BEYNİ GÜCLƏNDİRMƏNİN 7 YOLU

Bu yazıda məşhur koqnitiv nevrologiya mütəxəssisi professor Sandra Bond Chapmanın insanlara beyni daha səmərəli istifadə etmək üçün irəli sürdüyü bəzi məsləhətləri sıralayacağıq. Chapman 30 ildən artıqdır ki, Texas Universiteti Beyin Sağlığı Mərkəzində nevrologiya sahəsində çalışır və başlıca fəaliyyət sahəsi beynin sağlamlığını qoruyaraq onun performansını ən üst səviyyəyə qaldırmaqdır.
İnsan beyni indiyə qədər kainatda qarşılaşdığımız ən qarışıq obyektdir. Carl Sagan beyin korteksinin Samanyolu qalaktikasından daha qarışıq olduğunu deyir, amma bu gün elm adamları kainatın özünün bir beyin kimi orqanizə edilmiş ola biləcəyini də istisna etmirlər. Beynimizin 100 milyarda yaxın neyrondan ibarət olduğu deyilir, lakin 2014-cü il dekabr ayının məlumatlarına görə 80 milyard olaraq ölçülmüşdür. Neyronların 10 qatı qədər də qlia hüceyrəsi mövcuddur və bu neyronların qidalanması və vəzifələrini yerinə yetiməsində onlara yardım edir. Hüceyrələrdən başqa beyində çox sayda qırışlar, girinti, çıxıntı və kanallar da mövcuddur.
Chapmanın beyni gücləndirəcək 7 “sirr” adını verdiyi bu üsullar çalışan, yetkin fərdlər üçün nəzərdə tutulsa da hər yaşdan, hər qrupdan olan insanlara xitab etməkdədir.

1. Yalnız bir işə mərkəzlənin. Eyni anda birdən çox iş görməsiylə öyünən insanlar bu məsələdə yanılırlar. Beyin eyni anda iki işi görəbiləcək şəkildə inkişaf etməmişdir. Əgər beyin eyni anda iki iş görməyə başlayarsa, iki iş arasında sürətli keçid edir. Bu keçidlər həm görülən işin keyfiyyətini aşağı salır, həm də beyni yoraraq sterss hormonlarını hərəkətə keçirir. Tək bir işə diqqətinizi toplamaqla daha çox nailiyyət qazana biləcəksiniz. Bundan sonra bir iş görərkən musiqi dinləməyi bir daha düşünün.

2. Məlumatları məhdudlaşdırın. Texnologiya artıq o qədər inkişaf edib ki, internetə girdiyiniz anda beyninizə həddən artıq informasiya axını başlayır. Aparılan araşdırmalar 20 il əvvəllə müqayisədə gün ərzində 200 qat daha artıq informasiyaya məruz qaldığımızı göstərir. Əlbəttə bu hamıya eyni cür təsir etmir.. Yalnız özünə lazım olan məlumatları istifadə edənlər, lazımsız məlumatları izləyən və istifadə edənlərdən daha müvəffəqiyyətlidir. Yəni, beynimizi məlumat zibilliyindən xilas etmək məcburiyyətindəyik.

3. Diqqətinizi dağıdan şeylərdən mümkün qədər uzaq olun. Orta hesabla, insanların diqqəti hər üç dəqiqədə dağılır. Diqqəti yenidən toplaya bilməmizə mane olan səbəblərdən biri də texnologiyadır. Fərqində olmasaq belə, biz daim yeni bir e-poçt, facebook mesajı və ya mətn mesajı gözləyirik. Yemək yeyən zaman insanlar telefonlarını masanın üzərinə qoyurlar. Bir iş görərkən texnologiyadan uzaqlaşmaq beynin bu işi tamamlamaq qabiliyyətini artıracaq.

4. Geniş düşünün. Bir iş görməyi planlaşdırğınızda, detalları və xırda ayrıntıları həddən artıq çox düşünsəniz, beyniniz bu get-gəl arasında yorğun düşəcək. Bir işə başlarkən, əvvəlcə kənardan baxın və yavaş-yavaş yaxınlaşın və işi sistemləşdirin. Bu sizin qavrama gücünüzü artıracaq, düşüncə qabiliyyətiniz yaxşılaşacaq.

5. Zehni vəziyyətinizə nəzarət edin. Zehni gücünüz də fiziki gücünüz kimi tükənə bilər. Günə başlayınca, ən çox səyinizi ən əhəmiyyətli hesab etdiyiniz işinizə verin. Məsələn, o gündə mütləq bitirməli olduğunuz bir layihəni təxirə salmadan bitirin. Amma bu işə enerjinizin ən yüksək olduğu səhər saatlarında başlayın.

6. Yenilikçi olun. Rituala çevirdiyiniz işlərdən kənara çıxmaq beyninizin sağlamlığını qorumaq və gücləndirmək üçün etdiyiniz ən vacib işlərdən biridir. Bizim beynimiz vərdiş etmədiyi hər bir hərəkətdə yeni sinapslar (bağlantı) quraraq harmoniya əldə etməyə çalışır. Bəzən dişlərinizi digər tərəfdən fırçalayın. Bir yerdən digər yerə müxtəlif yollarla gedin. Bu, zamanla yeni məlumatların öyrənilmə qabiliyyətini artıracaq.
7. Diqqətli olun. Nə etdiyinizdən, hansı işi görmənizdən asılı olmayaraq müvəffəqiyyət qazanmanın yolu o işə həvəslə başlamaq və diqqəti mərkəzləşdirməkdir. Diqqəti mərkəzləşdirdiyiniz zaman, beyninizin prefrontal korteks və striatum bölgələri arasında sinxronizasiya yaranır, bu şəkildə öyrənirsiniz. Yəqin ki, artıq dərslərdə qələmlə oynamamaq üçün bir səbəbiniz oldu.

Hazirlayan: Ali  Çağlayan Taybaş
Tərcümə etdi və hazırladı: Psixoloq R_M

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 9 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın