CƏHALƏT VƏ ONA ATALIQ EDƏNLƏR!

CƏHALƏT VƏ ONA ATALIQ EDƏNLƏR!

“Kiçik başlar şəxsləri, orta başlar hadisələri, böyük başılar fikirləri danışarlar” demişlər. Gəlin bu kombinasiya ilə bir mövzuya həm şəxsdən, həm hadisədən və həm də fikirdən yola çıxaraq yanaşaq:

Əbu Cəhl (Cəhalət atası)… Bəli, bu isim bir şəxsin üzərində formalaşdı. İlk addımda hədəf olaraq o şəxsi götürəcəyik. Amr bin Hişam Məkkənin öndə gələn qəbilələrindən birinə mənsub çox adlı-sanlı, iqtidar və var-dövlət sahibi idi. Zamanının ərəb kültürünü əla bilir, dilçilik sahəsində qatqılar edirdi. Məkkənin bir çox diplomatik gedişatlarını həyata keçirir, bir neçə dil bilirdi. Şəhərdaxili ümumi nizam və intizamın arxasında dayanan simalardan idi. Və bunu da əla bacarırdı. Bu üzdən ilk dövrlərdən Rəsulullaha qarşı gəlmiş və şiddətlə ona qarşı amansız mübarizə aparmışdır. Təbii ki, qarşı gəlməsi də təsadüfü deyil, məhz fəaliyyət və vəzifəsi üzərindən formalaşmışdı. “Əbu Cəhl” isimləşməsini isə buna qarşılıq qazanmışdı müsəlmanlar arasında.

cəhalət-əbu cəhlAmma Əbu Cəhl siması bir şəxsdə qalmaz. Sual edək ki, niyə məhz Amr bin Hişam? Bunun üçün onun həyat fəaliyyətinə baxmaq lazımdır. Hansı hadisələrdən dolayı formalaşdı bu isim? Xırda hadisələrdən deyil, məhz ismin ehtiva etdiyi anlayışdan yola çıxaraq deyə bilərik ki, Amr bin Hişam heç də bu gün dillər əzbəri olaraq işlədilən cahil kəlməsinə uyğun gəlmir. Çox savadlı, yetənəkli və işin içinİ bilən biri olub. Zamanının ərəb dil qavramını əla bilir, keçmiş tarix və olayları mənimsəmişdi. Rəsulullahın mövcud xanədanlıq üçün gətirə biləcəyi təhlükəni də əla anlayırdı. Dini də çox yaxşı bilirdi. Bəs niyə CAHİL? Çünki bütün bu bilgi və yetənəyini özündən xəbərsiz, özünü öyrənmədən digərlərinin istismarı üçün istifadə etdi bir ömür. Dinləmədi, bildiyini bayraq etdi və atalarının yolunu müdafiə etdi. Bilgisi üzündən, məhz bilgisi.

Bu hadisələrdə də qalmayaraq bunu günümüzə daşımaq zorundayıq. Bütün bu hadisələrdən dolayı günümüzdə hansı fikir formalaşa bilər? Nə daşıyarıq günümüzə Əbu Cəhl timsalındakı atalıq və cəhalət mesajlarından?
İdeologiya! Amr bin Hişam atalarının yolunu qoruyaraq təzyiq çıxarmaq, sülhü pozmaq və istismar üçün can-fəşanlıq etməyi bir məktəbə, qırılmaz bir ideologiyaya tabe tutur və mühafizə edirdi. Və özü bir ataya çevrilirdi. Quranda ATALAR dini olaraq verilən fikir ideoloji yanaşmaya işarədir fikrimcə. Çünki ona qarşılıq olaraq Fitrət və Barış olan yeni bir hərəkat ANA (ümmət, imam), yəni doğrumaq, qayğı çəkmək və şəvqət simvolu üzərinə formalaşırdı. Və elə qadınların da yüksək xidmətləri ilə daha da ucalırdı. Bu isə mövcud ərəb mədəniyyətinə, atalıq xanədanlığına tam zidd idi.

Düşünək… Nədir cahillik, kimlərdir ona atalıq edənlər?!

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +11 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın