BLEZ PASKALDAN SEÇMƏLƏR

Blez Paskal (1623-1662) — fransız dahisi, riyaziyyatçısı, fBLEZ PASKALDAN SEÇMƏLƏRiziki, filosofu və yazıçısı.

Eyni zamanda böyük bir riyaziyyatçı olan Torriçelli (Torricelli) təxəllüsü ilə əsərlər yazan və ilk hesab maşınını icad etmiş olan Paskalın ən məşhur əsəri ölümündən sonra yayımlanmış olan “Düşüncələr”dir.


SEÇMƏLƏR:

Bir adam, bir çayın o biri tərəfində yaşayır və onun lideri mənim liderimlə dalaşıb deyə, biz öz aramızda dalaşmadığımız halda, durub bir-birimizi öldürməyə cəhd etməyimizdən daha axmaq bir şey ola bilərmi?

Bilgili insan, diplomlu olan yox, istədiyi hər şeyi başqalarının haqqını tapdalamadan əldə edə biləndir.

İnsanlığın möhtəşəmliyi, düşüncələrinin gücündə yatar.

Bugün, dünənki düşüncələrinin səni gətirdiyi yerdəsən və sabah bugünkü düşüncələrinin daşıdığı yerdə olacaqsan.

Şahmat taxtası, insan zehninin gimnastika zalıdır.

Ağlın ən üstün funksiyası, insana bəzi şeylərin ağlın kənarında olduğunu göstərməsidir.

İnsanların bütün bədbəxtliyi, tək bir şeydən qaynaqlanar: Bir otaqda təkbaşına dinclik içində oturmağı bilməmək.

İnsan şübhələnmənin də, təsdiqləmənin də, uymağın da harada gərəkli olduğunu bilməlidir. Bu üç prinsipdən məhrum olan insanlar vardır. Onlar sübut etmə sənətindən bir şey anlamadıqları üçün sübut etmə gücünə söykənərək iş görə bilməzlər, nəyə bağlı qalmağın gərəkdiyini bilmədiklərindən hər şeydən şübhələnərlər. Və ya nə zaman mühakimə etmək lazım olduğunu bilmədiklərindən hər mövzuya “hə” deyərlər.

Hər insan, özünə görə bir tanrı yaradar.

İki şey, isnanlara özlərini öyrədər: sezgi, bir də təcrübə.

Siz uşaqlar kimi davranmağı bilməzsiniz, müdriklik sizi uşaqlıq pilləsinə geri aparar.

Tanrının var olduğu da, yox olduğu da qavranıla bilməz.

Qeyri-kafi anlayışa sahib olan kəslər, doğruluğu, özlərinə bir qazanc təmin etdiyi üçün mənimsəyərlər, hələ işlərinə yarayacaq vəziyyətdə olmasa, onu götürüb bir kənara atarlar.

Hazırladı: Fidan Aslanova

 

VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

İzlə:
Facebook

Bir cavab yazın