CƏSARƏTİNİZ VARMI?

Əgər cəsur deyilsənsə, səmimi ola bilməzsən
Əgər cəsur deyilsənsə, sevə bilməzsən
Əgər cəsur deyilsənsə, güvənə bilməzsəncəsarət
Əgər cəsur deyilsənsə, həqiqətin arxasınca gedə bilməzsən
Buna görə də, əvvəl cəsarət gələr
Və digər hər şey onu izləyər ( Osho ) 

Cəsarətiniz nə vəziyyətdədir? Yaxşı bəs cəsarətinizdən axrıncı dəfə nə vaxt istifadə etmisiz? Cəsarət əzələ kimidir. Əgər istifadə etməsəniz, itib gedər. Cəsarət təhlükə ilə, çətinliklə, qeyri-müəyyənliklə və ya acı ilə üzləşəbilmə gücüdür. Bəli, deyildiyi kimi, cəsarət ürək işidir. Vəziyyətlər qorxutsa belə, doğru görünəni etmək bacarığıdır.

Cəsarəti inkişaf etdirməyin bir neçə yolu:

Yeni bir şeylərə başlayın. Yeni bir şeyə baş vurmaq hər zaman çətindir. Yeni bir şey öyrənmək və daha təcrübəli insanlar arasında şagird olmaq cəsarət istəyər.

Bundan əvvəl getmədiyiniz bir yerə gedin. Həyatımızı  çox vaxt, bildiyimiz yoldan çox az kənara çıxaraq yaşayarıq. İşdən evə hər zaman eyni yoldan gəlirsiz? Yemək yeməyə hər zaman eyni restorana gedirsiniz? Yeni bir yerə getməyi sınayaq.

Ürəyinizdən keçəni söyləyin. İçinizdəki gerçək hisslərin bayıra çıxmasına əngəl olursunuz? Hamımız bəzən bunu edirik. Bizi geriyə çəkən şey qorxudur. Cəsarəti inkişaf etdirməyin yaxşı bir yolu da, deyəcəyimiz şeyi insanların necə qarşılayacaqlarına dair gərgin hiss etsək belə, müəyyən bir insan haqqında müsbət şeylər söyləməkdir.

Tanımadığınız bir insanla danışın. Çox insanı tanımadığımız bir partidə olduğumuzu düşünək. Düzdür, çəkinə bilərik. Lakin cəsarətlənib heç tanımadığımız bir insanla söhbətə başladığımız zaman da, daha yaxşı hiss edərik. Yeni tanış olduğumuz insanlardan  nə ilə məşğul olduqlarını, harada yaşadıqlarını, nələri sevdiklərini soruşaq. 

Başqasının da haqqını müdafiə edin. Əgər iş yerində birinə qarşı pis davranıldığını görsəniz, nə edərsiniz? Səsinizi çıxararsınız, yoxsa səssiz qalarsınız? İş yeri dedi-qoduları da, həmçinin. Yerdən-yerə vurulan bir insanı arxasından müdafiə edərsiniz? Başqasının da haqqını müdafiə etməyə çalışaq. Beləliklə, cəsarətimizin artdığını hiss edəcəyik.

Qışqırmağı öyrənin. Əgər uzaq şərq döyüş sənətlərini öyrənirsinizsə, ilk öyrəndiyiniz şeylərdən biri, qışqırmaqdır. Əksər insan, xüsusilə də qadınlar necə qışqırmağı artıq unudublar. Özlərinə güvənləri o qədər azdır ki, səslərini necə yüksəltməli olduqlarını belə bilməzlər. Qışqırmağı öyrənməyə çalımalıyıq. Uzaq şərq döyüş sənətlərinə gedib, plyajda gəzintiyə çıxıb və ya bir yastığa qapanıb qışqıra bilərik. Qarından gələn qışqırıq, böyük bir enerji və cəsarət qaynağıdır. 

Necə istəyirsinizsə, elə geyinin. Toplumumuzun, müəyyən vəziyyətlərdə necə gcəsarəteyinməli olduğumuza dair güclü qaydaları vardır. İş yerində uymalı olduğumuz bir “dress code” ola bilər. Özümüzə aid zamanımızda necə istəyiriksə, elə geyinək. Geyindiklərimizlə özümüzü ifadə edək.

Bunlar kiçik addımlar olsa belə, cəsarətimizi toplamağımıza kömək edər. 

Mənbə: www.ruhsalyasam.com
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
14   0  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 11 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

One comment

  1. “Eramızdan əvvəl VI əsrdə yaşamış Mutsey Qay adlı bir gənc vətənini xilas etmək üçün Romanı mühasirədə saxlayan Tiranı öldürmək qərarına gələrək düşmən qoşunlarının içinə gedir. Ancaq son anda onun bu cəhdi uğursuz olur, O, düşmənlər tərəfindən tutulur. Mutsey onu mühakimə edənlərin gözü önündə cəzadan qorxmadığını nümayiş etdirərək əlini qızarmış kömür sobasına soxur və o vaxta qədər dözür ki, əli yanıb kömürə dönür. Onun bu cəsarətindən heyrətlənən çar Mutseyi azad edib, Roma üzərindən mühasirəni götürür.”
    Ürəkdəki güc budur , O elə möhtəşəmdir ki, min illər boyu dalğasını yaya bilir.

Bir cavab yazın