QURBAN ƏNƏNƏSİ TARİXİ

Xüsusi

türk-qurbanQurban ənənəsi Hinduizmdə çox əhəmiyyətli bir yerə malikdir. Tanrılara üçün edilən hər şey qurbandır. Hinduizmdə qansız qurbanlar daha yayğındır. Ancaq yaz və qış gün yubileyləri münasibəti ilə qanlı qurbanların da Tanrılara təqdim edildiyini görə bilərik. Bu qanlı qurbanların ən böyüyü və xüsusi bir mərasim tələb edənlər “Soma” qurbanıdır. Somada keçi və inək kimi heyvanlar qurban edilir. Tanrıların hirslərini təskinlik etmək məqsədilə təqdim edilən bu qurbanların yanında, xüsusi hədiyyələr də Tanrılara təqdim edilmişdir. Hinduizmdə sunaklarda ən yaxşı heyvanların qurban edilməsi və ətlərinin yaxşı qisimlərinin yenə buradakı atəşdə yandırılma ənənəsi vardır. Hinduizmin bir xüsusiyyəti də ölmüş kəslər üçün qurban kəsmə şərtini gətirmiş olmasıdır. Hinduizmin görə, ölülər qurbansız ac qalırlarmış.

qurban ənənəsi.Qədim çağlarda insan qurban edilməsi, bir növ təmizlənmə və sehr vasitəsi idi. Ailənin ilk uşağı Tanrıya aid qəbul edilir və qurban edilməsi lazım idi. Misirlilər isə it başlı olaraq təsvir etdikləri insanlara “Ani” deyirlər və onları “Ay Tanrısı”-na qurban olaraq təqdim edirdilər.

M. Eliade, Anadoluda xüsusilə ilk çağlarda məhsul mövsümü ilə əlaqədar edilən insan qurbanı və baş kəsmə ayinlərinə nümunə olaraq Frigyalıları ələ alır.

Frigyalılar əsrlər əvvəl məhsul yığımı zamanı insanları, başlarını kəsmək surətiylə qurban etdiklərini, hətta əldə mövcud dəlillərə görə, o zamanlar bu adətin Şərqi Aralıq dənizinin hər tərəfində məşhur olduğunu qeyd.

ibrahim-qurbanİslam öncəsi Ərəblərin də qədim dövrlərdə insan və ağ dəvə qurban etdikləri, əhəmiyyətli bütlərdən olan Uzzaya, oğlanlar, qızlar və əsirlər qurban edildikləri irəli sürülməkdədir. Sonradan isə insandan imtina, heyvan qurbanına keçilmişdi.

Bütlərə xüsusi qurban kəsdikləri kimi Səfa və Mərvə təpələrində tikilmiş qaya bütlərə də qurban kəsərdilər. Bu qayaların biri İsaf, digəri Nailə adlı bütdür. İsaf və Nailə iki sevgili idi və Kəbənin müqəddəsliyini kirlətdikləri üçün öldürülmüş, daha sonra əfsanələşərək müqəddəsləşmişdilər. Ərəblər, bütlərə nəzir da verirdilər. Diləkləri reallaşdığında, əhəmiyyətli işlərində və uzun səyahətlərində əhd kəsərdilər. Əhdlərinin çoxu da ilk uşaqlarının kişi olması üçün idi.

Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   12  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ORUC TUTMANIN TARİXİ

Xüsusi

oruc-günəş kultuGünəş kultuna sahib bütpərəstlərin ibadətlərindən biri də orucdur. Namaz vaxtlarını günəş vaxtı ilə təyin etdikləri kimi oruclarını da günəşin doğuş və batışına görə təyin edirdilər. Orucun başlanğıcı belə İslamiyyətdəki kimi Aya görə təsbit edilirdi. Eynilə, bu günki müsəlmanlar kimi, ayı görmək üçün növbətçi heyətlər belə qurulurdu. İslamiyyət əvvəli ərəb paqanlarının maraqlı adət-ənənələri var idi. (Hayrullah Örs, Musa Və Yəhudilik) 

Ramazan dedikləri ayda bir ay oruc tutarlar, Məkkəyə Həccə gedib Kəbənin ətrafında yeddi dəfə dönərlər, “Qara Daş”-ı (Həcərül Əsvəd) müqəddəs sayar, onu öpər və gündə dörd və ya beş vaxt namaz (salat) qılar, şeytan daşlayardılar. (Is Allah the Same God as The God of Bible?, M. J. Afshari, p 6, 8-9, İslam, beliefs And Observances, Caesar E. Farah)

oruc haqqındaAişə izah edir:

“İslamdan əvvəl Qureyş, Aşura günündə oruc tutardı.” (Buxari, e’s-Səhih, Kitabu s Savm -1)

Sabiilik, ulduz kultuna sahib olan ən qədim bütpərəst dindir. Maraqlıdır ki, sabiilərdən də 3 vaxt namaz qılar və 1 ay oruc tutardılar. Fərz orucun xaricində nafilə oruclara da sahib idilər. (İbn Nədim, El Fihrist, s. 442-445)

Quranda əvvəlki cəmiyyətlərdə da orucun olduğu yazılmışdır:

Bəqərə -183: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, oruc, sizə də yazıldı (fərz qılındı). Ola bilsin ki çəkinəsiniz.”

5350022c-cff2-4977-8a70-67677eb8ecbc-555x315Qədim dinlərində oruc, xüsusilə, rahiblərin Tanrılara yaxınlaşmağa hazır olmalarını təmin etməyə yarayan bir yoldu. Ellinizm dövrünün inanclarına görə, Tanrılar bir sıra müqəddəs təlimləri ancaq oruc tutan şəxslərə vəhy yolu ilə göndərərdilər. Bəzi qədim mədəniyyətlərdə isə oruc, hirslənən Tanrıları təskinlik etmə kimi məqsədlərə yönəlmişdi. Sibir Tungu şamanları isə, ruhlarla əlaqə qura bilmək üçün oruc tutardılar. Bütün dinlərdə, müəyyən zamanlarda oruc tutma ənənəsi vardır. Budda rahibləri, yenə müəyyən günlərdə oruc tutaraq günahlarını etiraf edərək, təmizlənəcəklərinə inanarlar. Hindistanda Sadhular yenə günahlarından təmizlənmək üçün oruc tutarlar. Çində Yang qanununun başlamasından əvvəl müəyyən bir müddət oruc tutulur.

Müəllif: Vüsaləddin Rüstəmov

 

Beyenmeler
10   1  
VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

RUH MÖVCUDDURMU?

Xüsusi

ruh halıÇoxumuz gündəlik həyatda saysız duyğuya qapıla; xoşbəxt ola, əsəbləşə, sıxılar, aşiq ola bilərik… Bunları ümumi bir kateqoriya qoysaq xalq arasında “ruh halı” olaraq qəbul edirik. Bir çox gündəlik cümlələrimizin içərisində də bunu istifadə edrik; məsələn, “Ruh halım çox bərbad” kimi. Yaxşı, həqiqətənmi bunlar bizim ‘ruh halımız’dır. Ki, bu şəkildə təsvir edilərək dilə gətirilir?
Bu kimi vəziyyətlərdə nəzərdə tutulan “ruh” nədir?

Xalq arasında çox məşhur olan zənnlərdən biri də bizim duyğularımızı əsl ortaya qoyan şeyin, bizim ruhumuz olduğudur. Bu məlumatın mənbəyinə baxacaq olsaq, çox köhnə çağlara getməmiz lazımdır. Əvvəlki əsrlərdə başlayan ruhun olduğuna dair ilk inancları, öldükdən sonra diriləcəklərinə inanıb məzarlarını otaq şəklində edən, atları və ya qiymətli əşyalarıyla basdırılan sivilizasiyaları dəlil kimi ortaya qoya bilərik. Din ilə bağlaşmış olan bu ruh anlayışı, əvvəllər yalnız insanlarda deyil, təbiətin hər yerində ola biləcəyini ortaya qoyurdu. Günəş tanrıları, su tanrıları, bərəkət tanrıları bax bu şəkildə formalaşaraq meydana gəlmişdir. Yanardağın belə bir ruhu olduğunu düşünən bu insanlar çox uzun illər içərisində bunun ruhla bir əlaqəsi olmayıb, təbiətin bir nizamı olduğunu və onları tanrı olaraq gördükləri səbəblərin arxasında yalnız təbii səbəblər yatdığını görəndə, təbiətə aid şeylərin bir ruhu olmadığını anlamışlar və zamanla qəbul etmişlər.

ruhlar və dinGünümüzə baxdığımızda, bizim cəmiyyətimizdə, insanların ruhu olduğuna dair düşüncə çox məşhurdur. Bunun əsl səbəbi yenə dinlə bağlılığa dayanır. Ümumən dinlərə baxsaq, öldükdən sonra dirilmə, bədənin çürüyüb ruhun eyni qalması, ruhun mükafatlandırılması və ya cəzalandırılması, tanrıyla qurulan ünsiyyətin yalnız ruh vasitəsilə edilə bilməsi kimi vəziyyətlər olduğu üçün inanclı birinin ruhun olduğuna inanması absurd görüləcək bir vəziyyət deyildir. Lakin bu vəziyyət, onların düşüncələrini heç bir şəkildə doğrulamaz. Cəmiyyət içərisində elm irəlilədikcə düşüncələr dəyişdi, tanrılar getdi və ruhlar yox oldu. Amma cəmiyyətimizə baxdığımızda insanların ruhunun olduğu düşüncəsi hələ də çox məşhur olaraq görülməkdədir.

Elmi çalışmalar sayəsində duyğularımızın beynimizdə iştirak edən limbik sistemimizdəki talamus, amygdala və hippocampus kimi strukturlar tərəfindən kontrol edildiyi kəşf edilmişdir. Yəni bilindiyinin əksinə, bizim ruhumuz kədərlənməz, əsəbiləşməz, aşiq olmaz, xoşbəxt olmaz, bunların hamısı beynimizdə əlaqədar hissələr tərəfindən nəzarət altına alınıb bu şəkildə hiss etməmizi təmin edər. Bir digər mövzu olan psixologiya, ruh elmi mənasını gəlsə də və düzəltməyə çalışıldığı sahəni hər nə qədər “ruh sağlamlığı pozuqluğu” olaraq təbir etsək də, bunlar da sinir sistemi problemlərindən başqa bir şey deyildir.

ruh-psixologiyaİnsanın özünü xüsusi bir varlıq olaraq xarakterizə etmək istəməsi də imtiyazlı olaraq bir ruha sahib olduğunu düşünməsinə səbəb ola bilər. Lakin bizim digər canlılardan üstün olduğumuz deyilə bilməz. Bizdən daha sürətli, daha güclü, daha dayanıqlı və bir çox mövzuda daha üstün olan milyonlarla canlı yaşayır. Bizim tək üstünlüyümüz beynimizin inkişaf etmiş olmasıyla əlaqəlidir ki bu vəziyyətdə üstünlük yarışından söhbət gedə bilməz. Ruhumuzun olduğuna dair düşüncələrin olmasına yol açan digər bir faktor də yaşadığımız planetdə digər varlıqlardan daha ağıllı olduğumuzdur. Ağıllı olmaq, duyğulara sahib olmaq, düşünmək kimi faktorlar bizi digərlərindən ayırır, lakin bu bizim ruhumuz olduğu mənasını verməz. Çünki bütün bunlar beynimizin funksiyalarının təkamülü ilə əlaqəlidir.

ruh çağırmaƏtrafımızdan və ya ictimai mediadan gördüyümüz üzrə ruhla əlaqəli bir çox xəbər və hadisə yaşanmışdır. Lakin ruhların görüldüyünü, çağırdığını, danışdığını iddia edənlər bunu heç bir şəkildə sübut edə bilməmişdir. Bu kimi hadisələrin arxasında başqalarının qazancları ola biləcəyi kimi, həm də bir qarabasma və sair duyğu yanılması da ola bilərlər. Yaxud beynimizin mükəmməl olmaması səbəbiylə əsəbi bir boşluqdan və ya narahatlıqdan bu kimi hadisələr meydana gələ bilər. Bu kimi hadisələrin düşünmədiyimiz qədər çox, ağılımıza gələ bilməyəcək qədər maraqlı şərhləri da ola bilər. Lakin doğruluğu barədə kiçik bir ehtimal belə verən hadisə hələ meydana gəlmədi.

Zaman içərisində əsrlər boyunca görüldüyü üzrə saxta-elm və metafizik səhv düşüncələr elmin işığında bir-bir izah olunmuş və bu düşüncələr tərk edilmişdir. İndiki vaxtda elmin ortaya qoyduğu məlumatlara baxsaq ruh deyə bir fakt yoxdur. Elm xaricindəki məlumatlar hər nə qədər ruhun olduğuna dair sübut təqdim etdiklərini önə sürsə də bu məlumatların günümüzə qədər heç bir sübutu da olmamışdır. Bu səbəblə var olduğu sanılan bu anlayış bir çox insanın bu dünyaya dair fikirlərində çox üstün bir rol oynadığından, mənfi istiqamətdə ediləcək hər cür hadisə və qərardan qaçınılmalı və “ruh” olduğuna dair doqmatik fikirlərdən uzaqlaşılmalıdır.

Mənbə: tanrivarmi.blogspot.com
Hazırladı: Vüsaləddin Rüstəmov 

Beyenmeler
0   8  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

HƏCC TARİXİ

Xüsusi

Həcc ibadəti bir çox cəmiyyətdə var. Yaponlar, ataları Günəşin, hələ də yaşadıqları adaya enərək bir az dolaşdığını, sonra təkrar göyə qalxdığını düşünürlər. Atalarının onlara bəxş etdiyi bu şərəfin xatirəsi olaraq Yaponlar, eyni cığırı piayada izləyərək qət edir və bu onların həcci sayılır.

qanq-nehri-həccHindistanın hindliləri fərqli bir həcc təsəvvürlərinə sahibdirlər. Tanrı görünmədiyindən, ona tənzim etmək üçün ilahi yaradıcı gücün ən böyük təzahür etdiyi yerləri ziyarət etmək lazımdır. Qanq çayi ən əhəmiyyətli çaydır. Qanqın qaynağını ziyarət etmək üçün səfər etmək hindlilərin ən əhəmiyyətli həccidir. Qanq, Alfahabad yaxınlığında, digər bir böyük çay olan Yamuna ilə birləşir və bu birləşmə yerində, xüsusilə ay və günəşin tutulmaları kimi xüsusi əhəmiyyətli vaxtlarda yuyunmaq da Hindi dininin ən böyük həcclərindən biridir.

Budda, vəhyi bir yabanı əncir ağacı altında almışdır. Əvvəl bu ağacı, sonra da bu müqəddəs ağacın köhnədən var olduğu yeri ziyarət etmək Buddistlərə görə həccdir. Bir dinin qurucusunun doğum yeri, onun dəfn edildiyi yer, bir möcüzənin meydana gəldiyi yer, müxtəlif cəmiyyətlərə görə yer üzünün fərqli bölgələrində həcc edilməsinin səbəblərini meydana gətirərlər.

İslam öncəsi Ərəblərdə Kəbə bütpərəstlərin ən müqəddəs məbediydi və bölgə xalqlarının həcc məkanıydı. Kəbə əldəki dəlillərə görə İbrahim peyğəmbər tərəfindən m.ö 800-cü illərdə inşa edildiyi bilinməkdədir. Ayrıca, Kəbə heç bir zaman Yəhudilər və Xristianlar tərəfindən müqəddəs sayılmamışdır. Tövrat və İncildə Kəbə ilə əlaqədar tək bir ayə belə olmaması bunu sübut edir. Kəbə m.ö 800-cü illərdən sonra bütpərəstlər tərəfindən Allahın evi olaraq xatırlanmağa başlanmışdır. (A Guide to the contents of Quran Faruq Sherif, Reading, 1995, pgs. 21-22., Muslim)

q%c9%99dim-k%c9%99b%c9%99-h%c9%99ccBütpərəstlər Kəbə ətrafında 7 dəfə təvaf edərdilər. Qureyş xaricindən gələn Bədəvi bütpərəstlər təvafı çılpaq olaraq görərdilər. Bütləri ziyarət, Həcərül-Əsvəd daşına əl sürtmək və öpmək, Səfa və Mərvə təpələri arasında gedib gəlmə, şeytan daşlama həcc ibadətinin ən əhəmiyyətli rituallarından idi və indi də davam etməkdədir.
Bütpərəstlərin həcc əsnasında həmişə bir ağızdan etdikləri təlbiyə də eynilə belə idi:

“Lebbeyk Allahümme lebbeyk. La şərikə ləkə illa şerikun huvə lek.Temlikuhu və ma-mələk.”

Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

BERTRAN RASSEL: DİN

Xüsusi

din-haqqindaİnsanlarda din ehtiyacını yaradan, hər şeydən əvvəl qorxudur. İnsan özünü gücsüz hiss edİər. Onu qorxudan üç şey vardır. Biri, təbiətin ona edə biləcəyi şey: Onu ildırım vura bilər və ya bir zəlzələ ilə yox ola bilər. O biri, başqa insanların ona edə biləcəyi şeylər: Bir döyüşdə onu öldürə bilərlər. Üçüncüsü, ki dinlə daha çox əlaqədardır, insanın öz ehtiraslarının ona etdirəcəyi şey; durğun bir zamanında, etdiyinə peşman olacağı şeylər. Buna görə bir çox insan böyük bir qorxu içində yaşayır. Din də bu qorxulara daha çox təslim olmasına yardım edər.

Dinin çox böyük pis təsirləri olmuşdur; çünki dinin əmri ilə insanlar, varlığı tam sübut edilməmiş şeylərə inanmaq məcburiyyətində qalmışlar və bu, hər kəsin düşüncəsini və tərbiyə sistemlərini pozmuş və tam bir əxlaq azğınlığına yol açmışdır. Nəyin doğru, nəyin səhv olduğu üzərində durmadan, araşdırmadan bəzi şeylərə inanmaq doğru, bəzi şeylərə inanmaq isə səhv sayılmışdır. Din, mühafizəkarlığı və köhnə vərdişlərə bağlılığı Allah buyruğu halına gətirməklə böyük ölçüdə zərərli olmuşdur; insanlar arasında tolerantsızlığı və kinləri ucaldıb bəsləməklə daha da zərərli olmuşdur.

Cəhənnəmi ancaq qatı ürəkli insanlar uydurmuş ola bilər. İnsanca duyğuları olanlar, yaşadığı cəmiyyət əxlaqının cəzalandırdığından cinayətləri işləyənlərin öldükdən sonra belə sonsuz işgəncələr çəkməsinə razı olmazlar. Özünü anlayan heç kim belə bir fikiri qəbul edə bilməz.

Günah, sərt ürəkli deyə biləcəyimiz bir əxlaqın özüdür. Sizi vicdan əzabı çəkmədən başqalarına işgəncə etmə yoluna götürür. Bu isə çox pis bir şeydir.

Lissabonda dinsizlərin yandırıldığı zamanlar, bəzi qurbanlar “haqq yoluna” döndüklərini söyləməklə atəşə atılmadan əvvəl boğularaq ölmək xoşbəxtliyinə çata bilirdilər. Qurbanların işgəncələr içində qıvrıldığını görmək, mənasız bir həyat içində yaşayan xalqın görüb-görəcəyi başlıca zövqlərdən biri olurdu. Dinsizləri yandırmağın doğru bir şey olduğuna inanmanın da əlbəttə bu zövqdə bir payı vardır.

ruh əzabın öz yeridir və özlüyündə
cənnəti cəhənnəm edə bilər, cəhənnəmi cənnət (Milton)

Nə qədər insan bədən həzzindən qaçaraq çöllərdə tək başlarına yaşadılar. Ətdən, şərabdan, qadından məhrum buraxdılar özlərini; həm də buna heç məcbur olmadıqları halda. Keşişliyin zərərli yanlarından biri budur ki, bədən həzzindən başqa heç bir yerdə pislik görmür. Bir insan öz-özünə işgəncə etdimi, başqalarına işgəncə etmək haqqını da tapar özündə və bu, o haqqı dəstəkləyəcək hər doqmatik sistemi qəbul etməyə aparıb çıxarır.

rassel-bertran-dinBədənlə ruh arasındakı əlaqə nə olursa olsun, bu əlaqə hər kəsin sandığından daha dərindir. O qədər ki, beyin çürüdüyü zaman, ruhun yaşamağa davam etməsi düşünülə bilməz. Tanrıya gəlincə, onun varlığına inananların irəli sürdükləri bir çox dəlil varsa da, bunların heç biri etibarlı deyil və Tanrının varlığına inanmaq istəyi olmasa, kimsə bu dəlilləri qəbul edə bilməzdi.

Yaşadığımız dünya həqiqətən bir plana uyğun olaraq reallaşırsa, bu planı edənin yanında Neron bir övliya qalar. Nəysə ki, belə tanrısal bir planın varlığını sübut edən heç bir şey yoxdur. Bu plana inananların indiyə qədər ortaya ən kiçik bir dəlil belə qoymamış olmaları, belə bir planın yoxluğunu göstərir.

Bioloji, fizioloji və psixoloji irəliləmələr bir daha göstərdi ki, təbiət hadisələri fizika qanunlarının buyruğundadır. Bax, həqiqətən əhəmiyyətli olan da budur.

Müəllif: Bertran Rassel
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus