CƏNNƏTDƏN QOVULMA ƏHVALATININ SİRRİ

Cənnətdən qovulma əhvalatının sirri…

Bu əhvalat mənə Allahla əlaqənin itirilməsindən danışır. Bu, günah da deyil, əslində, əngəldir. İnsan özüylə Allah arasında əngəl yaradır. Günah sözü problemə dönüşdü. İnsanlar bir-birini və digərlərini o dərəcədə yarğıladılar ki, sonra Haqqa doğru gedən yolu tapmaz oldular. Əngəl isə aradan qaldırıla bilər. Özün yaratmısan, özün də aradan qaldıracaqsan. “Günah” sözünü insanlar bərəlmiş gözlərlə deyirlər. Və bunun özü də ayrıca bir əngələ dönüşüb indi. Cənnətdən qovulmağı belə anlayıram:

cənnətdən-qovulmaCənnətdən qovulmaq, yəni ruhun cənnətindən qovulması, rahatlığını itirməkdir. İnsan öz rahatlığını o zaman itirir ki, Allahla öz arasında əngəl yaradır və daxili cənnətindən qovulur. Böyük faciə olmayıb. Azadlığın təhlükəsi aşkarlanıb. Yol varsa, yoldan çıxma da vardır. Azmaq – tapılmaq öyrədir. Yıxılmaq – qalxmaq. Bəli, insan doğru yoldan aza bilər. Nəfsi onu yanlış macəralara da yönəldə bilər. “Cənnət meyvəsi” pritçasından insan bunu öyrəndi. Lakin bu onun təcrübəsidir. Adəm həm də öz təcrübəsində tövbə etməyi, geri qayıtmağı da öyrənmiş oldu. Beləcə, hər bir insan da öz həyatı boyu bu əhvəlatı dəfələrlə yaşamış olur.
Günah, arxasınca cənnətin itirilməsini gətirir. Cənnəti itirmək ağrısı onu yenidən tapmaq qətiyyəti yetişdirir. Bu, insan həyatının ən əhəmiyyətli təcrübəsinin psixoloji təsviridir.

Müəllif: Müşfiq Şükürov (İctimai TV, “Din və Cəmiyyət” verilişindən çıxışı)
Hazırladı: Nərmin Heydərova

VN:F [1.9.16_1159]
Rating: +24 (from 24 votes)

Nərmin Heydərova

Fitret.az yazarı. Müəllim.

İzlə:
Facebook

One comment

  1. adəm ve zövcesinin cenneti itirməsi…,insanlar buna uzaq bir əhvalat,hadisə kimi baxır, demək olarki, nağıl kimi, amma insan düşünmürki, bu cenneti itiren elə özüdür,
    çunki, öz indiki halına baxsa, quranı anlaya anlaya oxusa, görerki, adəm ve zövcesi ağacın meyvəsinden dadandan sonra ,ayıb övret yerlerini örtməyə başladılar, övret yeri evvelden bunlarda olmadığından, sonradan əmələ gelib ,üzə çıxdıgindan, utandılar,bir birinden ayıb yerlerini örtdülər,cahil insan düşünmürki, ər arvad olan bir kimsə niyə utanmalıdır, ?!
    adəm zövcesi həya deyilen hissiyatı unutmadı övretleri üzə çıxanda, insanların çoxu isə cennetin heyası deyilen,hissiyat onlara qoyulsa belə fitretlerinə o həyanı itiriblər,

Bir cavab yazın