ÇARLZ DARVİN

ÇARLZ-DARVİN-TəKAMÜL-QALAPAQOS“Elm və sənət bir quşun qanadları kimidir. Hər iki qanadı istifadə edə bilən cəmiyyət uçar və azad olar. Uça bilməyənlər isə toyuq olur. “Toyuq cəmiyyət” önünə atılan bir ovuc yemi dimdikləyərkən, arxadan yumurtalarının oğurlandığının fərqində belə olmaz.” Çarlz Darvin

XIX əsrin böyük alimlərindən olan məşhur ingilis təbiətşünası Çarlz Robert Darvin 1809-cu il fevral ayının 12-də həkim ailəsində dünyaya göz açmışdır. Edinburq universitetində tibb təhsilini yarımçıq qoyan Darvin, Kembric universitetində ilahiyyat üzrə təhsilinə davam etmiş, eyni zamanda zoologiya, botanika və geologiya sahəsində dərin biliklər əldə etmişdir. Onun dünyagörüşünün formalaşmasında görkəmli ingilis geoloqu Çarlz Layelin “Geologiyanın əsasları” kitabı mühüm rol oynamışdır.
Ç. Darvin 1831-ci il dekabrın 27-də Biql gəmisində səyahətə çıxmış, bu müddət ərzində Cənubi Amerikanın, Afrikanın cənubunun, Avstraliyanın, Yeni Zellandiyanın, Qalapaqos adalarının və başqa ərazilərin bitki örtüyü, heyvanat aləmini, həmçinin geoloji quruluşunu öyrənmişdir. O, topladığı materialları sonralar tədqiq etmək üçün öz ölkəsinə-İngiltərəyə göndərirdi. Yaratdığı nəzəriyyə və yazdığı kitablar üçün əsas materialları da məhz 1831-1836-ci illərdə Biql gəmisində dünya səyahətinə çıxdığı dövrdə əldə etmişdi. Səyahətdən qayıtdıqdan sonra topladığı materiallar üzərində işləyərək çıxardığı nəticələr əsasında 1838-ci ilə “təbii seçmə” fikrini yaratsa da, daha öncə buna bənzər fikirlərin şiddətli etirazlarla qarşılaşdığını gördüyü üçün uzun müddət fikirlərini ən yaxın dostlarından başqa heç kəsə bildirmədi. Ola biləcək etirazlara daha yaxşı şəkildə cavab verə bilmək üçün araşdırma aparmağa və dəlillər toplamağa başladı. Nəhayət 1859-cu ildə üzərində 21 il işlədiyi “Növlərin mənşəyi” əsərini çapdan çıxartdı. Darvin bu əsərdə təkamülün hərəkətverici qüvvələri haqqında öz fikirlərini bildirmişdi. O, təkamülün hərəkətverici qüvvələri kimi irsiyyət, dəyişkənlik və təbii seçmə amillərini qeyd etmişdir. Bundan başqa, müxtəlif dövrlərdə “Ev heyvanlarının və mədəni bitkilərin mənşəyi”, “İnsanın mənşəyi və cinsi seçmə”, ”İnsan və heyvanlarda duyğuların ifadə edilməsi” kimi müxtəlif əsərlər yazmış və insanlar tərəfindən maraqla qarşılanmışdı. İlk canlıdan insana doğru gedən inkişaf yolu olduğunu bildirmiş və bunu qısaca “İqlim qurşaqlarının dəyişkənliyə təsiri” adlandırmışdı.

ÇARLZ-DARVİN-T\KAMÜL-QALAPAQOS

Darvin yazdığı əsərlərlə insanlar arasında sürətlə məşhurlaşdı. Özünə müəyyən qədər tərəfdar toplasa da, istər elm adamlarının, istərsə də dindarların içində onun nəzəriyyəsinə qarşı çıxan kifayət qədər insan var idi. Ömrünün sonlarına doğru xəstəliyi üzündən disskusiyalara birbaşa qatıla bilməsə də baş verənləri qəzet və jurnallardan izləyir, məktublaşaraq özünə daha çox tərəfdar toplamağa çalışırdı.

Çarlz Darvin 1882-ci il aprel ayının 19-da uzun sürən xəstəlikdən sonra Daunda vəfat etdi və Vestminster abbatlığında İsaak Nyutonun qəbrindən bir neçə metr aralıda dəfn olundu. Ölümündən sonra keçən illər ərzində müasirləri tərəfindən onun nəzəriyyəsinə müxtəlif düzəliş və yeniliklər edilmişdir. Canlı təbiətin qanunlarını izah edən Təkamül nəzəriyyəsi elə təbiətin özü kimi hər zaman öz daxilində təkamülə məruz qalmışdır. Darvinin elmə gətirdiyi fikirlər eyni zamanda mikrobiologiya, antropologiya, farmakologiya, genetika və neçə-neçə elm sahələrinin inkişafına təkan vermişdir. İstər yarandığı dövrdə,istərsə də günümüzdə Darvin və yaratdığı Təkamül nəzəriyyəsi bir çox insan tərəfindən, xüsusilə də dindarlar tərəfindən birmənalı qarşılanmayıb və kifayət qədər tənqid olunub. Ən acınacaqlı hal isə odur ki, bu etirazların əksəriyyəti onun nəzəriyyəsi haqqında olan məlumatsızlıqdan yaranır.

Hazırladı: Murad Xəlilli

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +32 (from 34 votes)

Murad Xəlilli

Fitret.az yazarı. Həkim.

 
Facebook

One comment

  1. Bildiyiniz kimi hal-hazırda şiddətli bir Darvin əleyhdarlığı var. İnsanlar, Charlez Darvinin adını belə eşitdiklərində narahatlıqlarını gizlətmirlər. Buna olduqca tez-tez rast gəlməkdəyik, hələ də bizim kimi tabularını qırmaq yerinə onları ucaltmağı seçən cəmiyyətlərdə. Hərçənd inkişaf etmiş cəmiyyətlərdə da çox rahatlıqla Darvindən bəhs demək çətindir, ancaq aramızda dağlar qədər fərq olduğu da açıq. Ancaq belə bir əleyhdar kampaniyanın səbəbini anlamaq da çox çətin deyil. Çünki bu kampaniyalar, bu gün dönüb baxdığımızda “Qaranlıq Çağlar” olaraq adlandırdığımız dövrlərdə həyata keçirilən Kopernik ya da Galileo əleyhdarı kampanyalardan fərqsizdir. Əslində bu kampaniyaların, qarşıdurmaların və önyarğıların sonu çox açıqdır: Hər vəziyyətdə qazanan, tarixdə saysız dəfə olduğu kimi elm və bizim mövzumuz daxilində, Təkamül nəzəriyyəsi olacaq.

Bir cavab yazın