XƏRÇƏNG XƏSTƏLİYİNƏ PSİXOLOJİ SAVAŞ

İnsan həyatında böyük dəyişikliklərə səbəb olan xəstəliklər arasında xərçəng ilk yerlərdən birini tutur. Xərçəng diaqnozu qoyulan xəstənin həm fiziki, həm də psixoloji vəziyyətində çətin bir dövr başlanır. Diaqnoz qoyulmuş xəstənin xəstəliyə yüklədiyi anlam, xəstəliyin özündən xeyli irəliyə keçmiş olur. Xəstəyə dərman terapiyası ilə yanaşı, psixoloji dəstək də çox vacibdir.  Xəstəlik tibbi-fizioloji xəstəlik olduğu qədər, ruhi və psixo-sosial mexanizmləri də olan bir xəstəlikdir. Xəstə yaranan vəziyyətlə bağlı bir böhran yaşayır, amma onu bu böhrandan çıxarmaq mümkündür. Xərçəng diaqnozu ilə bərabər baş verən ruhi periodlar bu şəkildə sıralanır:

xərçəng xəstəliyi. şokÖNCƏ ŞOK YAŞAYIR

Vəziyyətini  öyrənən xəstə şok keçirir. Ətrafda bu cür hallarla çox rastlaşsa da, o özündə yaranan problemi qəbul etməkdə çətinlik çəkir. Öz bədəninə yadlaşmağa, ögeyləşməyə başlayır, gələcəklə bağlı bütün planları alt-üst olur. Gerçəyi şüurlu olaraq qəbul etmək istəmir, əksər hallarda inkar edir. Psixoloji müdafiə mexanizmlərindən istifadə edir. Sanki kənardan deyilənləri duymur, gerçəyi qəbul edə bilmir. Bəlkə diaqnoz yanlışdır deyə, başqa həkimlərin də qəbulunda olmaq istəyir.

REAKSİYA VERİR

Şok yaşayan insan zamanla bunu qəbul edir. Artıq baş verənləri duyğuları ilə ifadə etməyə başlayır. Bu müddətə reaksiya mərhələsi  deyilir. İnsan yoxluq, ayrılıq, ölüm düşüncələri ilə və bədəninə ögeyləşmə duyğuları ilə qarşı-qarşıya qalır. Xərçəng olduğunu bildiyi halda bunu ağzına almaqdan çəkinir. Bu dövrdə müalicə həkimlərinə, ailə üzvlərinə qarşı əsəbilik yaranır. “Niyə mən?”, “Niyə mənim başıma gəldi?” sualları ilə tez-tez özünü, xəstəliyini, vəziyyətini sorğu-sual edir və cavab tapmağa çalışır.

MÜQAVİMƏT GÖSTƏRMƏYƏ BAŞLAYIR

Üçüncü mərhələ müqavımət mərhələsidir. Bu mərhələ müalicədə aktiv müddətin başa çatması, xəstənin yeni vəziyyətə adaptasiya olmağa çalışması müddətini ifadə edir. Ölümə bu cür yaxınlaşmaq, həyata baxış, anlam, bundan sonrakı həyatı necə dəyərləndirəcəyi ilə bağlı mövzular gündəmə gəlir. Tez-tez analizlər vermək, müayinələrə getmək, bədənində yeni baş verən hər şeyi xəstəliklə əlaqələndirmək daim zehnini məşğul edir, qayğılarını daha da artırır.

GERÇƏYİ QƏBUL EDİR

Bu mərhələdə insan artıq gerçəyi qəbul edir, bütün enerjisini və ruhi gücünü yeni həyat tərzinə uyğunlaşdırmağa çalışır. Sanki bu vəziyyətinə uyğunlaşır, xəstəliyi ilə birgə yaşamağı öyrənir. Bu mərhələdə insan həyatını, keçmişini, gələcəyini, var oluşunu yenidən gözdən keçirməyə başlayır, bir yandan da kim olduğunu, həyatının məqsədləri və seçimlərini sorğulayır.

PSİXOLOJİ DƏSTƏK NƏ ÜÇÜN LAZIMDIR?

xərçəng xəstəsinə psixoloji dəstəkXəstənin davranışında baş verən dəyişiklikləri aradan qaldırmaq, həyatını daha maraqlı etmək üçün aparılan fərdi  terapiya və ya qrup terapiyası onun həyatını asanlaşdırıb, duyğu yükünün xəfifləməsinə yardım edir. Gündəlik həyatına və müalicəyə uygunlaşmasına, yeni yaşamı ilə aktiv şəkildə başa çıxa bilməsinə imkan yaradaraq, insanın xəstəliyi ilə birgə yaşamağı öyrənməsinə yardım edir. Xərçəng xəstələrində ən çox istifadə edilən psixoterapiya növü koqnitiv terapiyadır. Koqnitiv terapiyada düşüncə xətaları üzərində iş aparılır. Xəstənin depressiya vəziyyətinin irəliləməsinin qarşısı alınır.

DƏSTƏK DAVAMLI OLMALIDIR

Xəstəyə olan dəstəyin davamlı olmasına diqqət edilməlidir. Yalnız qalmasıyla özünü çökmüş, bitmiş hiss edə bilər. Digər vacib məqamlardan biri də xəstəyə xəstə olduğunu hiss etdirməməkdir. Xəstə olduğunu  hiss etdirmək getdikcə onun hər şeydən uzaqlaşmasına, edə biləcəyi işi belə etməməsinə, getdikcə həyatdan qopmasına, soyumasına səbəb olur. Tam tərsinə çalışmaq lazımdır ki, insan bacara bildiyi qədər, özünü çətinə salmadan gün ərzində bacardığı işlərlə məşğul olsun. Bu bir növ məşğuliyyət terapiyasıdır.

Xərçəng xəstələriylə  mənəvi söhbətlərin aparılması psixo-sosial yardıma böyük dəstəkdir. Dini inancları olan, Allaha inanan insanlar inanclarına söykənərək başına gələnləri üsyankarlıqla deyil, səbrlə qarşılamağa çalışır. Necə olsa hər insanın həyatında belə halların yaşanacagına, bunun bir imtahan olduğuna inanır.

Bu xəstələr yaşadığı ağrılar və psixoloji gərginlik səbəbiylə ailəsində və yaxın ətrafında olan insanlara əziyyət verə bilər. Amma bunu daha səbrlə qarşılamağınız, onlardan inciməməniz də bir dəstək növüdür. Xəstə özü də bunu anlayır.

Mənbə:  www.kimpsikoloji.com
Hazırladı: Psixoloq Rübabə

 

VN:F [1.9.16_1159]
Rating: +21 (from 21 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

SEVGİDƏ RUH EKİZİMİZ

Əsl sevginin tərifi yoxdur.

Əsl sevginin tərifi yoxdur.

İnsanlardan, həyatdan nə istədiklərini soruşduğunuz zaman, saysız cavab ala bilərsiniz. Bir çox insan daha çox pul, yaxşı bir iş, yaradıcılıq, yaxşı bir ev və buna bənzər şeylər istəyər və ya dəyişikliyə ehtiyac duyar. Lakin hər zaman var olan bir ehtiyac da var. Bunun adı «əsl sevgi»dir.

Əsl sevginin tərifi yoxdur. İnstinktiv bir hadisə olduğunu söyləyənlər var; bundan da önəmlisi hər hansı bir yerdə, hər hansı bir insan , qısaca, ruh ekiziniz sizinlə qarşılaşmağı gözləyir. Bu inancın təməlində, insanı gözləyən birinin var olduğuna inanılır və o insanın ən uyğun, mükəmməl və duyğusal yarı olduğuna inanılır. Bu barədə danışılanlarda insanların, adını bilmədikləri, heç qarşılaşmadıqları biri üçün darıxdıqlarını hiss etdikləri də bildirilmişdir.

Güclü duyğular, dəli bir sevgidən başqa bir şey olmaya bilər, iki insanın anlaşması və maraq dairələrini paylaşması hər zaman kafi deyil. Gerçək ruh ekizləri sadəcə eyni ruhlar deyil, bir-birini sevən və bir-birindən çox şey öyrənmək istəyənlərdir. «The Bridge Across Forever» adlı romanında, ruh ekizlərindən danışan Richard Bach, yaxşı bir münasibətin  ancaq zamanla inkişaf edəcəyini deyir.

Ruh ekiziylə qarşılaşan bir insan onu əvvəldən tanıyırmış kimi hiss edir. Bu hiss ya qarşısı alınmaz dərəcədə intensiv olur ya da önəmsiz bir duyğusal intensivlik olaraq keçib gedir amma hər zaman vardır. Qarşılaşdığınız insanın həqiqətən ruh ekiziniz olub olmadığını anlamaq üçün bu duyğu yaxşı bir testdir. İlk dəfələrdən o dəqiqə sevgi hiss etməyə bilərsiniz. Bəlkə illərlə bu insanla sadəcə dost olaraq qalacaqsınız. Amma yenə də ilk görüşdə bu insanı daha öncədən tanıdığınız hissinə qapılırsınız. Qısaca, duyğu vardır ama səbələri çoxdur. Hansının gerçək olduğunu bilmirik. Nəticədə, önəmli olan hiss etdiyinizdir amma yanıla biləcəyinizi də unutmamalısınız.

Yalnış olan, ruh ekizinizi axtarmaq üçün çabalamaqdır.

Yalnış olan, ruh ekizinizi axtarmaq üçün çabalamaqdır.

Əgər ruh ekizinizi tapmaq istəyirsinizsə, sizə köməkçi ola biləcək bəzi üsullar var. Bəziləri, ruh ekizinizdə olmağını istədiyiniz xüsusiyyətləri gözünüzdə canlandırmalı olduğunuzu söyləyirlər. Kimiləri, ruh ekizini axtarmaq üçün budaqdan budağa qonmaq yerinə tək başına gözləmənin daha yaxşı olacağını söyləyirlər. Hər iki vəziyyətdə duyğularınız haqqında dürüst olmağı öyrənməyiniz gərəkdir. Yalnış olan, ruh ekizinizi axtarmaq üçün çabalamaqdır. Bu, edə biləcəyiniz ən pis şeydir. Nə qədər çox xəyal etsəniz və axtarsanız, o insanı gerçəkliyinizdən o dərəcə uzaqlaşdırarsınız. Uzaqlaşma səbəbi bəlli deyil amma önəmli olan doğru zamandır. Çox vaxt insanlar ruh ekizini axtarmaqdan əl çəkib yalnız olduqlarına inandıqlarında doğru insan qarşılarına çıxır.

İnsanlara sevgi güdmədən, dost olaraq yaxınlaşsanız doğru insan birdən-birə qarşınıza çıxar.

Nəticədə, ruh ekizini axtarmağın çətinliyi sizi bezdirməsin və sadəcə məntiqli olduğu üçün yaxşı anlaşdığınızı düşündüyünüz insanlarla birlikdə olmayın. Çünki bu halda, kifayətlənməyə bilərsiniz. Ruh ekizini axtarmaq üçün didinməyi buraxın. Nə qədər çox axtarsanız, o, sizdən o qədər qaçar. Onu axtarmaqdan əl çəkdiyiniz zaman o qarşınıza çıxa bilər. Qarşı cinslə  sevgi məqsədi güdmədən, sadəcə dost olmağı yoxlayın. Bu, şansınızı artırar.

Mənbə: www.dostsite.org , “Fenomen” jurnalı.
Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +23 (from 23 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ

Fobiyanın aşkar edilməsində Zanqın özünüqiymətləndirmə cədvəlindən istifadə edilir. Bu cədvəl təşviş pozuntularının diaqnostikası və təşvişin kliniki hal kimi qiymətləndirilməsi üçün istifadə olunan vəsaitdir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərkən “nadir hallarda”, “arabir”, “tez-tez” və ya “əksər hallarda” cavablardan birini seçir. Cədvəlin 5 bəndi təşviş pozuntusunun effektiv simptomlarını, qalan 15 bəndi isə somatik simptomlarını qiymətləndirir.
Cədvəlin tətbiqetmə qaydası:
Cədvəli doldurulmazdan əvvəl müayinə edilən şəxs cədvəlin istifadə qaydası ilə tanış edilir. Cədvəl müayinə edilən şəxs tərəfindən müstəqil doldurulur. Cədvəl doldurularkən mütəxəssis bu prosesə müdaxilə etmir. Cədvəlin tam doldurulması bir neçə dəqiqə çəkir. ZARS cədvəlinin 20 bəndinin hər birinə cavab verilməlidir. Alınan cavablar qiymətləndirilərək ümumi bal hesablanır.
Sonda bu cədvəli sizə təqdim edirəm.

ZANQIN ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ TƏŞVİŞ CƏDVƏLİ:

1. Mən özümü adi halimdan daha əsəbi və təşvişli hiss edirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

2. Mən səbəbsiz qorxu hissi keçirirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

3. Məni asanlıqla məyus etmək və ya vahiməyə salmaq olar:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

4. Mən hiss edirəm ki, özümü ələ ala bilmirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

5. Mən hiss edirəm ki, hər şey yaxşıdır və heç bir pis iş baş verməyəcək:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

6. Mənim əllərim və ayaqlarım titrəyir və əsir:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

7. Mən başımda, boynumda və kürəyimdə olan ağrılardan əziyyət çəkirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

8. Mən özümü halsız hesab edirəm və tez yoruluram:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

9 Mən özümü sakit hiss edirəm və asanlıqla bir yerdə qərar tuta bilirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

10. Mən özümdə ürək döyüntülərinin tezləşməsini hiss edirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

11. Məndə başgicəllənmələr olur:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

12. Məndə bayılmalar olur (ürəkkeçmələr), hiss edirəm ki, bayılacam:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

13. Mən rahat nəfəs alıram:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

14. Mən əl və ayaq barmaqlarımda giziltilər və keyimələr hiss edirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

15. Məndə mədə ağrıları və həzm pozuntusu olur:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

16. Mən sidik kisəmin dolu olduğunu hiss edirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

17. Mənim əllərim quru və istidir:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

18. Mən üzümdə istilik hiss edirəm və qızarıram:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

19. Mən yuxuya asan gedirəm və rahat yatıb dincəlirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

20. Məni dəhşətli yuxular narahat edir:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

ZARS CƏDVƏLİ ÜZRƏ BALLARIN HESABLANMASI:
Zanqın öz-özünü qiymətləndirmə təşviş cədvəlinin 1, 2, 3, 4, 6, 7, 8, 10, 11, 12, 14, 15, 16, 18 və 20-ci bəndlərinə verilən cavablar aşağıdakı kimi qiymətləndirilir: “nadir hallarda” – 1; “arabir” – 2; “tez-tez” – 3; “əksər hallarda” – 4. Cədvəlin 5, 9, 13, 17 və 19-cu bəndlərinə verilən cavablar aşağıdakı kimi qiymətləndirilir: “nadir hallarda” – 4; “arabir” – 3; “tez-tez” – 2; “əksər hallarda” – 1.

ZARS CƏDVƏLINDƏ ÜMUMİ BALIN HESABLANMASI:
20-44 – Norma
45-59 – Yüngül və ya orta ağır dərəcəli təşviş pozuntusu
60-75 – Ağır dərəcəli təşviş pozuntusu
75-80 – Son dərəcədə ağır olan təşviş pozuntusu
Xatırladım ki, bu testi edərkən son bir həftədəki vəziyyətinizi nəzərə alaraq cavab verin.

Mənbə: az.wikipedia.org
Hazırladı: Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +38 (from 40 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

FƏRQİNDƏ OLMADIĞIMIZ XOŞBƏXTLİYİN 25 ƏLAMƏTİ

“Özünü başqaları ilə müqayisə etmə”, “Heç kimə həsəd aparma” kimi sözləri tez-tez işlədərik. Bəs necə həsəd aparmayasan ki, qonşu  yenə maşının dəyişdi, iş yoldaşım daha yüksək vəzifəyə qaldırıldı, ancaq məndə yeniliyə dəyişən bir şeylər yoxdur ki, yoxdur. Bu vəziyyətdə növbəti özünüqınaq sancısından xilas olmaq nə qədər mümkündür, hətta bunun depresiyaya və ya mədə qastritinə aparacağını bilsək belə. Ancaq kefinizi pozmağa dəyməz. Bəli, bu zəhərlənmədən də xilas olmağın çox sadə bir yolu vardır. Sadəcə bir anda dayanaraq özünüzdə var olanları təkrar gözünüzün önünə gətirərək onların nə qədər dəyərli olduğuna baxın. Və bundan sonra həyat yenə də ölçuyə gəlməz və parlaq bir şəkildə davam edəcəkdir. Həqiqətən də nə qədər gözəl yaşamağınızı anlamaq üçün bu əlamətləri sizə təqdim edirəm və bundan sonra qoyun başqaları sizə həsəd aparsın.

  1. Sizin ailə daxili münasibətləriniz bu gün əvvəlki illərlə münasibətdə daha da sakitdir.
  2. Siz arzuladığınız sərvətə sahib olmasanızda hərəkətli bir həyat yaşayırsınız.
  3. Sizə kömək və dəstək olsunlar deyə basqalarına müraciət etməkdən çəkinmirsiniz.
  4. Siz böyük məmnuniyyətlə evə qayıdırsınız.
  5. Siz daima tələblərinizi artırırsınız.
  6. Sizə yaşamağa mane olan şeylərdən kənarlaşmağı bacarırsınız.
  7. Sizə guzgudə görmək istədiyiniz adamı görəndə xoş olur.
  8. Siz daxilinizdəki qərəzlərə qarşı üğurla mübarizə aparmağı bacarırsınız, hətta artiq pozitiv düşüncələri dəstəkləyirsiniz.
  9. Sizin üçün əlindən gələni əsirgəməyən bir dostlar çevrəsinə maliksiniz.
  10. Siz artıq anlayırsınız ki, maneələr və uğursuzluqlar yüksəlişə gedən bir prosesin parçalarıdır.
  11. Sizə muxtəlif insanlardan “səni çox sevirəm”, “sən çox dəyərlisən” kimi sözlər eşitmək nəsib olmuşdur.
  12. Siz dəyişə bilmədiklərinizi qəbul edir, qəbul edə bilmədiklərinizi dəyişə bilirsiniz.
  13. Siz artıq heç nədən gileylənmirsiniz, əksinə hadisələrə fokuslanrsınız.
  14. Siz valideynlərinizi gunahlandırmırsınız, onları olduqları kimi qəbul edirsiniz.
  15. Siz başqalarının sizin haqqınızdakı fikirlərindən artıq narahat olmursunuz.
  16. Sizi keçmiş partnyorlarınızın öz yolları ilə getməsi xosbəxt edir.
  17. Siz başqalarının ugurlarını diqqətə almağı (qeyd etməyi) bacarırsınız.
  18. Siz olayları hiss etməyi və bu hisslərinizi başqaları ilə paylaşmağı bacarırsınız.
  19. Sizin vaxt və əmək sərf etdiyiniz bir məşğuliyyətiniz vardır.
  20. Siz tərifləri (kompliment) düzgün qəbul etməyi bacarırsınız.
  21. Sizin həyatınızda səbirsizliklə gözlədiyiniz hadisələr və tarixlər vardır.
  22. Sizin artıq çatmış olduğunuz hədəfləriniz vardır.
  23. Siz başqalarının dərdinə şərik olmağı bacarırsınız.
  24. Siz işinizlə böyük əlaqənizin olduğunu hiss edirsiniz.
  25. Siz sevməyi və başqasının da sizə sevgisini qəbul etməyi bacarırsınız.

Müəllif:  Dmitri Qorçakov
Hazırladı: Qüdrət Hidayətov

 

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ÖYRƏNİLMİŞ ÇARƏSİZLİK

“Bir şeyin imkansız olduğuna inansanız, ağlınız bunun niyə imkansız olduğunu sizə isbat etmək üçün çalışmağa başlayacaq. Amma bir şeyi edə biləcəyinizə inandığınızda, həqiqətən inandığınızda, ağlınız etmək üçün çarələr axtarmaqda sizə yardım etmək üçün çalışmağa başlayacaq.”
Dr. David. J. Schwartz

Öz boyundan dəfələrcə yüksəyə tullanma sayəsində rekord göstərici birələrə aiddi. Onlar boylarından 100 dəfə çox hündürlüyə tullana bilirlər. Bir insanın bu göstəricini təsdiqləməsi ücün 200 metr hündürlüyə tullanması lazımdır. Ən maraqlısı da odur ki, onlar bunu 78 saat dayanmadan davam etdirirlər.Birələr üzərində belə bir təcrübə aparılıb:
Bir gün birələri isidilmiş sacın üzərinə qoyurlar. Bu halda dayanmadan tullanan birələrin tullanma hündürlükləri 60 sm təşkil edir. Sonra birələri 30 sm hündürlükdə olan şüşə qaba qoyur və qapağını örtürlər. Tullandıqca başı şüşəyə dəyən birələr 29 sm hündürlükdə tullanmağa başlayırlar. Bir müddət belə saxladıqdan sonra qapağı götürürlər, qabı açıq səkildə isitməyə başlayırlar. Lakin birələr tullandıqları halda heç cür qabdan çıxa bilmirlər. Çünki artiq 29 sm hündürlüyə tullanacaqlarını qəbullanmışlar.
öyrənilmiş çarəsilik, şüşə tavan sindiromuBu hadisəni insanlara da şamil etmək olar. Qarşılaşdığımız əngəllər və müvəffəqiyyətsizliklər insanı ümidsizliyə sövq edir. Bacarmayacağına inandırır. Bütün bunlar isə özlüyündə qabiliyyətləri koraldır, zənn edirsən ki, artıq heç nə bacarmırsan.

Bu sınaq canlıların bacara bilməyəcəklərini necə öyrəndiklərini göstərir. Bu birələrin yaşadıqlarına “şüşə tavan sindromu” deyilir. Psixologiyada “şüsə tavan sindromuna” “öyrənilmiş çarəsizlik” də deyilir. Öyrənilmiş çarəsizlikdə, məğlub olduğuna uzun müddət inansan,  məğlub olma gerçəkləşir. Öyrənilmiş çarəsizlik içərisində olmaq insanı ətalət halına salır.

Ətaləti yaradan inanc və düşüncələr bunlardır:

Dəyişməzlik inancı : “Belə gəlib, belə də gedəcək”;
Təsirsizlik inancı : “Bu işə yaramaz ki”;
Gərəksizlik inancı: “Etsəm nə dəyişəcək ki?”;
Yararsızlıq inancı: “Bunu etməmin heç bir faydası olmaz”;
Gecikdirmə inancı: “Bunu daha sonra edərəm”;
Nəzarətsizlik inancı: “Bunu etmək mənim əlimdə deyil ki”;
Yetərsizlik inancı: “Mən kiməm ki, bunu edim”;
Mükəmməliyətçilik inancı: “Ən yaxşısını edə biləcək səviyyəyə çatana qədər heç bir şey etməməliyəm”;
Müvəffəqiyyətsizlik gözləntisi: “Bu iş mənlik deyil, özümü biabır edərəm”;

Yaşanan uğursuzluqlar bizə üç şeyi unutdurur:
– Daha böyük xəyallar qura bilməyi ;
-Təkrar sınama cəsarətini ;
– Daha artığını bacara biləcəyimizə olan özgüvəni ;
öyrənilmiş çarəsilik, şüşə tavan sindiromuİnsan özünə bir sərhəd müəyyənləşdirmişsə, o sərhəddə qədər çalışır və ondan sonrasının ola biləcəyini düşünmür belə. Bu sindrom insanda yetərsizlik duyğusu yaradır. Bu insanın ola biləcəyinə inandığı ən üst nöqtə onun şüşə tavanıdır. Şüşə tavanınız xəyallarınızın tavan yüksəkliyini göstərir. İnsan inandığına bərabərdir. Edə biləcəyini düşündüyü qədərdir.
Bu sindrom təkcə zehni olaraq təsir etmir. Stress həm də fiziki bədənə təsir göstərir. Yorğunluq, halsızlıq, çəkı itkisi və ya əksinə həddən artıq çəki alma, həzm sisteminin pozulması və s.  baş verir. Beyin düzgün çalışmadığı üçün bu digər orqanlara da təsirsiz ötüşmür.
Öyrənilmiş çarəsizlik və ətalətdən qurtulmanın başlıca yolu fərqində olmaq, hərəkətə keçmək və özgüvəni yenidən qazanmaqdır.

Hazırladı: Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +24 (from 24 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı