DİQQƏT VƏ KONSENTRASİYANI İNKİŞAF ETDİRMƏK.

diqqətHeç kimsə doğuşdan gələn bir diqqət və konsentrasiya tutumuna sahib deyil. Məqsədimiz bunu qazanmaq və inkişaf etdirmək olmalıdır. Diqqət ancaq şüurlu iş, istəyərək çətinliklərə dözmək və tamamlanan kiçik hərəkətlərlə artar. Bu işlərdə istək çox əhəmiyyətlidir. Bir şeyi bacarmaq üçün həqiqətən istəmək lazımdır, istəmədən əsla edə bilmərik. Şüurlu bir isteyişle, hər şey əldə edilə bilər.
Özünü müşahidə və analiz
Düşüncələrimizi davamlı olaraq müşahidə və nəzarət altında tutmaq istəsək, “diqqət dağılması” mövzusuyla da istər istəməz maraqlanmaq məcburiyyətində qalarıq. Bundan sonra diqqətimizi dağıdacaq və konsentrasiya gücümüzü azaldacaq faktorları maneə törətməməsinə çalışa bilərik. Konsentrasiyada ən əhəmiyyətli ünsür, hər zaman üçün düşüncələrin şüurlu istiqamətləndirilməsidir. Diqqətimi nələr paylayır? Niyə diqqətimi toplaya bilmirəm ? ya da hansı zaman və vəziyyətlərdə ən yaxşı performansı göstərirəm? kimi sualları soruşaraq maneə, zəiflik və güclərimizi fərqinə vara bilərik.

Yalnız bir işi görmək.
Diqqətimizi ən güclü və ən narahat edici şəkildə paylayan yenə öz düşüncələrimizdir. Hər hansı bir iş edərkən düşüncələrimizin başqa istiqamətlərə sürüşməsi, bəlkə ağlımıza çox əhəmiyyətli fikirlərin gəlməsi qaçınılmazdır. Bunları ən minimum səviyyəyə endirmək üçün eyni anda birdən çox işlə məşğul olmamaq lazımdır. Bəzən adi bir işi edərkən eyni anda başqa mövzuları da düşünərək zaman qazandığımızı düşünər, beləcə zaman qazandığımızı düşünərik. İlk baxışda bu səbəblər doğru kimi görünsə də təməldə edilən işin keyfiyyətini salmaqdan və bir az zamanını azaltmaqdan başqa fayda verməz. Özümüzü, etdiyimiz hər hansı bir işə nə qədər konsentrə edə bilsək o qədər qısa zamanda doyurucu bir nəticə ala bilərik. Bunun nəticəsi olaraq da daha qısa zamanda daha çox iş ortaya qoya bilərik. Konsentrasiyanın hədəfi ən qısa zamanda ən çox işi həll etmək deyil, ən qısa zamanda ən çox işi, ən yaxşı şəkildə həll edə bilməkdir.
Buna görə də, bütün diqqətimizi yalnız bir işə versək, zamanımızı və gücümüzü yalnız, bir tək həll üçün işlətsək, bütün bacarıqlarımızı mükəmmələ çatdırarıq və çox daha məhsuldar olarıq. Üstəlik konsentrasiya mövzusunda da zaman içində böyük bir ustalığa çatarıq.

Zamanı sistemləşdirmək.
Zamanımızı planlaşdırmaq, nəyi nə zaman edəcəyimizi bilməyimiz və zehinimizi buna görə təşkil etməmizi təmin edər.

Tamamlanmamış işləri sıralamaq.
Daim ağlımızda olan amma, heç cürə bitirə bilmədiyimiz işlər vardır. Bunlar davamlı olaraq zehinimizi işğal edər və daha əhəmiyyətli mövzular üzərində düşünməmizə əngəl olar. Bu başlanmış amma, bitirilməmiş işləri nə qədər tez həll etsək, o qədər çox konsentrasiya gücümüz daha faydalı işlərdə istifadə etmək imkanı yaranar.

Hədəflərlə iş.
Hər cür konsentrasiya üçün ən başda bir hədəfin olması diqqət və konsentrasiyalazımdır. Bu ən kiçiyindən sadə bir düşüncə, bir təcrübə, kiçik bir vəzifə, yaratmaq istədiyiniz bir əsər ya da ən geniş mənasıyla həyatın məqsədi ola bilər. Müxtəlif istiqamətlərə can atmaq yerinə, özünü tək bir hədəfə yönləndirə bilənlər, konsentrasiya dağınıqlığına qarşı əhəmiyyətli bir addım atmış olurlar. Müxtəlif, bir neçə hədəf yerinə qəti bir hədəf hər zaman üçün daha müsbət nəticələr doğurur. Diqqətin bilərək və istəyərək müəyyən bir nöqtəyə yönəldilməsi, şüurun və şüuraltının çatılmaq istənən hədəfə qarşı həssaslığını artırır. Çoxumuzun böyük və kiçik hədəfləri vardır. Buna görə də enerjimiz bəzən bir yana, bəzən də möxtəlif istiqamətlərə yönələrək dağılıb gedər. Halbuki özümüzü böyük bir hədəfə yönəltsək, bütün enerjiimizi bu hədəfə istiqamətləndirər başqa bir misalla, böyük hədəf bir maqnit kimi bütün enerjini özünə çəkə bilər. Davamlı olaraq özümüzə hədəflər seçməliyik, çünki onlar gələcəyimizə birbaşa təsir edər. Buna görə də  gözəl xəyallar qurub müsbət  düşünməli, motivasiyasının təsirini göz ardı etməməliyik. Bizi əlçatmaz sandığımız hədəfimizə yaxınlaşdıran ən kiçik bir addım belə doğru istiqamətdə atılmış bir addımdır. Əhəmiyyətli ünsürlərə konsentrə olunca, duyğularımız hədəflərimizlə əlaqədar olan hər şeyi qəbul etməyə hazır olur. “Özünü hədəfinə görə redaktə et.” Bu sözlər Fransız mütəfəkkir və yazar Jean Paul Sartra aiddir. Özümüzü hədəfimizə yönləndirdiyimiz anda getməmiz lazım olan istiqaməti bildiyimiz və izlədiyimiz üçün lazımlı qərarları daha asan verə bilərik. Özümüzü hədəfimizə çatdırdığımızda necə hiss edəcəyimizi gözümüzdə canlandırmamızın da çox faydası vardır. Hədəfi gözümüzdə nə qədər diqqətə çarpan şəkildə canlandıra bilirsək, konsentrasiya gücümüz də o qədər artar. Beləcə şüuratlımız da hədəfimizlə əlaqədar hər cür məlumatı qəbul etməyə hazır olmasına proqramlaşdırırıq.

İşə kiçik hədəflərlə başlamaq.
Etməyib ertələdiyimiz, əhəmiyyətli olmayan kiçik bir hədəfi ələ alıb və onu məqsəd edə bilərik. Araya başqa bi işin qarışmasına icazə verməmək lazımdır. Hədəf yalnız o olmalıdır. Müvəffəqiyyətli olduqdan sonra daha böyük bir hədəfə keçə bilərik. İnsanı edə biləcəyi kiçik şeylərdən vazgeçiren şey anormal ehtirasdır. Bu ehtirası yox etmək və böyük şeyləri unutmaq lazımdır. Əvvəlcə belə kiçik lakin fəsadı böyük olan vərdişləri aradan qaldırmalıyıq.

Maraq sahələrini və onların əhəmiyyətini müəyyənləşdirmək.
Diqqət və konsentrasiya işlərində ən əhəmiyyətli addım, həqiqətən maraqlandığımız mövzuları ortaya çıxarmaq və onları ara vermədən müntəzəm izləməkdir. Zehni səviyyədə şüurun ön şərti, maraqlandığımız mövzuların, görünəndən daha dərin mənalarını tapmaqdır. Əvvəlcə etdiklərimizin arxa plandakı səbəblərini axtarıb tapmaq lazımdır. Bizi bu davranışlara itələyən gerçək səbəblər nədir? Həyat çox istiqamətlidir və yalnız gündəlik problemlərin çözülməsiylə kifayətlənməz. Əgər nəyi niyə etdiyimizi tam olaraq bilsək müvəffəqiyyətə çatmamız çox daha asan olacaq.
İlk baxışda özünü ələ verməyən, dərhal aydın olmayan davranışlarımız və seçimlərimizdə səbəbləri araştırmalıyıq
Etməmiz lazım olan iş və məşğuliyyətlərin məqsədi, bizə gətirəcəyi qazanclar və seçimlərimizin həyatımızdakı mənası, bizi bu qərarlara itələyən səbəblərin nələr olduğu üzərində düşünək. Bu ünsürlərin bizə nə kimi motivasiya verdiyini araşdırmalı və kimliyimizin inkişafı üçün necə yararlı olması bizi motivasiyadüşündürməlidir;  Bu ünsürlər bizi ümumiyyətlə həyatımızda dəstəkləyirmi, yoxsa bizə daha çox mane olur?

Motivasiya.
Diqqət və konsentrasiyada motivasiya ən əhəmiyyətli faktordur. Motivasiyası təmin edəcək nə isə əvvəlcə bunun təmin edilməsi lazımdır. Əgər konsentrasiya qabiliyyətimizi inkişaf etdirmək istəyiriksə, etdiyimiz işin bizi cəzb etməsini təmin edərək işə başlamalıyıq. Bu etdiyimiz hər işi sevinclə etmək baxımdan olduqca əhəmiyyətlidir. Əksinə, əgər işimizi bir yük olaraq alqılayırıqsa, bu bizə həqiqətən bir yük olur və ondan heç bir zaman məmnun olmarıq. Konsentrasiyanın sıxlığı motivasiyamıza və iradəmizə bağlıdır. Sıx və qısa bir konsentrasiya, yüz metrlik qaçışla müqayisə edək; hər ikisində də qısa, sıx bir güc istifadəsindən sonra dayanma vardır. Uzun, davamlı konsentrasiya da eyni marafon qaçışında olduğu kimi, yavaş ancaq həmişə eyni qalan tempdə balanslı bir şəkildə istifadə edilir. Hər iki vəziyyətdə də konsentrasiyasının kafi olması motivasiyanın vəziyyətinə bağlıdır.
Zəhmət və səbr.
Diqqət və konsentrasiyanın inkişaf etdirilməsində əhəmiyyətli digər faktorlar isə səbr və səydir. Çaba şüurlu varlığı avtomatik varlıqdan ayıran ən əhəmiyyətli və ən birinci amildir. Bezmədən, istəklə davam etdirilən hər səy sonunda meyvəsini verir.

Müəllif: Mütəxəssis Psixoloq Nihal Araptarlı
Mənbə:  www.durupsikolojimerkezi.com
Hazırladı:  Fidan Eyvazzadə

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook

ÖLÜM HAQQINDA BUNLARI BİLİRDİNİZMİ?

Xüsusi

ölümÖLÜM -Bir canlı varlığın (insan, heyvan və bitkinin) həyati fəaliyyətlərinin qəti olaraq sona çatması gərəkdir. Canlı varlıqların hər hansı bir toxumasının canlılığını itirməsinə də ölüm deyilir. Canlının ölümündən bəhs edilməsi üçün, həyati fəaliyyətlərin bir daha geri qazanılmaması şərti ilə sona çatmasıdır. Çünki boğulma, donma, zəhərlənmə təhlükəsi keçirən və ürəyi dayanan kəslərdə süni tənəffüs və ürək masajı edilərək, durmuş kimi görünən tənəffüs və qan dövranı funksiyalarının təkrar başladılması çox zaman mümkün olmaqdadır. O halda ürək və tənəffüsün bir müddət dayanması ölüm demək deyil.

Bioloji ölüm: Ölümdən əvvəl, qısa və ya uzun olmaq üzrə AGON adı verilən bir can çəkişmə dövrüdür. Bu dövrə, xronik xəstəliklərdə uzun, ani ölümlərdə isə qısa olur. Bu dövrədə, dövran və tənəffüs sistemlərində yaxşılaşması mümkün olmayan dəyişikliklər meydana gəlir. AGON dövrü  bir neçə dəqiqədən, bir neçə günə qədər davam edə bilər. Bu dövrdəki bir şəxs, tam olaraq səssizlik və hərəkətsizlik içində olar, xarici xəbərdarlıqlara qarşı reaksiya çox azalmış və ya itmişdir. Bütün sistemlərin çalışması pozulmuşdur. Bəzən, pozuqluqlar düzələr kimi olur, şəxs özünü çox yaxşı hiss etdiyini belə söyləyə bilər. Bu vəziyyət, ölüm əvvəli görülməsi müvəqqəti bir yaxşılaşma halıdır. İlk əvvəl görmə, son olaraq eşitmə duyğusu itər. Gözlər yuxarı və xaricə tavana baxırmış kimi bir hal alır, göz bəbəkləri genişlənir. Göz ağı və göz kənarlarında yapışqan bir maye toplanır. Göz parlaqlığını itirər, arxaya doğru çökər. Reflekslər ortadan qalxar. Alından soyuq iri dənəli tərlə birlikdə son bir gözyaşı damlası gələ bilər, sanki ölüm hadisəsini yaşayan şəxs ağlayır kimi təsürat yaranar . Nəbz olduqca zəifləyər. Ürək səsləri çətinliklə və çox yüngül duyulur, əl və ayaqlar soyuyar, lakin şəxsin daxili hərarəti bəzən 42-43 ° dərəcəyə qədər yüksəlir və nəticədə ölüm vücuda gələr. Bəzi AGON vəziyyətlərində şüurla birlikdə zəka ​​pozulmaz.

Ölümün birinci mərhəsi funksional, klinik  dövrüdür. Bu dövrdə şəxsiyyət itər. Buna bitki mənşəli həyat deyilir. Bu zaman beynin kortikol fəaliyyəti dayanır, amma beyin sapı fəaliyyətləri davam edir. Yəni şəxs görməz, danışmaz, eşitməz, hərəkət edə bilməz, lakin dövran, tənəffüs və bəzi avtomatik hərəkətlər (həzm …) davam etməkdədir.
Ölümün ikinci mərhəsi isə hüceyrələrin ölümü və ya molekulyar ölüm dövrüdür.

Ürək nəqli əməliyyatlarından əvvəl klinik ölüm dövran, tənəffüs və sinirlə əlaqədar orqanların fəaliyyətlərinin son tapması şəklində qəbul edilirdi. Ürək nəqli əməliyyatlarından sonra ölümün tərifindəki fikir və araşdırmalar dəyişik bir istiqamət almış və nəticədə beyin ölümü termini ortaya çıxmışdır. Beyin ölümü, yəni klinik ölüm, beynin bütün fəaliyyətlərinin dayanması və bütün müalicələrə baxmayaraq geri dönməyəcək şəkildə kəsilməsidir. Bu ölümdə, dövran və tənəffüsü işlədən cihazlar çıxarılanda, tənəffüs və dövranın dayanmaları da əsasa alınmaqdadır. Beyin fəaliyyətinin dayanması, elektroansefologramda düz bir xəttin görülməsiylə aydın olur.

beyin_olumu_nedirÖlüm diaqnozunun qoyulmasında müxtəlif metodlardan istifadə olunur. Həkimlər təfindən tbiq edilən üsullar və ölüm əlamətlərindən bəziləri bunlardır:

  1. ffüsün dayanması:
    1. Ölünün sinəsinə bir stəkan su qoyulur. Canlıda tənəffüs səbəbindən su səthi titrəyər.
    2. Ölünün ağzına güzgü tutulur. Tənəffüs varsa güzgü buğlanır. Bu üsul, köhnə bir üsuldur. Amma meyiddən ayrılan maddələr səbəbindən də güzgü buğlana bilər.
  2. Ürəyin dayanması:
    Bədənin heç bir yerindən nəbz hiss edilemez, ürək səsləri eşidilmir, elektrokardioqramda düz bir xətt görülür ki, ölüm diaqnozu metodlarının ən doğru nəticə verəni budur. Qan dövranının dayandığı da müxtəlif təcrübələrlə müəyyən edilə bilər.
  3. Qanın tətqiqi:
    Uzun sürən xəstəliklərdə ölümdən sonra laxtalanma olur, boğulma şəklində və ani ölümlərdə isə, qan maye halında qalar. Canlıda qan əsas reaksiya verir. Ölümdən 2-3 saat sonra isə, qan turş reaksiya verir.
  4. Ölümdən sonra dəri elastikliyini itirir, nəs ağ sarımtrak bir rəng alır.
    Dəridə yara açılsa, yaranın dodaqları genişləməz, yandırılsa qan və su toplanması görülməz.
  5. Gözdəki bütün reflekslər itər.
    Eyeballs genişləməz olub, işığa cavab verməz.

Ölüm hadisəsindən sonra cəddəyişikliklər başlayır…

Ölünün üzündə, ölüm halındaykən gördükləri səbəbindən qorxunc və ya gülürmüş kimi bir şəkil meydana gələ bilər.

Ölümdən sonra bütün əzələlərdə boşalma olur. Göz qapaqları əzələləri boşaldığına görə gölər açıq, yarı açıq və ya bağlı ola bilər. Bəzən bu açıqlıq davamlı qalar, bəzən açıq olan göz qapaqları arası məsafə bir neçə saat sonra daralır.

Ölümdən dərhal sonra ağız açılır, çənə aşağıya düşür, ölü qatılığı meydana gəlincə, ağız bir santimetr qədər bağlanar. Ölümdən sonra adam, yerin cazibəsinə tabe olub yerə düşər.

Yeni ölən şəxs saatda 1 dərəcə soyuyarak 24 saat sonra olduğu yerin istiliyiylə eyni dərəcəni paylaşar.

Ölən şəxs, ətraf istiliyinə bağlı olaraq su itirər və nəticədə ağırlığı azalır. Gözün üstündə göz ifrazatı toplanmasından görə hörümçək toru meydana gəlir.

Ölümdən sonra yerin cazibəsinə görə damarlardakı qan, cəsədin alt qisimlərində toplanır və tünd bənövşəyi rəngdə ölü ləkələri meydana gəlir. Ölü ləkələri bədənin yerə toxunan qisimlərində meydana gəlməz.

Ölümdən sonra əzələlərdə sərtləşmə olur ki, buna ölü qatılığı adı verilir. Ölü qatılığı xalq arasında yaxşı bilindiyindən cəsədin çənəsi və iki ayağı biçimsiz şəkil almasın deyə bağlanır. Ölü qatılığı bəzən çox nadir hallarda görülməyə bilər. Ölü qatılığı, ölüm hadisəsindən sonra 2-3 saat sonra ilk əvvəl alt çənədəki əzələlərdə başlayır. Sonra müvafiq boyun, üz və gövdədəki əzələləri meydana gələrək 30 saata qədər davam edir.
hüquqi cəhətdən ölüm necə iah edilir?Ölümlə bağlı ABŞ-da konsitutsiyaya gö ölümün təşhisi:

  1. Naviqasiya və nəfəs alma funksiyaları, geriyə döndürülməz bir şəkildə dayandığı zaman,
    2. Beyindəki (beyin sapı daxil) bütün funksiyaları dayandığı zaman,tətqiq edilənşəxs ölü qəbul edilir.

Konsitutsiyada ölüm: İnsan həyatının tamamilə tükənməsi – ölüm nəticəsində hüquqi şəxsiyyət (şəxsiyyət) sona çatar. Ölən kimsə hər hansı bir borc altına girə bilməz və haqq sahibi ola bilməz. Ölən kimsəyə qarşı və ya onun adına iddia açıla bilməz.

Mənbə: www.bilgiler.gen.tr
Haırladı: Fidan Eyvazzadə

VN:F [1.9.16_1159]
Rating: +19 (from 19 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook

BOŞ ZAMAN NƏDİR?

zaman boşdurmu?Zaman boşdurmu? Bir ölçü olaraq düşünüldüyündə boş olması qeyri-mümkündür. Ancaq “boş zaman” deyə bir zaman dilimi təsəvvürü var. Aydındır ki, bu, insanların edəcək bir şey tapa bilmədiyi ya da kifayət qədər dolduramadığı anlara verilən addır. Boş olması, bizim onu ​​doldura bilməməyimizə görədir. Boş bir zaman nədən ola bilər?

Əvvəlcə, boş zamanın müasir dövün bir icadı olduğunu ifadə edək. Başlanğıcda zamanın fərqində belə deyildik. Sonralar təbiətdən ayrıldıq və hər şeyi sistemləşdirdik. Vaxtı yaratdıq. Sonra özümüzə belə yadlaşaraq həyatı əhatə edən hər şeyin bizim xaricimizdə inkişafına və öz əməyimizin də başqalarına aid olmasına alışdıq. Nəticədə, elə bir zamana gəldik ki, nə olduğunu bilmədiyimiz zaman boş ya da dolu olaraq ikiyə ayrıldı. Ancaq bəzi fəlsəfi sualların olmaması burada da gözə dəyməkdədir. Həyatın məqsədi, mənası, nə etmək lazım olduğu müəyyən deyilkən, boş və ya dolu olan zamanı necə təyin edə bilərik?

Minlərlə il əvvələ gedək. Ovçu-toplayıcı bir ailəni düşünək. Fiziki ehtiyaclarını nisbətən təmin etmiş ailənin bir üzvünün boş zamanlarında nələr etdiyini axtaraq. O zamanın nə olduğunun fərqindədirmi? Zaman onun üçün gecə- zamangündüz, mövsümlər və gənclik- yaşlılıq kimi şeylərdən ibarətdir. Kosmos- zaman, ya da çağlar ilə əlaqədar bir anlayış mövcud deyil. Qısası, bizim “zaman”ımız onun vaxtından çox fərqlidir.  İnsan həyatının böyük inkişaf dövrünü yaşamış və həyat tərzini dəfələrlə fərqli sivilizasiyalarda davam etdirmiş və mədəniyyət təcrübəsiylə zaman anlayışının mənası dəyişmiş və inkişaf etmişdir. İnsanlar daha da inkisaf etməyi hədəfə almış, mövsümlərlə və həyatlarının çağları ilə ölçülən zaman meyarından önə keçməyə başlamışdır.

Hal-hazırda qlobal cəmiyyət, qərbin inkişaf etdirdiyi istehlak mədəniyyətini yaşamağa çalışmaqdadır. İstehlak mədəniyyəti, elmi və mədəni inkişaf, bir problem olaraq ortaya çıxan istehlak ehtiyacından irəli gəlir və istehsalı zəruri edir. Gedərək artan zəruri istehlak, zaman anlayışının mənasını da zamandəyişdirmişdir. Zaman da istehlak edilməsi lazım olan bir məhsul olaraq ortaya çıxmışdır. Əvvəllər zaman belə yoxkən, artıq boş ya da dolu fərdi zamanlar ayrımcılığımız mövcuddur. Artıq dəyəri olan bir zamandan söz etməkdəyik. Ancaq zamanın nə olduğunu bilmirik. Qədim insanlar zamana çox da önəm verməmişlər, çünki zamanı dərk etəmişlər. Bizim də zamanı hələ dərk etməməyimizə baxmayaraq  qədim insanların əksinə olaraq, biz onu önəmsəyərək, həyatımızı onun əsasında sistemləşdirmişik.

Nəhayətində,  zamanın nə olduğu müəyyən olmadığı üçün boş olması və ya dolu olması anlayışları fərziyyəyə dayanır deyə bilərik. Ancaq müasir insan hər şeyi bilirmiş kimi özgüvənə sahibdir. Zaman hər şeyin əvvəlidir və onu anlama, qiymətləndirmə xüsusiyyətinə hələlik malik deyilik. Yenə də qiymətləndirmək xoşumuza gəlir. Bu təbiidir, bu xüsusiyyətimizə bir şey deyə bilmərəm, əksinə, özümüzdən əmin olmalıyıq ki, bəşər zamanı dərk edəcək həqiqi özgüvənə sahib olsun. Bizim üçün cavabı məlum olmayan hər şeyi, ondan özümüzü məhrum buraxmadan, ona özümüzcə-dərk etdiyimiz şəkildə təriflər verib yaşamalıyıq ki, onun dərinliyinə vara bilək. Dərinliyinə vardıqca zatən, o özü-özlüyündən bizə görünməyə, öz sirrini bizə anlatmağa başlayacaqdır.

Mənbə: dmy.info
Hazırladı: Fidan Eyvazzadə

VN:F [1.9.16_1159]
Rating: +9 (from 11 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook

BİZ NƏYİN AXTARIŞINDAYIQ?

BİZ NƏYİN AXTARIŞINDAYIQ?suallar

Biz nəyin axtarışındayıq? Hamımızın istədiyi şey nədir? Xüsusən də hər kəsin sakitlik, xoşbəxtılik, sığınacaq axtarışında olduğu bu rahatsız dünyada bunu bilmək çox vacibdir, elə deyilmi ? Nəyi axtardığımızı, nəyi kəşf etməyə çalışdığımızı öyrənməliyik.
Bəs yaxşı, biz nəyin axtarışındayıq? Xoşbəxtlikmi axtarırıq, ya bizi məmnun edəcək bir şeyinmi axtarışındayıq? Xoşbəxtliklə məmnunluq arasında fərq vardır. Xoşbəxtlik axtarıla bilərmi? Ola bilsin ki , nədənsə məmnunluq tapa biləsiniz, amma xoşbəxtlik tapıla bilməz. O bir şeyin törəməsidir, nəyinsə nəticəsidir, o hazır məhsul deyil.
Qorxuram, çoxumuz məmnunluq axtarırırıq. Məmnun olmaq axtarışımızın sonunda dolğunluq hissinə çatmaqdır.
Həm iç, həm də çöl dünyada hər birimizin nəyin axtarışında olduğumuzu öyrənməliyik. Bu məsələdə düşüncələrimizdə dürüstsək, heç bir məkana, hansısa bir müəllimə, kilsəyə, ya da dini quruma getməyə ehtiyac yoxdur.
Elə isə aşmamız gərək olan və əsl çətinlik niyətlərimizdə təmiz, dürüst olmaqdır. Bəs yaxşı, dürüst ola bilirikmi ? Və o dürüstlük, təmizlik axtarışlamı, ya da başqalarının dediklərini izləməkləmi, yoxsa hansısa kilsəyə getməkləmi əldə edilir? Saysız – hesabsız kitab oxuyuruq, bir çox toplantıya qatılır, müxtəlif qurumlara üzv oluruq – bu şəkildə həyatımızdakı çətinlik və səfilliklərə bir çarə tapmağa çalışırıq. Hansısa kitabın, müəllimin, qurumun bizi təmin etdiyini düşünürük, o zaman içində qalaraq kristallaşırıq və xarici dünya ilə olan bağlılığımız kəsilir.
Bütün bu qarışıqlıq arasında əbədilik, daimilik, həqiqət, Tanrı, gerçəklik – ya da nə ad verirsinizsə verin bunları axtarırıq.
Çoxumuzun içində əbədilik axtarışı var, tutuna biləcəyimiz, bizə özgüvən, ümid, qalıcı bir həvəs, əminlik hissi verən bir şey axtarırıq, çünki içimizdəki heç bir şeydən xəbərdar deyilik. Özümüzü dərk etmirik. Ümumi həqiqətləri, kitabda yazılanları bilirik, amma özümüz haqda bir şey bilmirik.
Və istədiyimiz son şey də budur: özümüzü dərk etmək. Şübhəsiz ki, bu üzərinə nələrisə inşa edəcəyimiz tək bünövrədir. Amma inşa etmədən, çevrilmədən, qınamadan ya da, dağıtmadan öncə nə olduğumuz dərk etməliyik.

Həqiqəti, Tanrını tapmaq üzrə axtarışa çıxmazdan, hərəkətə keçməzdən, bir birimizlə münasibətə girməzdən öncə özümüzü anlamaq vacibdir. Səmimi insan o insandır ki, bir hədəfə necə çatacağını deyil, ilk növbədə bunun nə olduğunu dərk edir.

BƏS ÖZÜNÜ DƏRK ETMƏK NƏDİR? ÖZÜNÜ NECƏ DƏRK ETMƏK OLAR?özünüdərk

İnsanın özünü dərk etməsi bilik və ya yığdığı təcrübə ilə əldə edilməz. Özünü dərk etmək anlıq məsələdir. Özümüz haqqında bilik toplasaq, bu bilik özümüzü dərin şəkildə anlamağımıza mane olar. Yaxşı, özünü dərk etmək üçün hansısa bir yol sistem metod vardırmı? Hansısa bir filosof, alim  sistem, metod və ya bir üsul icad edə bilər, amma sistemin ardınca getmək şübhəsiz ki, o sistemin yaratdığı bir nəticəyə gətirib çıxaracaqdır, elə deyilmi? Əgər özümüzü dərk etmək üçün bir üsul ardıyca getsək, o sistemin yaratdığı nəticəyə çıxarıq, amma nəticə, şübhəsiz ki, özünü dərk etmək olmayacaqdır. Bir şablona uymaq özünü dərk etmək demək deyil.
Avtoriter – müəllim, mürşid, xilaskar, təbii olaraq insanın bütünlüklə özünü anlamasını əngəlləyir və dolayısı ilə nəticədə azadlığı yox edir, yaradıcılıq ancaq azadlıq olanda var. Yaradıcılıq ancaq insanın özünü dərk etdiyi zaman var. Çoxumuz yaradıcı deyilik, bir – birimizi təkrarlayan maşınlarıq, hansısa mülahizəni dönə dönə çalan qrammafonlar kimiyik. Yaradıcı olmaq rəsm çəkmək ya da şeir yazıb şöhrətli olmaq demək deyil. Bu yaradıcılıq deyil, bir fikri ifadə etmək bacarığıdır və cəmiyyət tərəfindən alqışlanır, göz ardı edilir. Bacarıqla yaradılış eyni şey deyil, bacarıq hansısa bir texnikaya, üsula yiyələnməkdir. Yaradıcılıq isə fərqli bir yaradılış halıdır, öz olmaqdır, təkrarçılıq deyil, içində məncilliyin olmadığı, zehində artıq təcrübələrin, həvəslərin, cəhdlərin, istəklərin və cəhdlərin olmadığı haldır, o mütləq bir hal deyil, hər an yenidir, dəyişir. İçində “mən” in “mənim” in olmadığı, hansısa ehtiras, bacarıq, məqsəd və ya səbəbin olmadığı bir hərəkət halıdır.
Özünü dərk etmək bir nəticə, çatılacaq bir nöqtə deyil, insanın hər an özünü münasibətlərin – sahib olduqlarıyla, əşyalarla, insanlarla və fikirlərlə olan münasibətlərinin güzgüsündə görməsidir. Amma ayıq olmaq, fərqində olmaq bizə çətin gəlir və biz ancaq bir üsulu təqib edirik – avtoritetləri, batil inanclar və təmin edici nəzəriyyələri qəbul edərək zehnimizi korlaşdırmağı tərcih edirik və beləcə zehinlərimiz yorğun, gərgin hala düşür. Elə bir zehin azadlıq halında ola bilməz. Məlumlarla dolu olan beyin məhkumdur və o məchulu dərk edə bilməz.

Müəllif: Jiddu Krişnamurti
Tərcümə edən: Namiq Bağırlı

VN:F [1.9.16_1159]
Rating: +8 (from 12 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook

DEJAVU – XATİRƏLƏRİ OLMAYAN YADDAŞ

deja-vu2Siz də tez-tez mən bu anı daha əvvəl yaşamışlıq hissinə qapılırsınızmı?
Deyək ki, daha əvvəl heç getmədiyiniz, kiçik şəhərin izdihamlı prospektində avtomobilinizlə irəliləyirsiniz. Birdən sol tərəfinizdən yaşlı bir qadının yolu keçmək üçün qırmızı işığın yanmasını gözlədiyini gördünüz. İçinizi bu hadisəni daha əvvəl yaşamışsınız kimi hisslər bürüyür. İçinizdə oyanan müəyyən naməlum bir hiss o anı hər detalı ilə yaşadığınızı söyləyir. Əvvəldən yaşanmışlıq hissi ümumiyyətlə bir neçə saniyə davam edir…

Bu hiss dejavu adlanır. Mütəxəssislərə görə, insanların 100-də 50-sinin çoxu, həyatları boyunca ən az bir dəfə bu anı yaşamış olur.

Nədir dejavu? Bu bir qarabasmadırmı? Yoxsa bir xəstəlikmi?
Mütəxəssislər bu sualların cavablarının axtarışına düşdü, bu sirri həll etməyə çalışırlar!

Artıq dejavu ilə əlaqədar verilən suallara  bəzi cavablar tapılıb.

Dejavu fransızca “daha əvvəl görüldü” deməkdir. İlk dəfə 1876-cı ildə fransız fizik Emile Boiraç tərəfindən istifadə edilmiş, və psixiatırlar tərəfindən  dejavu  “basdırılmış duyğuların geri çağrılmaya çalışılan” kimi anlamlandırımışdı. Bu Paramnezi nəzəriyyəsinə görə, o an yaşanan hadisələr bir böhranla əlaqəlidir. Və şüuraltına atıldığına görə artıq əlçatmaz, xatırlanmaz vəziyyətdədir. Buna görə, bənzər hadisə bir xatırlama yaratmasa da başa düşülməsi çətin bir tanışlıq hissiylə əsas hadisəni xatırlatmağa çalışır. Dejavu yaşayan bir çox insan, bunun mistik bir güc ya da keçmiş həyatlar, paralel dünya və s. kimi proseslər nəticəsində ortaya çıxması kimi fərziyyələr irəli sürürlər. İnsanların belə düşünmələrinin səbəb onların hadisəni yaşarkən  zehin və şüurunun açıq olduğu, buna görə də vəziyyətin tək açıqlaması paranormal – telepatik- mistik bir güc ola biləcəyi qənaətinə gəlmələridir. Bu açıqlama ilə razı olmayan elm adamları, uzun zamandır ki, dejavunun arxasında gizlənən fiziki səbəbləri araşdırırlar. Ancaq bu sirrin üzərini örtən pərdə hələ aralanmış deyil. Çünki dejavunun reallaşmadan əvvəl hər hansı bir əlaməti yoxdur. Belə olan halda, araşdırmaçılar bu psixoloji halı yaşamış insanların xatırladıqları və verdikləri izahlarla kifayətlənmək məcburiyyətindədirlər. Amma vəziyyət o qədərdə ümidsiz deyil. Çünki elm insanlarının əlində dejavunun tərifini və çıxış səbəblərini təyin edən kifayət qədər məlumat var.

Dejavu qarabasma deyil ?

Dejavu-Nedir-hakkında-bilgiİlk əvvəl dejavunu  şüur xarici digər psixoloji hallardan ayırd etmək lazımdır. Məsələn bu vəziyyət bir qarabasma deyil. Qarabasma kimi ruhi xəstəliklərin ya da LSD kimi narkotik maddələrin təsiri beyin içi balanssızlıqların yarandığı, irəli səviyyədə vizual ya da digər duyğuların həddindən artıq həssaslığı ilə ortaya çıxır.
“Gicgahpayı epilepsiyası” xəstələrində da dejavuya bənzər əlamətlər görülür. Məsələn gənc bir kişi  davamlı olaraq həyatının və evliliyinin bir çox ilini yenidən yaşadığından şikayətlənirdi. Ancaq gəncin vəziyyətini dejavudan diqqətə çarpan bir şəkildə ayıran bir fərq var;
Gigahpayı epilepsiyası xəstələri də yaşadıqlarının eynilə keçmişdəki ilə eyni olduğuna inanırlar. Lakin, dejavu yaşayan biri elə həmin an, dərhal,  bunun bir illüziya və ya məntiqsizlik olduğunu fərq edir.
Almaniyada Martin Luter Universitetində oxuyan 220-dən çox şagird üzərində edilən bir araşdırmada dejavunu yaşadığını söyləyən şagirdlərin 100-də 80-i bunun keçmişdə yaşadıqları bir hadisəyə bənzədiyini söylədi.
Bu araşdırmaların nəticəsində, psixoloqlar əlamətsiz, bildirimsiz  xatırlamalara səbəb olan  başqa bir şüurdan kənar istiqamətə yönəldilər. Onlara görə, dejavu uzun zamandır unudulan şüurlu olaraq xatırlanmayan, amma hələ sinir şəbəkəsindən silinməyən hadisələrdir.

1989-ci ildə bu gün Vaşinqton Universitetinin  psixoloqu Larry Jakob rəhbərliyi ilə bir təcrübə edildi. Təcrübədə iştirak edənlərin toplandığı sinfin divarına onların şüurlu olaraq dərk edə bilməyəcəkləri qədər qısa bir müddətdə bir söz əks etdirildi. Doğru, dürüst başa düşülməyən bu görüntü beynin vizual mərkəzlərində bir yerlərdə yazılır. Psixoloq Jakob daha sonra sözü uzun müddət divara əks etdirdiyində təcrübədə iştirak edənlər bunu daha əvvəl gördüklərini iddia etdilər.

Şüuraltına həkk olunan hadisələrin şüur xarici xatırlanılması, bənzər hadisələrin  daha əvvəllər yaşanılmılşlığı kimi hissin yaranmasına gətirib çıxarır.

1900-cı illərin əvvəllərində Hollandiya psixologiyasının qurucusu Gerhard Heyman 42 tələbəni 6 ay boyunca izlədi. Bu tələbələrdən Dejavu yaşadıqdan dərhal sonra qısa bir anket doldurmaları istəndi. Heymanın müəyyənləşdirdiyinə görə ruh vəziyyəti dəyişkən olanlarla, ya da süstlük  dövrü yaşayanarla nizamsız iş vərdişləri olan tələbələr daha tez-tez dejavu yaşayırdı. Digər araşdırmaçılara görə isə, insanlar çox yorğun və həddindən artıq stressli olduqları dövrlərdə dejavu yaşamağa daha meyillidirlər.

dejavuElm insanları dejavunun nevroloji mənşəyini tapa bilsələr onun səbəbinin nə olduğunu da ortaya çıxara bilərlər. Lakin, bu gün sinirsəl bağlantıların yalnız bir hissəsini açıqlaya bilirlər.
Artıq, məlumatların sinir yolları ilə beyinə çatdırılmasındakı gecikmələr də dejavu ilə izah olunur. Qəbul etmə prosesində məlumat parçacıqları fərqli sinir yolları ilə beynin əməliyyat mərkəzlərinə çatır. Və beyin bunları bir yerə toplayaraq  bir bütün meydana gətirməyə çalışır. Elə bu müddətdə məlumatın ötürülməsi mərhələsindəki hər hansı bir gecikmənin qarışıqlığa və dejavunun meydana gəlməsinə səbəb olduğu düşünülür.

1963-ci ildə Efron araşdırmalarının sonunda beynin sol yarımkürəsindəki gicgah payının, gələn məlumatların birə-bir düzənlənməsində əsas rol oynadığı ortaya qoyuldu. Ani zamanda gicgah payının iki dəfə mesaj aldığı (birini birbaşa, digəri isə normal dolayı yollar vasitəsilə sağ yarımkürə tərəfindən aldığı sanılırdı) tapıldı. Əgər hər hansı bir səbəb üzündən dolayı ötürülmədə bir gecikmə olsa beynin sol yarımkürəsi ikinci mesajda bir zamanlama səhvi yazır. Və vizual səhnəni sanki daha əvvəl yaşanmış kimi şərh edir.

Xatirələri olmayan yaddaş.

Süni olaraq təşkil edilən bu dejavuların təbii olaraq yaşanan ilə bənzərliyi və aparılan araşdırmalardan əldə edilən nəticələr əhəmiyyətli məlumatlar ortaya qoydu. Fərdə özündən və ətrafından uzaqlaşdığını, zaman duyğusunu itirdiyini hiss etdirən bu duyğu tərəfindən formalaşan dejavu çox mürəkkəb bir prosesin işləməkdə olduğunu ortaya qoyur. Dejavu ilə bağlı gələcəkdə ediləcək araşdırmalarda onun yalnız yaddaşımızı necə yanıltdığını deyil, eyni zamanda beynimizin hansı yollarla bizdə həqiqət hissi yaratdığının öyrənilməsi nəzərdə tutulur…

Mənbə: birgo.mynet.com
Tərcümə edən: Fidan Eyvazzadə

VN:F [1.9.16_1159]
Rating: +17 (from 17 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook