BİZ NƏ ZAMAN QOCALIRIQ?

gənclik və qocalıqFormal olaraq biz 28 yaşında qocalmağa başlayırıq – orqanizm öz təkamülünü tamamlayıb tənəzzülə qədəm qoyanda. Faktiki olaraqsa, ətraf aləmin çıxılmazlığına qəti şəkildə inanmağa başladığımız an qocalmağa başladığımız andır.
Paxıl kolleqalarımızın nədəsə haqlı olduğuna inanmağa, müdirin mənfi əhval-ruhiyyəsini onun illərlə əziyyət çəkdiyi hemmoroya yox, professional yararsızlığımıza reaksiya kimi yozmağa başladığımız an bizim qocalmağa başladığımız andır.
Biz o andan etibarən qocalırıq ki, valideynlərimizin ölkəni qarət edən oliqarxlar haqdakı söhbətlərini dəstəkləməyə və qonşunun şəxsi həyatı ilə öz inkişafımızdan daha çox maraqlanmağa başlayırıq.
Biz o andan qocalırıq ki, dünyadakı bütün maraqlı şeylərin bizim küçə qapımızın xaricində baş verdiyinə inanırıq. O andan ki, televizor – emosional təəssüratlarımızın əsas mənbəyinə, karyeramızın inkişafı isə – həyatımızın yeganə məqsədinə çevrilir.
Biz pul yığmalı olduğumuzu deyəndə, etirazsızca kredit altına girib yaxın 30 il müddətinə özümüzü işimizdən ağır asılılığa məhkum edəndə qocalırıq. (Çox vaxt bu hal məcburi olur, amma yenə də…)
Biz iki variantdan ən risksizini seçməyə və ciddi şəkildə pensiyamızı toplamaqla maraqlanmağa (aktiv investisiya mərhələsini geridə qoymağa) başlayanda qocalırıq.
Biz yeni nəsə öyrənməkçün gecikdiyimizi düşünəndə və treninqlərə getməyi ağır iş hesab edəndə qocalırıq.
Qocalıq-qocaliriqBiz avantüralara qoşulmaqdan və dostlarla zarafatlaşmaqdan imtina etdiyimiz zaman qocalmağa başlayırıq. O zaman ki, kolleqalarla ünsiyyət uşaqlıq dostlarımızla ünsiyyətdən daha maraqlı gəlir. O zaman ki, adi günlərimiz bozarır, vaxtsa sürətlənir. O zaman ki, əyləncəmizi öncədən planlaşdırmağa və yalnız məzuniyyət günlərində bir qədər canlanmağa başlayırıq.
Özümüzə başqalarının gözlərilə baxmağa və təqdim olunan möhürlərlə razılaşmağa başladıqmı – qocalırıq deməkdir. Mövcud imici qorumaq özümüz olmaqdan üstün oldumu – qocalırıq. Böyüməyə, dəyişməyə, bezdiyimiz işlərdən əl çəkib yeniliklər axtarmağa son verdikmi – qocalırıq.
Biz onda qocalmağa başlayırıq ki, dünyanın möcüzəviliyinə və öz unikallığımıza inanmaqdan imtina edirik. Biz onda qocalırıq ki, hələ hər şeyi irəlidə olan uşaqlar olmağa son veririk. O zaman ki, həyatdan daha möcüzələr gözləmirik və dünyanı yaxşılaşdırmağa çalışmırıq. O zaman ki, qəhrəman olmaq istəmirik – riski və məsuliyyəti çox böyükdür. O zaman ki, stabillik, sakitlik və maddi təminat – əsas dəyərlərimizə, öz yatağımızda və kədərli qohumlarımızın əhatəsində sakit ölümsə – ideal sona çevrilir.
Darıxdırıcıdır, kədərlidir, standartdır.
Qocalmaq istəmirəm!
Bəs siz?

Müəllif: Tatyana Nikitina
Tərcümə: Günay israfilova
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
1   14  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 4 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın