BERTRAN RASSEL: DİN

din-haqqindaİnsanlarda din ehtiyacını yaradan, hər şeydən əvvəl qorxudur. İnsan özünü gücsüz hiss edİər. Onu qorxudan üç şey vardır. Biri, təbiətin ona edə biləcəyi şey: Onu ildırım vura bilər və ya bir zəlzələ ilə yox ola bilər. O biri, başqa insanların ona edə biləcəyi şeylər: Bir döyüşdə onu öldürə bilərlər. Üçüncüsü, ki dinlə daha çox əlaqədardır, insanın öz ehtiraslarının ona etdirəcəyi şey; durğun bir zamanında, etdiyinə peşman olacağı şeylər. Buna görə bir çox insan böyük bir qorxu içində yaşayır. Din də bu qorxulara daha çox təslim olmasına yardım edər.

Dinin çox böyük pis təsirləri olmuşdur; çünki dinin əmri ilə insanlar, varlığı tam sübut edilməmiş şeylərə inanmaq məcburiyyətində qalmışlar və bu, hər kəsin düşüncəsini və tərbiyə sistemlərini pozmuş və tam bir əxlaq azğınlığına yol açmışdır. Nəyin doğru, nəyin səhv olduğu üzərində durmadan, araşdırmadan bəzi şeylərə inanmaq doğru, bəzi şeylərə inanmaq isə səhv sayılmışdır. Din, mühafizəkarlığı və köhnə vərdişlərə bağlılığı Allah buyruğu halına gətirməklə böyük ölçüdə zərərli olmuşdur; insanlar arasında tolerantsızlığı və kinləri ucaldıb bəsləməklə daha da zərərli olmuşdur.

Cəhənnəmi ancaq qatı ürəkli insanlar uydurmuş ola bilər. İnsanca duyğuları olanlar, yaşadığı cəmiyyət əxlaqının cəzalandırdığından cinayətləri işləyənlərin öldükdən sonra belə sonsuz işgəncələr çəkməsinə razı olmazlar. Özünü anlayan heç kim belə bir fikiri qəbul edə bilməz.

Günah, sərt ürəkli deyə biləcəyimiz bir əxlaqın özüdür. Sizi vicdan əzabı çəkmədən başqalarına işgəncə etmə yoluna götürür. Bu isə çox pis bir şeydir.

Lissabonda dinsizlərin yandırıldığı zamanlar, bəzi qurbanlar “haqq yoluna” döndüklərini söyləməklə atəşə atılmadan əvvəl boğularaq ölmək xoşbəxtliyinə çata bilirdilər. Qurbanların işgəncələr içində qıvrıldığını görmək, mənasız bir həyat içində yaşayan xalqın görüb-görəcəyi başlıca zövqlərdən biri olurdu. Dinsizləri yandırmağın doğru bir şey olduğuna inanmanın da əlbəttə bu zövqdə bir payı vardır.

ruh əzabın öz yeridir və özlüyündə
cənnəti cəhənnəm edə bilər, cəhənnəmi cənnət (Milton)

Nə qədər insan bədən həzzindən qaçaraq çöllərdə tək başlarına yaşadılar. Ətdən, şərabdan, qadından məhrum buraxdılar özlərini; həm də buna heç məcbur olmadıqları halda. Keşişliyin zərərli yanlarından biri budur ki, bədən həzzindən başqa heç bir yerdə pislik görmür. Bir insan öz-özünə işgəncə etdimi, başqalarına işgəncə etmək haqqını da tapar özündə və bu, o haqqı dəstəkləyəcək hər doqmatik sistemi qəbul etməyə aparıb çıxarır.

rassel-bertran-dinBədənlə ruh arasındakı əlaqə nə olursa olsun, bu əlaqə hər kəsin sandığından daha dərindir. O qədər ki, beyin çürüdüyü zaman, ruhun yaşamağa davam etməsi düşünülə bilməz. Tanrıya gəlincə, onun varlığına inananların irəli sürdükləri bir çox dəlil varsa da, bunların heç biri etibarlı deyil və Tanrının varlığına inanmaq istəyi olmasa, kimsə bu dəlilləri qəbul edə bilməzdi.

Yaşadığımız dünya həqiqətən bir plana uyğun olaraq reallaşırsa, bu planı edənin yanında Neron bir övliya qalar. Nəysə ki, belə tanrısal bir planın varlığını sübut edən heç bir şey yoxdur. Bu plana inananların indiyə qədər ortaya ən kiçik bir dəlil belə qoymamış olmaları, belə bir planın yoxluğunu göstərir.

Bioloji, fizioloji və psixoloji irəliləmələr bir daha göstərdi ki, təbiət hadisələri fizika qanunlarının buyruğundadır. Bax, həqiqətən əhəmiyyətli olan da budur.

Müəllif: Bertran Rassel
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın