ŞƏRQ VƏ QƏRB

ŞƏRQ VƏ QƏRB

Şərq hiss edir, Qərb fikirləşir.
Qərb fikirləşir, Şərq danışır.
Qərb danışır, Şərq ya susur, ya da bağırır.
Şərqdə bərabərliyin torpağı sevgi və inancdır,
Qərbdə faydalılıq və güvənmək düşüncəsi insanları birləşdirir.
Böyük sözləri Şərqdə yaşlılar, Qərbdə elm adamları və filosoflar söyləyirlər.
Şərqdə sevgi düşüncədən öndədir, Qərbdə isə əksinə.
Qərbli böyük işlərini peşəsi daxilində yaradır, Şərqli isə peşəsi xaricində yaratmağa çalışır.
Şəqlinin təbiiliyi Qərbliyə bir şəlalə qarşısında imiş kimi təsir edir. Qərblinin mədəni olmağı isə Şərqlini bir böyük su anbarı qarşısındaki heyranlığa sürükləyir. Birinin görünüşü o birinin işləməsi digərinə xoş gəlir.
Şərqli sevsə, Qərbli isə inansa fədakarlıq göstərir.
Qərbli əvvəlcə edlməsi lazım olan şeyləri öyrənir, Şərqli isə edilməməsi lazım olanları.
Qərbli öz ağlı ilə duyğularını tarazlayır. Şərqli isə öz duyğuları ilə ağlına yol göstərmək sevdasındadır.
Şərqli təbiətin ulu gücünə o qədər heyrandır ki, özünü ona təslim edir, Qərbli isə təbiətin gücünü bildiyi üçün ona hakim olmağa çalışır.
Şərqli keçmişinə bağlıdır, Qərbli özünü keçmişə bağlı saymır, ancaq ondan ibrət almağı bilir.
Şərq ölkələrində liderlər fikirlərə liderlik edir, Qərbdə fikirlər liderlərə yol göstərir.
Qərbdə fədakarlığın ən gözəl örnəklərini cavabdeh olanlar göstərir, Şərqdə fədakarlığı sadə vətəndaşdan, yoxsul xalqdan gözləyirlər.

Mənbə: Mömin Sikman – “Hər şey səninlə başlar.”
Hazırladı: Məhəmməd Mustafayev

Beyenmeler
0   12  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

FƏLSƏFƏNİN İNSANA FAYDALARI NƏLƏRDİR?

Fəlsəfənin insana faydaları nələrdir?Bu mənada, fəlsəfə də xoşbəxtlik məqsədi üçün bir vasitə ola bilər. Hər insan, maddi zənginliklərə sahib olmaqdan həzz duymaz. Bəzi insanlar, təfəkkürdə olmaqdan, yəni dərin düşünməkdən, insan həyatının anlamını araşdırmaqdan həzz alır. Bu həzzə yad olan insanlar belə onun, keyfiyyət baxımından olduqca zəngin bir həyat təcrübəsi olduğunu qəbul edərlər. Demək ki, fəlsəfə, hər şeydən öncə insana intellektual bir zövq, mənəvi bir həzz verir. İnsanın sadəcə bir bədəndən ibarət olmadığını, onun eyni zamanda mənəvi bir varlıq olduğunu diqqətə alsaq, bu vəziyyət daha açıq hala gələr. İnsan, məqsədinə, sadəcə maddi ehtiyaclarını qarşılayaraq çata bilməz; onun, mənəvi ehtiyaclarını da təmin etməsi gərəklidir. İnsanın mənəvi ehtiyaclarının ən başında isə, marağını qarşılama, öyrənmə, kainatı və özünü anlama, bu dünyada keçən həyatını mənalandırma istəyi vardır. Bu istəyi də, böyük ölçüdə fəlsəfə qarşılaya bilər.

Həqiqətən də fəlsəfə, insanın əhatə edici bir bilgi və ya əhatə edici bir qavrayışa çatma tələbinə cavab verə bilən yeganə disiplin olmaq vəziyyətindədir. Həyatının axarı içində öz qaynaqları xaricində başqa yerlərdən çox zaman əlaqəsiz  inanc və bilgilər, seçim və davranış tərzləri mənimsəyən insan varlığı həyat, dünya və cəmiyyət qarşısında müəyyən bir rəftar inkişaf etdirmək, bu rəftarı  yaşamının təməlinə yerləşdirmək üçün sözü gedən  dağınıq materialı tutarlı bir quruluş içində sistemləşdirmə ehtiyacı duyar. Bunu isə, sözü gedən materialın ünsürləri üzərinə inkişaf etdirilə biləcək  tənqidi və sorğulayıcı düşünmə ilə ancaq fəlsəfə təmin  edə bilər.

Daha da önəmlisi odur ki, fəlsəfə, bizə özümüzü tanımaq imkanı verər. Bu ümumi doğrunu da ilk olaraq və ən yaxşı antik Yunanlılar göstərmişdir. Əslində, hər mədəniyyətdə olan “Özünü tanı!” sözünü ən erkən istifadə edən qövm olan Yunanlılar, bu sözü məbədlərinin qapısına yazıblar. Həqiqətən də insan nə və kim olduğunu ancaq fəlsəfədən və ya fəlsəfənin köməyi ilə öyrənə bilər. Bizim yalın bir ət və sümük yığını olmayıb, eyni zamanda bir ruh varlığı olduğumuzu bizə ən yaxşı fəlsəfə göstərə bilər. Dünyaya, sadəcə nəfəs alıb vermək və ya yalın kef almaq üçün yox, bir az da təbiətə və başqalarına olan vəzifələrimizi yerinə yetirmək üçün gəldiyimizi fəlsəfədən öyrənə bilərik. Çünki fəlsəfə, hər şeydən öncə insan olaraq varoluşumuzun anlamıyla ilgili bəzi təməl sualları ələ alır. İçimizdən hər birinin bu təməl, böyük fəlsəfi suallar üzərində düşünməsində varoluşumuzu mənalandırmaq baxımından böyük yarar vardır. Bu səbəblə, Sokrat, “incələnməmiş, sorğuya çəkilməmiş bir həyatın yaşanmağa dəyər olmadığını” söyləmişdir. Demək ki, fəlsəfəyə prinsipli bir həyat sürmək üçün gərək duyarıq. Çünki insan, heyvanlardan fərqli olaraq ağıllı bir varlıqdır; bu Fəlsəfənin insana faydaları nələrdir?özəlliyi səbəbi ilə, həyatını bəzi  prinsiplərə söykəyir. Prinsipsiz bir həyat, hətta prinsipləri sorğulanmamış bir varoluş, bayağı və təməlsiz bir varoluşdur; həyatımızın bu cür prinsipsiz bir varoluşa çevrilməməsi üçün fəlsəfəyə ehtiyacımız vardır.

Fəlsəfə, yenə fərdi olaraq bu dünyadakı qısacıq həyatımızda bizə, nəyin bizim əlimzidə olub, nəyin olmadığını göstərir. Sadəcə Sokrat yox, 20-ci əsrin önəmli mütəfəkkirlərindən olan Jean paul Sartre (1905-1980) də, faktiki şərtlərimizi dəyişdirməyin, bizim əlimizdə olmadığını söyləyirdi. Yəni bu dünyaya gəlmişiksə, gəlməmiş olmaq əlimizdə deyil. Anamızı-atamızı, doğulduğumuz coğrafiyanı, mənsubu olduğumzu dini, üzvü olduğumuz millət və ya etnik qrupu seçmək əlimizdə olmadı. Boyumuzu, cinsiyyətimizi, digər bioloji özəllilərimizi seçmək də əlimizdə deyildi. Bütün bunlar biz insanlar üçün verilmiş olan, dəyişdirməyin mümkün olmadığı şeylərdir. Lakin xarakterimizi və insanlığımızı inkişaf etdirmək, daha yaxşı və daha ərdəmli insan olmaq üçün çalışmaq, bizim əlimizdə olan bir şeydir. Buna görə də, Sartre, “insan özündən nə yaradarsa, ondan ibarətdir” deyirdi.

Fəlsəfəyə, həyatın axışı içində, qarşılaşdığımız problemlərin öhdəsindən gəlmək üçün ehtiyac duyarıq; ondan, bizi çətinə sala biləcək  biləcək müxtəlif olaylar qarşısında dik duruş sərgiləyə bilmək üçün dəstək alarıq. İsveçrəli psixoloq və mütəfəkkir Karl Qustav Yunqun (1875-1961) söylədiyi kimi, “həyatın axıntılarında  heç kim dərdsiz qalmaz.” Fəlsəfə, qayğılarımızı xəfiflətməyimizi, dərdlərimizi aşmağımızı, bu dünyadakı həyatımız əsnasında yolumuzu itirməməyimizi təmin edən ən önəmli vasitədir. Fəlsəfənin yolumuzu tapmağımızı təmin edən ən önəmli vasitə olduğunu gözlər önünə sərmək üzrə, Wittgenstein, məşhur bənzətmələrindən birində inanın bu dünyadakı vəziyyətini bir butulka içindəki ağcaqanadın vəziyyətinə bənzətmişdir. Wittgenstein-ə görə butulkanın içində qalmış olan ağcaqanad butulkadan bayıra çıxmaq istəyər amma bunu necə bacara biləcəyini bilməz. Fəlsəfənin əsas vəzifəsi, ağcaqanada, butulkadan necə çıxacağını göstərməkdir. Onun bu bənzətməsinə görə, biz insan varlıqları bu dünyadakı həyatımız əsnasında  bəzən özümüzü kəməndə salınmış hiss edər və yolumuzu tapmaqda çətinlik çəkərik. Beləcə, fəlsəfə biz insan varlıqlarının kəməndə salınmışlıq duyğusundan qurtulmağımızı təmin edər, istiqamətimizi tapmağımıza kömək edər.

Fəlsəfə, yenə eyni istiqamətdə, beyin və anlayış qarışıqlığımızı aradan qaldırmağa kömək edər. Çünki, günümüzdə bir çox insan, bəzi zehni qarışıqlıqlar üzündən dərdlər və qayğılar içində qıvrılıb durur. Həqiqətən də insanlar, son zamanlardFəlsəfənin insana faydaları nələrdir?a, artan bir sıxlıqla, imtiyazları hüquqlarla, tərəfsizliyi subyektivliklə, qiyməti dəyərlə, varlılığı müvəffəqqiyyətlə qarışdırırlar. Beləcə, bu beyin qarışıqlığını aradan qaldıracaq, qavramsal açıqlığı təmin edəcək olan  şey, fəlsəfədir. Çünki fəlsəfə, insana bir çox mövzuda doğru və açıq düşünə bilməyi öyrədir. Fəlsəfi düşüncənin üsulları, insana hardasa hər mövzuda ağıl önə sürə bilməsi üçün gərəkli təməlləri hazırlayar. Belə bir düşüncə növü, insanın bir çox problemə bir çox yöndən baxa bilməsini, problemlərə, mühakiməsiz yaxınlaşa bilməyini təmin edər; o insanın heç bir şeyi mütləqləşdirməyib, hər şeyi tənqid süzgəcindən keçirə bilməyini təmin edər. Bütün bunlar bir araya gətirildiyi zaman, fəlsəfənin insanın özgürləşməyində qatqısı olduğunu rahatlıqla söyləmək olar.

Mənbə: www.felsefe.gen.tr
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   12  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

TƏCRÜBƏ NƏDİR?

təcrübə1Təcrübə bir hadisəyə, bir mövzuya məruz qalmaq və ya müdaxilə etmək yolu ilə hakim və hazırlıqlı olmaqdır. Yəni daha əvvəl o mövzunu və ya hadisəni yaşamış, görmüş və ya dadmış olmaqdır. Sınaq sözü ilə sinonim, test və praktika sözləriylə yaxın mənalıdır. Elmdəki “sınaq” ilə yaxındır. Elm insanları bir bilgini təcrübə edər, gerçək həyatda sınaqdan keçirərək ölçərlər. Oradan əldə edilən məlumat daha sonrakı bilgilərə işıq tutar. Təcrübə də belədir. Həyatda yaşadığımız hər şey yaxşı şərh edilib mənalandırılarsa, gələcəyə işıq tutar.

Canlılar doğulub böyüyərkən təcrübələri ilə yönləndirilir. Körpəykən yüzlərlə dəfə yıxılmasaydıq, yeriməyi öyrənə bilməzdik. Hər şeyi dadmağa çalışmasaydıq, nəyi yemək lazım olduğunu seçə bilməzdik. Sınayıb yanılmasaq, danışmağı necə öyrənəcəkdik? İnkişafımızın təcrübəyə dayandığını kim inkar edə bilər? Cəhd və yanılmaq öyrənmənin təməlidir. Yalnızca oxuyaraq yanılmadan öyrənə bilərik. Bizdən əvvəlki insanlar təcrübələrini bizə nəql edərək aramızda yaşayırlar.

Hər nə qədər digər insanlar bizə təcrübələrini miras qoyarsa da, fərdi həyatlarımız fərdi səy tələb edir. Öz həyatımıza tətbiq edəcəyimiz prinsipləri və gərəkli məlumatları həyatdan dərs çıxararaq götürərik. Təcrübənin ən əhəmiyyətli şərti, dərs almaqdır. Problemləri və həlləri sintez edərək gələcəyə istiqamətli nəticələr əldə etməliyik. Bir problemlə qarşılaşınca üsyan etmək yerinə həll ortaya qoysaq, həyat boyu bir təcrübə əldə etmiş olarıq. Hər gün, hər an canımızı sıxan bir şeylər vardır. Şikayət etmək yerinə onu sınamaq və gələcək üçün təcrübə formalaşdırmaq lazımdır.

təcrübə-insanTəcrübə yalnız yaşamaqla əldə edilməz. Minlərlə dəfə eyni şeyi yaşayıb dərs almayan insanlar var. Təcrübə, yaşadıqlarımızdan çıxarış edərək daha sonrakı səfərlərdə işimizi asanlaşdıracaq bilgini əldə etməklə ortaya çıxar. Özümüzə suallar verməliyik. Təcrübənin birinci şərti özünə öyrətmək və lazım gəldiyində də soruşaraq ayırmaları istifadə etməkdir. Şərtlərə uyğunlaşma təmin etmək və əvvəlki həyatları sonrakılara işıq kimi saxlamaq təcrübənin nəticələrindəndir.
Həyatın özü də bir təcrübə məhsuludur. Kainatda görünən hər şey səbəbiyyət içərisindədir. Əvvəlki təcrübələr sonrakıları hazırlayır. Maddənin təməli fərqli təcrübələr törətmək üzərinədir. Atomlar və canlılar fərqliliklər törədir. Bizim fərqli fərdlər olmamızdan, hər elementin fərqli strukturlara sahib olmasına və atom altı dünyadakı naməlumluğu qədər uzanan bir təcrübə çalışması vardır. Eyni xətti üst-üstə çəkməyə çalışmaq kimi, həyat da eyni şeyləri kiçik fərqlərlə davamlı yaşadar. Əvvəlki təcrübə sonrakını hazırlayır.

təcrüəHəyatın nə olduğunu soruşmuşduq. Kainatın səbəbini sorğulamışdıq. Ardı arxası gəlməyən həyat zəncirinin çöldən qısaca bir görünüşünü vermişdik. Nəticədə heç bir şey anlamadıq, amma həyatın gedişini gördük. Həyat fərqli təcrübələr təqdim edir. Hamımız bu ana quruluşun bir parçasıyıq. “Fərqlilik” və “təcrübə” üçün fəaliyyətdəyik. Böyük həyat quruluşuna baxdığımızda bizim önəmimizin “təcrübəmiz” olduğunu görə bilərik. Nəticədə hər kəs ölür, ancaq təcrübələri miras qalır. Hər kəs təbiətə qarışır, ancaq yaşadıqlarımız və yaşatdıqlarımız mədəniyyətin ünsürü olur.

“Kiçik davramağı burax, sən özündən keçmiş kainatsan.” Mövlanə Cəlaləddin Rumi

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   12  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

BİZ NƏYİN AXTARIŞINDAYIQ?

BİZ NƏYİN AXTARIŞINDAYIQ?suallar

Biz nəyin axtarışındayıq? Hamımızın istədiyi şey nədir? Xüsusən də hər kəsin sakitlik, xoşbəxtılik, sığınacaq axtarışında olduğu bu rahatsız dünyada bunu bilmək çox vacibdir, elə deyilmi ? Nəyi axtardığımızı, nəyi kəşf etməyə çalışdığımızı öyrənməliyik.
Bəs yaxşı, biz nəyin axtarışındayıq? Xoşbəxtlikmi axtarırıq, ya bizi məmnun edəcək bir şeyinmi axtarışındayıq? Xoşbəxtliklə məmnunluq arasında fərq vardır. Xoşbəxtlik axtarıla bilərmi? Ola bilsin ki , nədənsə məmnunluq tapa biləsiniz, amma xoşbəxtlik tapıla bilməz. O bir şeyin törəməsidir, nəyinsə nəticəsidir, o hazır məhsul deyil.
Qorxuram, çoxumuz məmnunluq axtarırırıq. Məmnun olmaq axtarışımızın sonunda dolğunluq hissinə çatmaqdır.
Həm iç, həm də çöl dünyada hər birimizin nəyin axtarışında olduğumuzu öyrənməliyik. Bu məsələdə düşüncələrimizdə dürüstsək, heç bir məkana, hansısa bir müəllimə, kilsəyə, ya da dini quruma getməyə ehtiyac yoxdur.
Elə isə aşmamız gərək olan və əsl çətinlik niyətlərimizdə təmiz, dürüst olmaqdır. Bəs yaxşı, dürüst ola bilirikmi ? Və o dürüstlük, təmizlik axtarışlamı, ya da başqalarının dediklərini izləməkləmi, yoxsa hansısa kilsəyə getməkləmi əldə edilir? Saysız – hesabsız kitab oxuyuruq, bir çox toplantıya qatılır, müxtəlif qurumlara üzv oluruq – bu şəkildə həyatımızdakı çətinlik və səfilliklərə bir çarə tapmağa çalışırıq. Hansısa kitabın, müəllimin, qurumun bizi təmin etdiyini düşünürük, o zaman içində qalaraq kristallaşırıq və xarici dünya ilə olan bağlılığımız kəsilir.
Bütün bu qarışıqlıq arasında əbədilik, daimilik, həqiqət, Tanrı, gerçəklik – ya da nə ad verirsinizsə verin bunları axtarırıq.
Çoxumuzun içində əbədilik axtarışı var, tutuna biləcəyimiz, bizə özgüvən, ümid, qalıcı bir həvəs, əminlik hissi verən bir şey axtarırıq, çünki içimizdəki heç bir şeydən xəbərdar deyilik. Özümüzü dərk etmirik. Ümumi həqiqətləri, kitabda yazılanları bilirik, amma özümüz haqda bir şey bilmirik.
Və istədiyimiz son şey də budur: özümüzü dərk etmək. Şübhəsiz ki, bu üzərinə nələrisə inşa edəcəyimiz tək bünövrədir. Amma inşa etmədən, çevrilmədən, qınamadan ya da, dağıtmadan öncə nə olduğumuz dərk etməliyik.

Həqiqəti, Tanrını tapmaq üzrə axtarışa çıxmazdan, hərəkətə keçməzdən, bir birimizlə münasibətə girməzdən öncə özümüzü anlamaq vacibdir. Səmimi insan o insandır ki, bir hədəfə necə çatacağını deyil, ilk növbədə bunun nə olduğunu dərk edir.

BƏS ÖZÜNÜ DƏRK ETMƏK NƏDİR? ÖZÜNÜ NECƏ DƏRK ETMƏK OLAR?özünüdərk

İnsanın özünü dərk etməsi bilik və ya yığdığı təcrübə ilə əldə edilməz. Özünü dərk etmək anlıq məsələdir. Özümüz haqqında bilik toplasaq, bu bilik özümüzü dərin şəkildə anlamağımıza mane olar. Yaxşı, özünü dərk etmək üçün hansısa bir yol sistem metod vardırmı? Hansısa bir filosof, alim  sistem, metod və ya bir üsul icad edə bilər, amma sistemin ardınca getmək şübhəsiz ki, o sistemin yaratdığı bir nəticəyə gətirib çıxaracaqdır, elə deyilmi? Əgər özümüzü dərk etmək üçün bir üsul ardıyca getsək, o sistemin yaratdığı nəticəyə çıxarıq, amma nəticə, şübhəsiz ki, özünü dərk etmək olmayacaqdır. Bir şablona uymaq özünü dərk etmək demək deyil.
Avtoriter – müəllim, mürşid, xilaskar, təbii olaraq insanın bütünlüklə özünü anlamasını əngəlləyir və dolayısı ilə nəticədə azadlığı yox edir, yaradıcılıq ancaq azadlıq olanda var. Yaradıcılıq ancaq insanın özünü dərk etdiyi zaman var. Çoxumuz yaradıcı deyilik, bir – birimizi təkrarlayan maşınlarıq, hansısa mülahizəni dönə dönə çalan qrammafonlar kimiyik. Yaradıcı olmaq rəsm çəkmək ya da şeir yazıb şöhrətli olmaq demək deyil. Bu yaradıcılıq deyil, bir fikri ifadə etmək bacarığıdır və cəmiyyət tərəfindən alqışlanır, göz ardı edilir. Bacarıqla yaradılış eyni şey deyil, bacarıq hansısa bir texnikaya, üsula yiyələnməkdir. Yaradıcılıq isə fərqli bir yaradılış halıdır, öz olmaqdır, təkrarçılıq deyil, içində məncilliyin olmadığı, zehində artıq təcrübələrin, həvəslərin, cəhdlərin, istəklərin və cəhdlərin olmadığı haldır, o mütləq bir hal deyil, hər an yenidir, dəyişir. İçində “mən” in “mənim” in olmadığı, hansısa ehtiras, bacarıq, məqsəd və ya səbəbin olmadığı bir hərəkət halıdır.
Özünü dərk etmək bir nəticə, çatılacaq bir nöqtə deyil, insanın hər an özünü münasibətlərin – sahib olduqlarıyla, əşyalarla, insanlarla və fikirlərlə olan münasibətlərinin güzgüsündə görməsidir. Amma ayıq olmaq, fərqində olmaq bizə çətin gəlir və biz ancaq bir üsulu təqib edirik – avtoritetləri, batil inanclar və təmin edici nəzəriyyələri qəbul edərək zehnimizi korlaşdırmağı tərcih edirik və beləcə zehinlərimiz yorğun, gərgin hala düşür. Elə bir zehin azadlıq halında ola bilməz. Məlumlarla dolu olan beyin məhkumdur və o məchulu dərk edə bilməz.

Müəllif: Jiddu Krişnamurti
Tərcümə edən: Namiq Bağırlı

Beyenmeler
0   12  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 12 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook

QADINLAR NİYƏ BELƏ HƏSSASDIR?

10419524_678813088894547_7752305841344964411_nSual: Niyə bu qədər həssas və duyarlı olmuşam? Bu həssaslıq nədən yaranıb, hardan qaynaqlanır? Bunu paylaşmaq mümkündürmü?

Oşo: Bütün uşaqlar həssas doğular, olduqca həssas. Lakin, toplum, dünyada həssas insanların olmağını istəməz. O, daş ürəkli insanlar istəyir. O, işçilər istəyir, əsgərlər istəyir. O, ürəyini gözardı edən hər cür “sərt” insanı istəyir. Toplum, professorlar istəyir, intellektuallar istəyir, elm adamları istəyir. Onlar ürəkləri haqqında, öz həssaslıqları haqqında heç nə bilməyənlərdir. Əgər, duyarlı və həssassınızsa, bu, şükür etməli bir şeydir. Bəlkə də, qadın duyarlı və həssas olmaqda kişidən daha bacarıqlıdır. Çünki, qadın əsgər olmayacaq, ondan insanları öldürməsi gözlənilməyəcəkdir. Bir qadın kişidən daha həssasdır. Çünki, toplum, onu önəmli olan hər məsələdən kənar etmişdir, bəlkə də gözardı etmişdir. Beləliklə, şükür ki, kişi canavara çevrilərkən, qadın hələ insan olaraq qala bilmişdir. Kişinin bütün dünyası öldürmək ya da öldürülməkdir. Bütün həyatı, fikri bacardıqca çox silah əldə etməyə yönəlmişdir. Belə görünür ki, II Dünya müharibəsi ona bəs etməyib və III Dünya müharibəsinə hazırlaşır. Unutmayın ki, cəbhədə bir əsgər ölərkən, bir ata ölür, oğul ölür, bir ər ölür. Kişilər döyüşür, bir-birlərini öldürürlər, acısını qadın çəkir. Buna görə də, yüzillər boyu, acı çəkdikcə, üzüntüyə, zövqə, acıya və məmnuniyyətə qarşı daha duyarlı, daha həssas olurlar. Buna görə də, “Niyə bu qədər həssas olmuşam?” deyə soruşmayın. Həssas doğulmusunuz və bu sizin doğuşdan haqqınızdır. Həssas hiss etməyəndə soruşmalısınız ki, mən niyə həssas deyiləm?
Həssaslıq (duyarlılıq), ilahiliyin, ilahi olmağın təbiətidir.
11066562_678804068895449_5563093686225219062_n
Əsrin ən yaxşı yazarlarından biri sayılan, Corc Bernard Şoun hekayəsini sizə danışım. Bir adam, usta, sənətçi, yazıçı Bernard Şoun evinə görüşməyə gələrkən , Bernardın bağçasında o qədər çox gözəl güllər olduğunu görür ki, inana bilmir. Yazıçının evinə çatanda isə otaqda tək bir gül belə olmadığını görüb təəccüblənərək soruşur: “Bağçanda o qədər gözəl çiçəklərin var, demək olar ki, lap bolluqdur, niyə bir azını toplayıb evində güldanlara qoymamısan?” Usta cavab verir: “Mən uşaqları da çox sevirəm, onlar da hər çiçək qədər gözəldirlər, amma evimi bəzəmək üçün başlarını kəsmirəm. Çiçəklər açacaq, yağmurda rəqs edəcəklər, günəşdə, küləkdə… Onlar orda canlıdırlar. Və mən qəssab deyiləm. Mən özüm insan, canlı, həyat qaynağı ola-ola bir çiçəyi kəsə bilmərəm. Və otağımda cəsədlər istəmirəm.”
O haqlı idi. Və o həssas, duyarlı adam idi, həm də çox duyarlı.
“Həssaslığım nə ilə bağlıdır?” deyə soruşursunuz. O, ən içinizdən gələndir. Qıraqda, uzaqda, fərqli bir yerdə qaynaq axtarma. Bu sənin təbiətindir.
11041409_678808432228346_143941481_n
“Həssaslığı paylaşmaq mümkündürmü?” – Təbii ki. İnsanlarla əl sıxışdığınızda bunu görə bilərsiniz, bir ağacın ölü budağı ilə əl sıxışır kimi hiss edərsiniz. Həyat yox, istilik yox, bir enerji yox . Bunu da yaşamış ola bilərsiniz; Elə bir adamla görüşərsən ki, elə bir adama toxunarsan ki, ondan bir enerji axışı olar. Enerjiləriniz arasında bir transfer reallaşar. Bir istilik, bir sevgi. Və bir səmimiyyət hiss edərsiniz. Bax bu tip insanlar, onlarla birlikdə olarkən, demək olar, bəsləndiyinizi, qidalandığınızı hiss edərsiniz. O quru budağa bənzəyən adamlarla oturduğunuzda isə sömürüldüyünüzü, enerjinizin əmildiyini hiss edərsiniz.
Həssaslıq, özünüzə yeni bir səyahətin başlanğıcıdır. Qorxmayın. Siz yüksəyə və daha yüksəyə çıxmağa davam edin. Daha da çox, diqqətli həssas olun. Ümid edirəm, bu sizə insanlığın ən gözəl parlaqlığını gətirəcəkdir.

Müəllif: Oşo
Tərcümə edən: Nərmin Heydərova

Beyenmeler
0   12  
VN:F [1.9.16_1159]
Rating: +17 (from 17 votes)

Nərmin Heydərova

Fitret.az yazarı. Müəllim.

 
Facebook