AVROPADA BUNLAR PULSUZ OLUR

avropaBahalı Avropa ölkələrinin pulsuz tərəfləri də var. Həmin ölkələrdə pulsuz zövq ala biləcəyiniz şeyləri təqdim edirik:

1. Sürixdə pulsuz şokoladlar yeyə bilərsiniz. Bu, məhz ora getmək üçün gözəl bir səbəbdir. Pulsuz şokolad yemək, şokolad muzeylərini pulsuz gəzmək, Lindt və Sprungli şokolad markalarını dadmaq, bundan başqa nə istəyirsiniz?

2. Kopenhagendə pulsuz velosipedlərdən yararlanaraq, bütün səyahətinizi bununla etsəniz, axşam bahalı restoranlarda yemək yemək üçün bütün pulunuz özünüzə qalacaq.

3. Edinburqda festivallar pulsuzdur. Hətta pulunuz cibinizdə qala-qala bu festivalları izləsəniz, daha çox güləcəksiniz.

4. Parisdə hər ayın ilk bazar günü pulsuz ən möhtəşəm 10 sənət əsəri ilə tanış olmaq imkanınız olacaq.

5. Amsterdamda hər çərşənbə günü «Consertgebouw» zalında günortadan sonra pulsuz konsertlərə qatıla bilərsiniz.

6. Möhtəşəm muzeylərə ev sahibliyi edən Londonda tarix muzeyi pulsuzdur. İndiyə qədər dinozavr sümükləri görməmisinizsə, mütləq ora gedin. Onsuz da pulsuzdur.

7. Madriddə Del Prado milli muzeyi ən dəyərli sənət nümunələrinə ev sahibliyi edir. Əgər ora çərşənbə axşamı və şənbə günü getsəniz, pulsuz daxil ola bilərsiniz.

8. Dublinin məşhur Triniti kollecində ədəbiyyat mərasimləri pulsuz təşkil edilir.

9. Barselonada mütləq görməli olduğunu möhtəşəm Gaudi memarlıq əsərləridir.

10. Romada təşkil edilən tarix əsərləri sərgiləri pulsuzdur.

VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

2 comments

    1. Düşünürəm bunun üçün BİZ olmaq lazımdır. Hər fərd bu gözəlliklər üzərə şüurlanaraq bu ölkə üçün bir qatqıda olsa, oza amn bundan da gözəl hədiyyələr təqdim edə bilərik. İnanıram ki, elə buna doğru gedirik, əl-ələ verib 🙂

Bir cavab yazın