçün həmişə müstəqil qərar vermək kimi bacarığa sahibdirlər. Onlar başa düşürlər ki, istənilən vəziyyətdə verəcəkləri qərarın düzgün olub olmamasından aslı olmayaraq hərəkətsizlik özünəinamın itməsi ilə nəticələnəcəkdir. Cünki verilən qərar düz olduğu təqdirdə bu arzuya çatmaq, həyat sevgisini dahada artırmaqdısa, səhv olduğu tədqirdə nəticəni bilməklə onu digərlərindən fərqləndirən mərdlik və özünəinam hissini qorumaqdır , bu isə yeni arzuları gedən yolda mayakdır. Lakin qətiyyətsizlik, qərar verməkdən qorxu hissi, nəticənin səhv və ya düz olacağından aslı olmayaraq qalan ömrünü atmağa qorxduğun addımın təəsüfü ilə yaşamaq qədər əzabverici heç nə yoxdur. Daha bir misal kimi Jek Nİkolsonun çəkildiyi Ququşü yuvası üzərindən uçarkən (Пролетая над гнездом кукушки) filmində psixiatrik dispanserin xəstəsi olan Jek həkimdən onlara dünya çempionatına baxmağa icazə verməsini istəyir. Lakin həkim buna icazə vermir və bu məsələni səs verməyə çıxarır. Pasientlərin əksəriyyəti həkimdən qorxaraq Jekin əleyhinə səs verir və dünya çempionatına baxmaqdan imtina edirlər. Sonrada Jek otağın ortasında olan beton plitəni çıxarıb həmən deşikdən qaçaraq şəhərdə bu yarışa baxacağını bildirir. Yenədə ətrafındakı insanlar ona inamsızlıqlarını ifadə edir, bu betonun çıxarılmasının mümkünsüzlüyünü bildirir və onunla mərc edirlər. O isə bütün gücünü sərf edərək betonu çıxartmağa çalışır, sözsüz ki bu onda alınmır. O ətrafdakı baxışları süzərək, ilk baxışda adi amma əslində özünəinamın göstəricisi olan MƏN HEÇ OLMASA CƏHD ETDİM… deyir.
2-ci qrupa aid insanlar həyatdan nə istədiklərin dəqiq bilirlər. Bu qrupa aid insanlar özləridə 2 qrupa bölünür:
2.1 -lər. Bu insanlar nə istədiklərin hətta bu arzuya gedən yolu da dəqiq bilirlər. Onlar qətiyyətlidirlər. Arzuya gedən yolda zəif insan başlarını taptalamaqdan belə çəkinmir, güclülər qarşısında isə əksinə ikiqat təzim edirlər. Nəticə olaraq onlar bir çox hallarda Arzularına çatırlar.Əslində onlara ləyaqətsiz, şərəfsizdə demək olar amma inanın ki, bu onların heç vecinədə deyil.
2.2-lər. Onlarda öz arzularından qorxmur. Hər zaman irəli getmək haqqında düşünürlər. Onları boz kütlədən asanlıqla seçmək olar. Onlar gülərkən sanki ətrafa nur saçırlar. Qətiyyətlidirlər. Əksər hallarda arzularına çatırlar. Lakin onların azrusu digərlərinin xoşbəxtliyinə xələl gətirə biləcəyi halda onlar bu arzudan imtina etməyi bacarırlar.Cünki onlar dünyanı dərk etmişlərdirlər. Onlar əsl xoşbəxtdirlər.
Sonda Həyat haqqında nə düşünürsünüz? Hər şey bizim əlimizdədirmi?
Bəli. Hər şey bizim əlmizdədir. Xoşbəxtlik kiçik detallardadır. Kəpənəyin uçmasında, qarın yağmasında, sevdiklərinizin gülüşündə. Arzularınızdan qorxmayın. Xoşbəxt və azad olmaq sizin haqqınızdır. Onsuzda bu dünyadan heç bir halda heç kim sağ qurtara bilməyəcəkdir. Xoşbəxt olun!!!
Müəllif: Vüqar Əliyev