BİR AZ YÜRÜYƏKMİ?

hərəkətlilikBu dünyada sinir sistemi daşıyan canlılara baxdığımızda, biz daxil hamısının ortaq bir xüsusiyyəti olduğunu görərik. Eyni zamanda bitkilərlə bizi bir-birimizdən ayıran bu ən əhəmiyyətli xüsusiyyət, hərəkətdir. Həqiqətən də canlılar aləmində fiziki hərəkətə ehtiyac yoxsa, sinir sisteminə də ehtiyac yoxdur. Lakin bədən hərəkəti söz mövzusu olduğunda, həm o hərəkətləri məqsədə görə nəzarət edəcək, həm də hərəkət əsnasında iç və xarici ətrafı çox diqqətli bir şəkildə izləyə biləcək xüsusi bir ünsiyyət sisteminin varlığı gərəkdir. Başda ağrı olmaq üzrə, canlının hərəkətli həyatını mümkün edəcək bütün idarə mexanizmləri sinir sistemi dediyimiz quruluşda bir araya gəlmiş vəziyyətdədir. Başqa bir sözlə, sinir sistemi hərəkətli bir həyat üçün vardır.

Monitor başında hərəkətsiz olaraq oxuyursunuz (yəni elə olduğunu ümid edirəm). Əvvəlcə oyanıqlıq və diqqət səviyyənizə bir nəzarət edin (nə qədər diqqətlisiniz və oyanıqsınız sizcə?). Ardından çox sadə bir fiziki məşq edin: məsələn, əllərinizi başınızın üzərinə, yuxarı doğru uzadın, bir az gərilin, ayaq uclarınızda üç-dörd dəfə əyilib toxunun, qollarınızı iki yana açaraq dərin bir nəfəs alıb sonra nəfəsinizi verərkən təkrar yuxarı qaldırın və bunu üç-beş dəfə təkrarlayın (daha başqa sadə hərəkətlər də eyni işi görəcək). Bu təxminən yarım dəqiqəlik məşqdən sonra, yerinizə oturub yazını oxumağa davam edin. Oyanıqlıq və diqqət səviyyənizdə bir fərqlilik meydana gəldimi?

Xüsusilə uzunca bir müddətdir hərəkətsiz oturursunuzsa, bu sadə təcrübənin təsirini daha dramatik şəkildə fərq edəcəksiniz. Sadə bir neçə fiziki hərəkət, zehni oyanıqlığınızı artırmaqda olduqca təsirlidir. Və artıq bunun fizioloji səbəbini də bilirsiniz… (Sevimli müəllimlər, natiqlər; uzun dərslərdən,danışmalardan böhrana düşən şagirdlərinizi necə daha oyanıq və diqqətli hala gətirə biləcəyinizi artıq bilirsiniz; arada bir sinifi qısa bir müddətə bir az hərəkətləndirə bilərsiniz!). Əlbəttə hərəkət etmənin ürək və dövran sisteminiz üzərindəki təsirləri də bu nəticədə əhəmiyyətli rol oynayar.

dinamikaHər gün bir az hərəkət.
Uzun müddət oturularaq və hərəkətsiz bir şəkildə edilən (kompüter başında iş, dərs dinləmə, uzun yığıncaqlar kimi) fəaliyyətlər, zehni oyanıqlığımızı və diqqətimizi cəmləməmizi çətinləşdirir. Lakin artıq edilməsi lazım olanı bilirik: Bir az hərəkət edəcəyik. Gündəlik həyatda buna hər vaxt fürsət tapa bilməsinizsə belə, əldəki fürsətləri yaxşı qiymətləndirmənin yanında, bu mövzuda yeni fürsətlər də yarada bilərsiniz; məsələn, yoldaşlarınızla bir yerlərdə oturub danışmaq üçün ayırdığınız zamanın bir hissəsində, onları sizinlə birlikdə bir gedişə dəvət edə bilərsiniz. Yüngül bir gediş edərkən söhbət etməyə alışdığınızda, oradakı zehni oyanıqlıq əminəm xeyli xoşunuza gedəcək.

Fiziki hərəkətin bütün bədənimizin ehtiyac duyduğu təməl bir bioloji funksiyamız olduğunu da unutmamalıyıq. Bütün bədənimiz hərəkət etməmiz üçün yalvarır, bu çağırışa qulaq asmaq, həyatımızın irəlidəki dövrlərində sağlam, xoşbəxt və “açıq zehinli” bir həyat yaşamaq üçün ən fundamental (və ən asan qarşılana biləcək) ehtiyaclarımızdan biridir.

Mənbə : nbeyin.com
Hazırladı: Naz Ramizqızı

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook

Bir cavab yazın