ATALAR YAXŞI DEYİB…

Mövzu muxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir.

Ad adamı bəzəməz, adam adı bəzəyər.

Adam, adamın şeytanıdır.

Adam olmayan başqalarını adam saymaz.

Bərəkət, hərəkətdir.

Bir işi başlamağa çalış, özü qurtarar.

Cavanlıq gözəllikdir, onu boyamaq artıqdır.

Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla.

Adam yanıla-yanıla öyrənir.

Araq adamı ardan da qoyar, yardan da.

Az bilmək istəmirsənsə, çox oxu.

Fikirdən iti gedən şey yoxdur.

Ölüm, qaş ilə göz arasındadır.

Pay bölənə pay qalmaz.

Az yeyənin azarı da az olar.

Çalışqan əl nəyə dəysə qızıl olar.

Çox aş ya qarın ağrıdar, ya baş.

Sənət, insan üçün xəzinədir.

Uzaqlaşmaq, yaxınlaşmaq üçün vasitədir.

Yalanla dünyanı dolanmaq olar, amma geri dönmək olmaz.

Yeməyə kömək, işləməyə də kömək.

Yola çıxan yolda qalmaz.

Zəhməti sevən, işdən doymaz.

Düzlük, xoşbəxtliyin açarıdır.

Söz, həyatın bəzəyidir.

Adam, adam sayəsində adam olar.

İstədiyini deyən, istəmədiyini eşidər.

İstək gözdə olar, məhəbbət ürəkdə.

Toyun əvvəlinə getmə, axırına da qalma.

Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.

Bir gözü alça dərir, bir gözü gavalı.

Nəğdi qoyub, nisyə dalınca düşmə.

Paxıl olmasan, dərdin olmaz.

Pul verməz, can verər.

Tikan olub ayağa batınca, gül ol, yaxaya sancıl.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   14  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın