HƏQİQƏT NƏDİR?

həqiqət-nədir-təzahürHəqiqət varmı?
Həqiqət nədir?
Həqiqət mütləqdir, yoxsa nisbi?

Həqiqəti axtarmaq, aramaq var. Bəlkə də axtarmağın özüdür, həqiqət. Həqiqəti aramaq, onun fərqində olmaq və yola dönüşdürməkdir. Yolun hər qarışında onu hiss edə bilməkdir. Həqiqət tapıldısa, o həqiqət deyil. Həqiqət bir zirvə deyil, zirvəyə gedən yoldur. Yol… Arayışı olan yol.

Həqiqət özü sabitdir, amma zaman, insan və kainat sabit qalmaz, dəyişər. O üzdən həqiqətin sabit forması zamanla fərqli ölçülərdə təzahür edər. Ona görə bu fərqliliyin fərqində olmaq lazımdır, bu prosesi yola çevirmək lazımdır, yolçuluq etmək lazımdır. Bəlkə də elə ən böyük həqiqət dəyişmənin- dinamikanın olmasını etiraf etməkdir. Hər şey hərəkətlilik halında, olaylarda anlam qazanır və özünü ifadə edir, öz yerini tapır.

həqiqət-nədir-təzahürHəqiqət özlüyündə sabitdir, amma biz dəyişik olduğumuz üçün onu da fərqli biçimlərdə qavrayır və transformasiya edirik. O üzdən “hər şey nisbidir” deyirik. Həqiqət, elə hər şeyin nisbi olması və həqiqətin özünə çatmanın dinamik olmasıdır, məncə.

Həqiqət mütləq və nisbi olaraq ikiyə bölünməz. Çünki bölünməsi doğru deyil. Bir cür həqiqət var və ÖZ olaraq mütləqdir. Biz onun ÖZ-ü ilə deyil, təzahürü, yansıması ilə məşğuluq. Yəni bizim həqiqət haqqında təsəvvürlərimiz onun təzahürü (yansıması) ilə formalaşır. Nisbi olan da bizim həqiqət haqqında olan təsəvvürlərimizdir.

Kiçicik bir şübhə, böyük bir həqiqətin açılmasına gətirib çıxara bilər. Bir insanın həyatı qədər önəmli olan bir həqiqətin…

İnsanlar bir şey haqqında sadəcə fikirlər yürüdürlər. O şey haqqında ən yaxşı, ən məntiqli və cəlbedici dəlillər əsas alınır. Amma bu da o şey haqqında həqiqət sayımayla bilər. Eyni Tanrı və Tanrı təsəvvürləri kimi. Hamı onun haqqında danışır. Amma o bunlardan hansıdır? Bəlkə də heç biri…

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +30 (from 42 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

GÜVƏN PROBLEMİ VƏ GÜVƏNSİZLİK YARADAN İNKİŞAF

ETİBARLILIQguvən

Güvən sözünü qorxu, çəkinmə və şübhə duymadan inanma, etimad mənasında gündəlik həyatda tez-tez istifadə edirik. Güvənlilik, etibarlı olma vəziyyətidir . İnanma prosesinə əsaslanan güvən sözlüyünü tutarlılığı qəsd etmək üçün istifadə etdik. Etibarlılıq deyincə, həm ardıcıllıq, həm də inanma duyğusu qəsd edilə bilməkdədir. Etibarlılıq dediyimizdə inanıla bilinən kimi bir məna anlayırıq. Söylədiklərimizin etibarlılığı haradan gəlir? Bir ünsiyyət vasitəsi kimi dilin inkişafı ilə birlikdə etibarlılıq, sözlərə aid bir xüsusiyyət halına gəlmişdir. Əvvəllər hərəkətlər və sadə səslər bir-birimizə güvənin işarəsi ikən, bunun yerini dil deyilən ətraflı və simvolik səslər almışdır. Dil ilə birlikdə, danışmaq, ünsiyyət qurmaq cəmiyyətin ən fundamental impulsu olmuşdur. Fərd olmaq ünsiyyət qurmaq mənasına gəlmişdir. Digərləri ilə ortaq şəkildə bir həyat sürmək, onlardan xəbərdar olmaq insanlığın mənası olmuşdur. Söz, yəni dil insanın ən qiymətli varlığıdır. Təbiətdə bundan başqa bir zənginliyimiz yoxdur. İnsanlıq dil ilə başlamışdır. Dil ilə də inkişaf etmişdir. Həmişə sözlərimiz bizi yetişdirmişdir. Hər şeyimiz bir-birimizə izahi sözlərlə bağlıdır. Bu günün texnoloji imkanlarıyla fərq etməsək də, danışmaq bizim varlığımızdır. Bu səbəbdən tarix boyunca söz gerçək olmuşdur. Danışılanlar bir ehtimalı deyil, gerçəyi dilə gətirmişdir. Danışmaq insan olmaq mənasına gəldiyindən, sözlərə etibar etmək  insana etibar etməyin xüsusiyyətlərindən olmuşdur. Bir-birimizə möhtac olduğumuzun fərqində olduğumuz və bir-birimizin simvollarına hörmət edərək dili,  həmrəylik ilə isə insan mədəniyyətini meydana gətirmişdir. İnsan danışaraq sözləşmişdir. Yazı və ya hər hansı bir qeyd yoxkən, yalnız danışma ilə özünü gələcəyə daşımışdır.  Sözün əhəmiyyətinə dair yüzlərlə atalar sözü vardır. Çünki o zamanlar həqiqəti texnologiya ilə pərdələməmişdik. Ünsiyyətin, bir-birimizə kömək etmənin bizi ayaqda tutduğunu unutmamışdıq.

eyibarsızlıq və məna axtarışı.ETİBARSIZLIQ VƏ MƏNA AXTARIŞI

Nə zaman ünsiyyəti pərdələdik, o zaman inkişaf etmiş insan olduq. İnkişaf etmiş və inkişaf etməmiş insan ayrı-seçkiliyini etdiyimiz zaman, əslində, bir kənarlaşdırma hadisəsini reallaşdırdıq. İnkişaf etməmiş birilərini uzaqlaşdırırdıq. Təbii ki, onlarla ünsiyyəti kəsərkən bundan xəbərdar ola bilmədik. Sözlərimiz onları ehtiva etməməyə başladı. İnkişaf dediyimiz, digərlərini uzaqlaşdırmaqdan ibarət oldu.

Digər insanlara güvənməyən insan inkişaf terminini icad etdi. Bir-birimizə kömək etmək, birlikdə olmaq və bunun nəticəsində insan olduğumuz unuduldu. Eqoizmi mənimsəyərək digər insanları uzaqlaşdırdıq. Yoxsa inkişaf etmiş və ya inkişaf etməmiş anlayışı deyə bir şey niyə olsun ki? İnsan olan inkişaf etməmiş olana kömək edər, çünki biz, bir-birimiz sayəsində varıq. Minlərlə ildir bir-birimizin varlığına güvəndiyimiz üçün “insan” olduq.

Güvən bitdiyində insanlıq da bitmişdir. Gündəlik həyatını tək başına davam etdirdiyini sananlar var. Yalnız ÖZ üçün çalışarlar. Fərqində belə deyildirlər ki, minlərlə illik bir yardımın məhsuludurlar və yaradılan bu dünyada, bu sivilizasiyada “mən” yalanına inanmışlar. İnsanlara etibarlarını itirmiş, böyük insanlıqda bir kiçik fərdə bağlanmışlar. Başqalarına güvənməməklə inkişaf etmiş və inkişaf etməmiş ayrı -seçkiliyi ilə heç insani olmayan rəftarlara girişmişlər. Bunlar şübhəsiz ki, fitrətimizə zidd, təbiətimizə qarşı təşəbbüslərdir.

İndiki vaxtda insan bütünündən getdikcə qopmaqdadır. Artıq fərd olaraq bu qopma içərisində süründürülməkdəyik. Hər şey böyük ölçüdə olmağa başladı. Əvvəl eqoizm insan daxilində bir cücərti idi. Sonra bunu bəsləyərək zəngin olmaq kimi şeylərdə istifadə etdilər. Kütlələri eqoist edərək “istehlakı” aşıladılar. İstehlak əvvəl təbiət ilə, sonra da “inkişaf etməmiş” insan ilə aramızı açdı. İstehlak ilə təbiətimizi pərdələdik və maddi ehtirasları həmrəylik təməlimizə yeritdik. 60 min ildir, texnologiya nədir bilməyən insanlıq, son iki min ildə artaraq çoxalan bir inkişafa imza atdı. Elə bir inkişaf ki, 60 min ildə heç bir şərtin yox edə bilmədiyi insanlığı hər an yox edə bilər.

Bir-birimizə güvəndiyimiz on minlərlə il içərisində təbii həyat səraitində ayaqda dürüstlükqaldıq. İndi təbiətə hökm etməyimizə və tək dərdimizin özümüz olmasına baxmayaraq, yox olmağa doğru qaçmaqdayıq. Məhdud qaynaqlarımızı eqoist istehlak ehtiraslarımıza xərclədik. Etibarı və inamı buraxın, özümüzü yox etməməyi bacara bilmədik. Fitrətimizdəki güvən duyğusunu öz ailəmizə, ətrafımıza belə göstərə bilmədik. Yer üzündəki hər şeyin bizə qohum olduğunu göz ardı edib rəqiblər axtardıq. Bunun nəticəsində də bizi ayaqda tutan dünyanı məhv etdik. Heç bir aləti olmayan çılpaq amma birlik içindəki insanlıq on minlərlə il yaşayarkən, inkişaf etmiş texnologiyamız və yüksək elm anlayışımızla bir əsri daha çıxarsa özümüzü şanslı saymalıyıq.

Məna axtarışının qaynaqlarından biri də güvən duyğusunun itirilməsidir. Məlum dünyaya etibarı qalmayan insan məlum dünyanın məlum mənalarını qəbul etməz. Yeni mənalar axtarar. Artıq sözlər həqiqəti meydana gətirməkdən çox, boş olması üçün yaradılan səslərdir. İstehlak çağında mənaları da istehlak etmişik. Sözə güvən qalmadığından bizə deyilənləri sorğulamaqdayıq. İlk filosoflardan bəri fəlsəfə güvənin əskikliyini vəsf edər. Bir-birimizə inanmaqdan vaz keçdiyimizdən bəri, filosoflar mənaları axtarmaqdadır.

Həyatın mənasını aramaqdayıq, çünki ətrafımızdakı anlamlara artıq güvənməməkdəyik. Bir əksiklik var və bu bizə filosofluq etdirməkdədir. Ətraf mühitə güvənin azaldığı cəmiyyətlərdə filosofluq edilməkdədir. Güvən əksikliyi həyatın uzun tarixinə görə yeni bir şeydir. Ancaq getdikcə sürətlənməkdədir. Bunu ən yaxşı, qərbin kapitalist cəmiyyətlərində ya da antik dünyanın ticarət şəhərlərində görə bilərik. İnsanların bir-birinə güvənmədiyi, yardımlaşmadığı cəmiyyətlərdə mənaları sorğulama meyli törəyir. Bizə məna verilmədiyi üçün arayışa çıxırıq..

Mənbə: www.dmy.info
Tərcümə edən: Fidan Eyvazzadə

Beyenmeler
0   12  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook

FƏRQİNDƏLİK

FərqindəlikKeçmişdə və ya gələcəkdə yaşamaq, yaşadığımız anı qaçırmaq, bir çoxumuzun etdiyi bir xətadır. Gözəl bir mənzərə qarşısında oturarkən xoşbəxt olarıq. Lakin bu mənzərəyə baxarkən ertəsi gün olacaqları və ya keçən həftə olanları düşünsək, xoşbəxtlik itər.

Bəzən düşüncələrimizin və duyğularımızın əsiri oluruq. Düşüncələr, biz istəməsək belə zehnimizdə dolanır. Artıq biz düşüncələrimiz olmuş oluruq. Bizi onlar idarə  etməyə başlayır.

Bəzən çevrəmizdə və içimizdə olub bitənlərlə yox, beynimizdə yaratdığımız mühakimələrimizlə hərəkət edərik. Hər şeyi analiz edirik, anlamağa..çözməyə..mənalandırmağa  çalışırıq. Gözümüzlə yox, beynimizlə baxırıq. Bu intensiv mənalandırma səyi, əslində, olub bitəni hiss etməməyimizə yol açır.

Yuxarıda sayılanların hamısı, fərqində olmamağın bir göstəricisidir.

Fərqindəlik, mühakiməsiz bir şəkildə, indiki ana diqqət verə bilmək məqsədiylə diqqətinizi toplaya bilməkdir. ( John Kabat – Zinn)

Yaşam indiki anda yaşanar və  yaşamaq nəticədə bir silsilədir və indiki andan ibarət olan bir silsilədir. Lakin indiki anda psixoloji olaraq var olmaq insanlar üçün olduqca çətindir. Çox vaxt keçmişdə və ya gələcəkdə yaşayırıq və indiki təcrübələrimizi onlar haqqındakı təcrübələrimizlə buludlandırırıq. Bunu edərkən də dəyərləndirmələrimizin təcrübələrlə eyni şey olmadığını fərq edə bilmirik.

Ən təməl halı ilə, fərqindəlik, indiki təcrübələrimizlə onları qəbul edərək və mühakimə etmədən birbaşa təmas qurma ilə əlaqəlidir.

Fərqindəlik, xəbərdaredFərqindəlikicilərin dəyərləndirilmədiyi, sinifləndirilmədiyi və analiz edilmədiyi özünə xas açıq və alıcı bir şüur formasıdır. Fərqindəlikdə anlıq yaşantılara yanaşma  açıqlıq, qəbullanma, neytrallıq kimi xüsusuiyyətlərə sahibdir. Mövzumuz, təcrübəyə yönlənmədir. Təcrübəyə yönlənmə tamamilə mühakiməsizdir.

Fərqindəlik, indiki təcürbənin şüurunda olma və onu qəbul etmə anlamına gəlir.

Fərqindəlik, “Bu anda nə yaşayıram?” sualına cavab vermək üçün öz düşüncələrini, duyğularını və bədənini müşahidə etmə  yolu ilə əldə  edilən zehni bir vəziyyət olaraq təsvir edilə bilər.

Fərqindəlikdə diqqət mühakiməsiz bir şəkildə özünə fokuslanmaqdadır. Düşüncə, duyğu və fiziki hisslər mühakimə edilmədən və anlıq yaşantının adi və keçici parçaları olaraq izlənməkdədir.

Fərqindəlikdə düşüncə və duyğular rədd edilmir, mühakimə edilmir, gizlədilmir ya da onlardan qaçmağa çalışılmır. Mübət ya da mənfi bütün anlıq yaşantılar qəbullanır və sərbəst buraxılır. Beləcə, narahtlıq, kədər, qayğı, hirs kimi mənfi yaşantılara qarşı dözümlülük qabiliyyəti də artır.

Fərqindəlik, psixoterapiyada  otuz ilə yaxın bir müddətdirFərqindəlik ki, düşüncə duyğu və bədən duyumlarına bəlli bir şəkildə fokuslanmağı  məqsəd qoyan bir psixoterapiya üsulu olaraq istifadə edilməkdədir. Bu psixoterapiya üsulunun depressiya, panik atak, fobiya, vəsvəsə, stres kimi narahatlıqlarda təsirli olduğu araşdırmalarda göstərilmişdir.

Fərqindəlik, terapiyada öz duyğu və düşüncələrinə qarşı dərindüşüncəlilik..qavrama qazanmağı, diqqətin neqativ və vəsvəsəli şəkildə özünə fokuslandığı düşünmə biçimlərindən uzaqlaşmağı təmin edən bir bacarıq olaraq dəyərləndirilir.

Fərqindəlik, bir şərq fəlsəfəsidir. Sadəcə buddizmdə var olan bir fəlsəfə deyil. Fərqindəliklə bağlı bütün təməl kitablarda Mövlanə və onun anlayışına da yer verilməkdədir. Fərqindəlik daha varoluşcu və humanistik bir üsuldur.

Mənbə: www.farkindalik.info
Tərcümə etdi: Fidan Aslanova

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

TƏKAMÜL NƏZƏRİYYƏSİ HAQQINDA YANLIŞ BİLİNƏNLƏR

“Biz kölə etdiyimiz heyvanlarla bərabər olduğumuzu qəbul edə bilmirik.”  Çarlz Darvin

İstər yarandığı dövrdə, istərsə də günümüzdə Darvin və yaratdığı Təkamül nəzəriyyəsi bir çox insan tərəfindən, xüsusilə də dindarlar tərəfindən birmənalı qarşılanmayıb və kifayət qədər tənqid olunub. Adətən bu etirazlar zamanı Təkamül nəzəriyyəsinin yanlış olduğunu bildirmək üçün müxtəlif suallar verilir və bir çox fikirlər səsləndirilir.Ən acınacaqlı hal isə odur ki, bu etirazların əksəriyyəti onun nəzəriyyəsi haqqında olan məlumatsızlıqdan yaranır. Hal-hazırda bir çox insan tərəfindən Təkamül nəzəriyyəsi haqqında yanlış bilinən fikirlərə aşağıda aydınlıq gətirməyə çalışacağam:

TƏKAMÜL NƏZƏRİYYƏSİ – ADINDAN GÖRÜNDÜYÜ KİMİ NƏZƏRİYYƏDİR.
SÜBUT OLUNA BİLMƏYİB FİKRİ DOĞRUDURMU?

Bununla bağlı fikir bildirməzdən öncə fərziyyə, nəzəriyyə və qanun arasındakı fərqi bilməliyik.

FƏRZİYYƏLƏR – Ətrafımızda baş verən hadisələri izah etmək üçün yaratdığımız müvəqqəti, dəyişilməyə və inkar olunmağa son dərəcə açıq olan fikirlərdir.
NƏZƏRİYYƏLƏR – Fərziyyələr elmi olaraq xüsusi fikirlərdir. Bu fərziyyələr təcrübədən keçirildikdən sonra daha ümumi açıqlamalar əldə edilə bilər. Belə ümumi açıqlamalara isə nəzəriyyə deyilir.
QANUNLAR (Elmi həqiqətlər) – Fərziyyələri dəfələrlə təcrübədən keçirib, hər dəfə eyni nəticəyə gəldikdən sonra, artıq nəticəsinin dəyişməyəcəyi, sabit qalacağı anlaşılan təbiət qanunlarıdır.
Yazılanlardan göründüyü kimi nəzəriyyə fərziyyə ilə qanun arasında əlaqə yaradan elmi vasitə və müəyyən bir keçid dövrüdür. Elmdə “bu nədir?” sualını verdiyimiz zaman sadəcə həqiqəti öyrənirik. “Necə?” və “niyə?” sualları isə bizə o həqiqətin səbəbini və haqqında daha təfərrüatlı məlumatları çatdırar. Qısacası fərziyyələr həqiqətin inşasında, nəzəriyyələr isə açıqlanmasında istifadə olunur. Təkamül qanundur (həqiqətdir). Təkamül nəzəriyyəsi isə bu elmi qanunu açıqlayan elmi vasitədir. Bütün canlıların hüceyrədən təşkil olunması qanununu (həqiqətini) izah edən Hüceyrə nəzəriyyəsi kimi.

Bütün bunlara baxmayaraq elmdə nəinki hər hansı fərziyyə və ya nəzəriyyənin,hətta heç bir qanunun belə dəyisməyəcəyi və dayanıqlığı sığortalanmayıb. Çünki elm istənilən halda dəyişilməyə və yeniliklərə açıqdır.

TƏKAMÜL NƏZƏRİYYƏSİNİN YANLIŞ OLDUĞU SÜBUT OLUNUBMU? 
Son yüz il ərzində təkamülü dəstəkləyən 200000-dən çox məqalə yayımlanıb. Bu məqalələrdə təkamülü təsdiqləyən milyonlarla sübut yer alıb. Bugünə qədər Təkamül nəzəriyyəsini inkar etdirəcək bir elmi məqalə belə yoxdur. Baxmayaraq ki, bir çox elm adamı təkamülü təsdiqləmək deyil, əksinə yanlış olduğunu sübut etməyə çalışmışdır. Təkamül nəzəriyyəsinin yanlış olduğunu sübut etmək böyük bir nailiyyət olacağı üçün bu işi həyata keçirən elm adamı Nobel mükafatı ilə təltif olunacaq. Hər hansı elm adamının bu mükafatdan vaz keçəcəyi inandırıcı görünmür.
Eyni zamanda əlavə etmək yerinə düşərdi ki, adətən insanlar Təkamül nəzəriyyəsinə elmlə deyil dinlə qarşı çıxırlar. Amma unutmaq lazım deyil ki, elmi faktlar dinlə deyil, məhz digər elmi faktlarla inkar edilə bilər. Bununla yanaşı, Darvin daim onu dinin əleyhinə çıxmaqda günahlandıranlara, eyni zamanda elm və din qarşıdurması yaradanlara etiraz olaraq:

“Bir insan həm Tanrıya, həm də təkamül fikrinə inana bilər. Bundan şübhələnmək mənə axmaqlıq kimi gəlir.”

“Ən zidd fikirləri müdafiə etdiyim zamanlarda belə, Tanrının varlığını inkar edən ateist olmadım.” -kimi fikirlər bildirmişdir.

TƏKAMÜL MÜŞAHİDƏ EDİLƏ BİLMİR? 
Bu həqiqətə nə qədər göz yumsaq da, təkamül bir çox təcrübələrlə, müşahidələrlə və arxeoloji tapıntılarla sübut olunub. Hətta Təkamül nəzəriyyəsi hal-hazırda elmdə mövcud olan ən güclü nəzəriyyələrdən biri sayılır. Bu gücü isə 2 əsr keçməsinə baxmayaraq hələ də davam edə bilməsindən alır. Hal-hazırda siz bu sətirləri oxuduqda belə həm sizin bədəninizdə, həm də təbiətdə təkamül makro və mikro səviyyələrdə getməyə davam edir.

TƏKAMÜL BİR ANDA YARANMANI TƏSDİQLƏYİR?
Bu da ən çox edilən səhvlərdəndir. Çünki təkamül anlıq deyil, uzun müddətlik prosesdir. Kainat daim dəyişməkdədir. Yer kürəsi də kainatın bir parçası olaraq dəyişir və planet olaraq müxtəlif geoloji dövrlərdən keçir. Dəyişməz olan heç bir şey yoxdur. Bütün canlılar da kainatla, eyni zamanda Yer kürəsiylə birlikdə dəyişir və bu dəyişmə müəyyən bir zaman alır. Təbiətdə heç bir mürəkkəb quruluş anidən yaranmır. Mütləq şəkildə sadə bir başlanğıcdan başlayıb, müəyyən müddət ərzində fərqlənmə və seçmə mexanizmləriylə təkamülə uğrayaraq mərhələli şəkildə mürəkkəb quruluş əldə edir.

TƏKAMÜL BÜTÜNLÜKLƏ ŞANS VƏ YA TƏSADÜFDÜRMÜ?
Təbii ki, canlıların təkamülündə təsadüfün də rolu var. Amma təkamüldə təsadüfdən başqa da kifayət qədər təkan verici faktorlar var. Bəzi fərqlilik mexanizmləri canlılara yararlı və yararsız xüsusiyyətlər qazandırır. Yararlı xüsusiyyətlər əldə edən canlılar mühitə daha yaxşı uyğunlaşır və həyatda qalır. Yararsız xüsusiyyət qazananlarsa məhv olur. Bu şans deyil. Məsələn, həşəratlara qarşı dərmanlanmış mətbəxdə o dərmanlara qarşı immuniteti formalaşan canlılar həyatda qalacaq. İmmuniteti formalaşmayan həşəratlar isə məhv olacaq. Bu da təbii seçməyə bariz nümunədir. Təbiətdə şanslı olan və ya güclü olan deyil, daha yaxşı uyğunlaşa bilən qazanır. Havaya bir daş atıldığı zaman onun yerə düşməsi şans deyil, təbiət qanunudur. Eləcə də təbiətdə hansı canlının həyatda qalması şans yox təbii seçmə qanunu ilə müəyyən olunur.

İNSANLAR MEYMUNDAN YARANDISA NIYƏ İNDİKİ MEYMUNLAR İNSANA ÇEVRİLMİR?
İlk öncə onu demək yerinə düşər ki, Darvin “insanlar meymundan yaranıb” yox “insanlar və meymunlar eyni başlanğıcdan inkişaf edən şaxələrdir” fikrini bildirmişdir.

1

İnsanın təkamülü digər canlılarda olduğu kimi hal-hazırda da davam etməkdədir. Bundan milyonlarla il sonra necə bir canlıya çevriləcəyimiz məlum deyil. Amma təbiətin qanunları dəyişmədiyi müddətdə təkamülümüz qaçınılmazdır. Eyni şəkildə meymunlar və digər canlılar da dəyişməkdədir. Ancaq biz bunu görə bilmirik. Canlıların fiziki dəyişiklikləri makrotəkamül, genetik dəyişiklikləri isə mikrotəkamül ilə öyrənilir. Təkamül genlərdə, yəni mikrotəkamül ilə başlayır və fiziki dəyişikliklərlə, yəni makrotəkamül ilə davam edir. Makrotəkamülü hiss etməməyimizin səbəbi ömrümüzün bu dəyişiklikləri hiss etməyəcək qədər qısa olmasıdır. Biz qitələrin hərəkətini və iqlim dəyişikliklərini də anlıq hiss edə bilmirik, amma geoloji və metereoloji məlumatlarla bu yavaş gedən proseslər haqqında məlumatımız olur. Eynilə makrotəkamülün gec baş verən dəyişikliklərini də arxeoloji tapıntılar və laborator təcrübələrin nəticələri ilə öyrənə bilərik.

TƏKAMÜL HAQQINDA FİKİRLƏRİ İLK DƏFƏ DARVİN ORTAYA ATDI?
Təkamül haqqında düşüncələr b. e. ə 6-cı yüzilliyə qədər gedib çıxır. B. e. ə 6-cı yüzillikdə Anaksimander, sonralar Heraklit və b. e. ə 5-ci yüzillikdə Empedokl təkamül haqqında fikirlərə sahib olmuşdur. Ancaq Aristotel və Platonun yaradılışçı fikirlərinin sürətlə yayılması bu alimlərin təkamül haqqında olan fikirlərinə kölgə salmışdır. Təkamülü sistematik şəkildə ələ alıb ona elm xüsusiyyəti qazandıran Jan Baptist Lamark, Çarlz Layel, Erasmus Darvin(Çarlz Darvinin babası) kimi bir sıra bioloqların da müxtəlif fikirlərinin və kəşflərinin olduğu məlumdur.
Robert Ceymson – “evolution”(təkamül) terminini ilk işlədən şəxs olub.
Alfred Uolles – Darvin ilə eyni dövrdə oxşar təcrübələr aparıb eyni nəticələrə gəlib. Təbii seçmə nəzəriyyəsi bu iki böyük şəxsiyyətin şərəfinə Darvin – Uolles nəzəriyyəsi olaraq işlənir.
Təkamül haqqında kitab yayımlandıqdan 10 il sonra elm adamlarının demək olar ki, əksəriyyəti təkamül fikrini qəbul etmişdi.

İNSANDA TƏKAMÜLLƏ ƏLAQƏLİ HEÇ BİR ƏLAMƏTİN OLMAMASI FİKRİ DOĞRUDURMU?
Genlər həyatın kodlarıdır. DNT araşdırıldığı zaman təkamüllə əlaqəli bir çox faktlar üzə çıxır. Bəs mikrosəviyyədə deyil, makrosəviyyədə baxsaq və adi gözlə müşahidə etdiyimiz zaman insan bədənində təkamüllə bağlı olan əlamətlərə rast gələ bilərikmi?
Bədənimizdəki rudiment(qalıq) orqanlara və atavizmlərə(əcdadların əlamətləri) nəzər yetirsək bunu asanlıqla görə bilərik. Rudiment orqanlar özü də 3 qrupa ayrılır:
1.Tam yox olanlar
2. Bədənimizdə olan və fəaliyyət göstərməyənlər
3. Yeni funksiya əldə edənlər

10904335_1516363935317618_1294272013_n
Hal-hazırda insan bədənində 100-ə qədər rudimentin olması aşkar edilmişdir. Aşağıda onlardan bəzilərinə nəzər yetirək:
Appendiks (kor bağırsağın soxulcanabənzər çıxıntısı) – Təkamüldə əsasən bitki tərkibli qidalarla qidalandığımız üçün sellülozanı həzm etmək kimi funksiyası olan bu orqan, sonralar bitki tərkibli qidaların qida rasionumuzda azalması nəticəsində rudiment şəklə düşüb. Ancaq sonralar bu orqanın həzm sisteminin müdafiəsində rol oynadığı məlum olmuşdur.
Ağıl dişləri – Bitki tərkibli qidadan ət tərkibli qidaya keçməyimiz və beynimizin inkişafı ilə əlaqədar kiçilən çənə quruluşumuzda rudiment şəklə düşüblər. Adətən yuxarı və aşağıda, sağ və solda 1 ədəd olmaqla cəmi 4 ağıl dişi olur. Bəzi insanlarda ağıl dişi ümumiyyətlə formalaşmır. Bəzilərində isə formalaşır amma çıxmır. Eyni zamanda cəmi 1 və ya 2 ağıl dişinə rast gəlinən hallar da məlumdur. Bu say dəyişkənliyi (variasiya) özü də təkamülün bir sübutudur.
Büzdüm sümükləri – Ağacda yaşayan əcdadlarımızda quyruğun bitişdiyi nahiyyədir. Təqribən bundan 22 milyon il öncə insana başlanğıc verən şaxənin həyat tərzi ilə əlaqəli olaraq quyruq öz funksiyasını itirmiş və zaman keçdikcə yox olmuşdur. Quyruq öz tərkibindəki sümüklərlə birlikdə yox olsa da onun birləşdiyi nahiyyədəki sümüklər rudiment olaraq qalmışdır.
Üçüncü göz qapağı – Sürünənlərdə su altında görməni təmin edən, bizdə isə heç bir funksiya yerinə yetirməyən göz qapağıdır.
Qulaq seyvanı əzələləri – Əcdadlarımızda qulaqları hərəkət etdirib səsə doğru istiqamətləndirən əzələlərdir. İnsanda isə bu əzələlər rudiment halda qalmışdır.
Musculus plantaris (ayaqaltı əzələsi) – Əşyaları tutmaqda ayaqlarını da əlləri kimi istifadə edən əcdadlarımızdan bizə qalmış və insanda demək olar ki, fəaliyyət göstərməyən əzələdir. Hətta insanların 9%-də bu əzələ ümumiyyətlə olmur.
Saxta genlər – Bütün canlıların genomunda müxtəlif miqdarda rast gəlinən fəaliyyətsiz genlərdir.
Tüklərin ürpənməsi – Tüklü əcdadlarımızda mövcud olmuş reflektor prosesdir.

Bəzən insanlar əcdadlarının müxtəlif əlamətləriylə,yəni atavizmlərlə doğulması halları da məlumdur. Atavizmlərə misal olaraq quyruğun olmasısıx tük örtüyü və çoxməməliliyi göstərmək olar.

təkamül-nəzəriyyəsi-darvin

1884-cü ildən bu yana 23 quyruqlu uşaq doğulması ilə bağlı məlumat var.


TƏKAMÜLÜN BAŞ VERMƏSİ ÜÇÜN MİLYONLARLA İL LAZIMDIRMI?
Təkamülü müşahidə etmək üçün birdən daha çox nəsil lazımdır. Əgər canlı növünün ömrü qısadırsa, o zaman fiziki dəyişiklikləri (makrotəkamül) də daha asan şəkildə müşahidə etmək mümkündür. Təbii ki, təkamülün daha asan müşahidə edilməsi üçün laborator təcrübələrin aparılması lazımdır. LenskiEndler təcrübələrində istifadə olunan canlıların nəsli olduqca qısa müddətli olduğu üçün, hər dəyişən nəsil ilə birlikdə dəyişiklik (variasiya) artdığına görə illər ərzində təkamülü müşahidə etmək mümkün olmuşdur.
Məlumat olaraq deyək ki, bəzi bakteriyalar 20 dəqiqədən bir bölünərək çoxalır. Bu müddət bəzi viruslarda daha da qısadır. İnsanda ortalama nəsil törətmə müddəti 20-30 il olduğu üçün ondakı təkamülü hiss etmek olmur. Nə qədər çox nəsli müşahidə etsək təkamülü o qədər asanlıqla görə bilərik.

BÜTÜN MUTASİYALAR ZƏRƏRLİDİRMİ?
Bu fikir mutasiyaların təkamüldə əhəmiyyətli rola sahib olduğu üçün ortaya atılmış uydurma iddialardan biridir. Belə ki, mutasiyaların böyük bir qismi (90%) zərərli mutasiyalardır. Yerdə qalan hissəsi isə təsirsizdir(neytral). Zərərli mutasiyaların miqdarı növdən aslı olaraq dəyişir. Neytral və ya neytrala yaxın mutasiyalar uzun müddətdə, mərhələli şəkildə təsir edərək növə fayda verə bilər. Digər qısa müddətə böyük dəyişikliklər yaradan mutasiyalar adətən zərərlidir və ölümcül olur. Neytral mutasiyalar mühitin və digər mutasiyaların təsiri ilə yararlı və ya yararsız xüsusiyyət əldə edə bilir. Belə olan halda mutasiyalar sıçrayışlarla deyil, uzun zaman ərzində, mərhələli və canlının uyğunlaşacağı şəkildə dəyişikliklər yaradır. Beləcə, mutasiyanın zərərli təsirlərini heçə və ya çox aza endirmək mümkündür.

ARA KEÇİD FORMALARI YOXDUR? 

Qısacası ara keçid formaları, dəyişən növlərin dəyişmə mərhələlərinə uyğun canlılardır. Təkamülə qarşı olan insanların tez-tez işlətdikləri fikirlərdən biri də budur ki, ara keçid canlıları yoxdur. Belə düşünən insanlara Riçard Davkinsin verdiyi cavaba nəzər yetirək:

– Bu insanların “ara keçid canlıları yoxdur” deməsinin səbəbi, onların ara keçid canlıları haqqında qəribə düşüncələrə sahib olmasından qaynaqlanır. Bir timsahla yer sincabını göstərib “bunlar arasında ara keçid canlısı yoxdur” deyirlər. Onlar arasında ara keçid canlısı niyə olmalıdır ki? Bu insanlar elə düşünürlər ki, ara keçid canlısı müasir dövrdə yaşayan iki müxtəlif canlının görünüşlərinin qarışığı şəklində görünməlidir. Əslində, ara keçid canlısı deyə bir şey yoxdur. Çünki, tapacağınız istənilən arxeoloji tapıntı bir “şey”lə digər “şey” arasında bir “şey” olacaq.

images

скачанные файлы

1861-ci ildə sürünənlər və quşlar arasında keçid forması olan və 150 milyon il əvvəl yaşamış arxeopteriksin daşlaşmış skeleti tapılmışdır.

Yəni ki, bütün canlılar ara keçid olmağa məhkumdur. Misal üçün, günümüzdə olan insan keçmiş əcdadı ilə gələcək nəsli arasında bir ara keçid canlısıdır. Qısacası, yaşamış və yaşayan hər bir canlı ara keçid canlısıdır.
Ara keçid formalarının arxeoloji tapıntılarının az olması isə normal haldır. Yaşamış və yaşamaqda olan milyonlarla canlı növündən çox az sayda arxeoloji qalıq məlumdur. Bu az sayda qalığın da az bir qismi ara keçid formalarına sübut olaraq göstərilə bilir.

TƏKAMÜL DÜZ BİR XƏTT BOYUNCA GEDİR?
Təbii ki, bu da təkamül haqqında səsləndirilən yanlış fikirlərdən biridir. Təkamül bir növdən başqa növə bir başa çevrilmir. Bir növdən başqa növə doğru gedən dəyişmədə bir neçə fərqli növ yaranır. Təkamül bir ağacdır. Tək bir növdən başlayan və hər yeni dəyişikliklərlə bərabər qarışıq, eyni zamanda inkisaf etmiş canlılara doğru gedən inkişaf ağacıdır.

evrim agaci.jpg.800x500_q85

Bütün bu yazılanlara baxdıqca açıq-aşkar görmək olur ki, bir çox insan adətən məlumatı olmadığı halda fikir bildirir. Sonda bu yazını Çarlz Darvinin belə şəxslərə ünvanladığı aşağıdakı fikriylə tamamlamaq istəyirəm:
Cəhalət elmdən daha çox əminlik yaradır. Cahil insanlar az bilsə də, özünə olan əminliyi ilə elmin bəlkə də heçbir zaman həll edə bilməyəcəyi suallara gözəl səslənən cavablar verir. 

Hazırladı: Murad Xəlilli

Beyenmeler
0   12  
VN:F [1.9.16_1159]
Rating: +45 (from 55 votes)

Murad Xəlilli

Fitret.az yazarı. Həkim.

 
Facebook

METAFİZİKA NƏDİR?

Qədim Yunan filosofu Aristotel, Fizika adı verilən bir qrup kitab yazmışdır. İlk versiyalarından birində Aristotelin araşdırmaları, bəzi kitab qrupları Fizikadan dərhal sonra yer almışdır. Bu kitablar fəlsəfi sorğulamanın əsas sahəsi ilə əlaqəlidir və o dövrdə bir adı yox idi. Bu səbəblə ilk Aristotel mütəxəssisləri bu kitablara  “ta meta ta fizika” yəni “fizika ilə bağlı kitablardan sonra gələn kitablar” adını veriblər. Bu, “metafizika” kəlməsinin qaynağıdır.

Dolayısı ilə etimoloji olaraq metafizika, Aristotelin toplu olaraq Metafizika adı verilən kitablarının mövzusudur. Etimoloji mənada “metafizika” sadəcə Aristotelin Metafizika kitabının araşdırma mövzusu mənasındadır.

Aristotelin bu kitablarının mövzusu nə idi? Metafizika 3 bölməyə ayrılmışdır:

Ontologiya
Teologiya
Kainat- elm.

Metafizika, fəlsəfənin bir qoludur. İlk fəlsəfəçilər tərəfindən, “fizika elmlərinin kənarında qalan” mənasını verən “metafizika” sözü ilə fəlsəfəyə qazandırılmışdır.

İncələmələri varlıq, varoluş, universal, xüsusiyyət, əlaqə, səbəb, kosmos, zaman, tanrı, hadisə kimi qavramlar haqqındadır.

Fizika, müşahidə edə bildiyimiz şeyləri açıqlamağa çalışır və ətrafımızda gördüyümüz hər şeyin necə olduğunu söyləyir. Metafizika isə ətrafımızda və içimizdə var olan şeylərin “niyə” si ilə maraqlanır,  görünən ilə görünməyən arasındakı əlaqəni ortaya çıxarmağa çalışır. Qısası, fizika isbata söykənir, metafizikanın isə qəti bir isbatı yoxdur.

Belə düşünə bilərik, bir meşədə olan  axar su, biz orada olmayanda səs çıxarmağa davam edərmi? Səs dediyimiz şey bizim hislərimizə xitab etdiyinə görə və axar suyun yanında olmadığımız üçün axar suyun səs çıxarmadığını söyləməyimiz doğru qəbul edilə bilər. Çünki eşitmədiyimiz bu hava titrəşmələri o anda tam olaraq səs deyil. Ətrafımızda bir şey olanda, onu duyğularımızla qəbul edirik, yaxşı,  bəs bizim hissiyyatlarımız xaricində gerçəkləşən şeylərin varlığını mənimsəməliyikmi? Metafizika, bunu çözməyə çalışır. Buna görə də fizika, bilinən və anlaşıla bilən şeyləri açıqlayarkən, metafizika fizikanın bir açıqlama edə bilmədiyi nöqtələrdə işə keçir.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   12  
VN:F [1.9.16_1159]
Rating: +28 (from 32 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook