CİNSİ STRATEGİYALARA TƏKAMÜLÇÜ YANAŞMA

133508-neanderthal-museumTəkamülçü psixoloqlar bizim əzalarımızın, vücudumuzun insan şəklini alması üçün meymunlardan ayrılıb uzun təkamül yolunu keçdiyi kimi (misal üçün, gözlərimizin, əllərimizin və s.) zehnimizin, münasibətlərimizin altında yatan zehni mexanizmlərimizin də təkamül etdiyi görüşünü müdafiə edirlər. Məhz qırtlağımız, baş barmağımız və s. təkamül etdiyi kimi. Bu zehni təkamül bir baxımdan 150 min il bundan əvvəl, daş dövründə bitmişdir. Bizimlə daş dövrü insanı arasında zehni cəhətdən nəzərəçarpan bir fərq yoxdur. Bütün müasir elmi-texniki tərəqqi, robotlar, kompüterlər və s. daş dövründə formalaşması başa çatmış zehni mexanizmlərimizin daha çox tətbiqi sayəsində mümkün olmuşdur, təkamülü ilə yox! Burada cinsi strategiyaların təkamülündən danışılırsa, bu o deməkdir ki, biz qadın və kişi psixoloji portretlərini filogenetik, tarixi, retrospektiv olaraq, geriyə gedərək başlanğıc nöqtəsini şərh etməyə girişirik. Cinslərdə olan psixoloji fərqlilikləri təkamülçü metodla izah edirik. Unutmamalıyıq ki, əks cinslərin strategiyalarının təkamülü bəzi yönləri ilə bir-biri ilə mübarizə şəraitində getmişdir.

Həyat yoldaşı seçimi kişi və qadın üçün müxtəlif problemləri bərabərində gətirir; çünki qadın və kişinin formalaşdırdıqları cinsi strategiyalar bir-birindən fərqlidir. Hər iki cins də uzunmüddətli bir yoldaş axtara bilər və uşaqlarını birlikdə yetişdirmək üçün bir ortaqlıq qura bilərlər. Bioloqlar buna ‘uzun müddətli cütləşmə strategiyası’ (long-term mating strategy) adını veriblər və bu strategiya qadın və kişidə eynidir. Digər bir strategiya isə, “qısamüddətli cütləşmə strategiyası”dır (short-term mating strategy). Bu seçim hər iki cins üçün keçərli olmaqla birlikdə, qadın və kişidə eyni cür işləməz.
Qadın və kişi arasında bu fərq əcdad qadın üçün adaptiv bir problem meydana gətirdi. Əcdad qadınlar uzunmüddətli cütləşmə strategiyası ardınca olan bir kişi ilə, qısamüddətli cütləşmə strategiyası ardınca olan kişini bir-birindən ayırd edə bilməliydi. İkisi arasında fərqi görə bilməyən qadınlar tənha ana olma və beləliklə uşağının sağqalma şansının azalması riski ilə üz-üzə qaldılar. Təbii seçmə bu bədbəxt hadisədən qorunması üçün qadını bir zehni mexanizmlə təchiz etdi. Bu mexanizmlərdən biri qadının gecikdirmə taktikasının altında yatır. Qadınlar cinsi əlaqədə olma mövzusunda kişilərdən daha diqqətli davranmağa meyillidirlər. Əcdadlarımızın yaşadığı mühitin şərtləri çərçivəsində, bu taktika, kişinin həqiqətən də uzunmüddətli bir əlaqə istədiyindən və bir gecəlik münasibət ardınca olmadığından əmin olmanın bir yoluydu.

Kişinin yalnızca sportiv məqsədli və ya seçimsiz bir cinsi həyat istədiyi, buna qarşı qadının da yalnızca bağlılıq istədiyi təkamülçü psixoloji tədqiqatlarla təsdiqlənməmişdir. Fəqət, qadının seçimsiz cinsi əlaqədən əldə etdiyi nə ola bilər ki? Əgər qadının kişini körpəylə ortada buraxmaq şansı yoxdursa, niyə qısamüddətli əlaqə ilə özünü riskə atsın ki?
Bir mümkün şərh: Əcdad qadının qısamüddətli cütləşmə strategiyasından nəsilartırmadan başqa məqsədlərdə istifadə etmiş olduğu ola bilərdi. Misal üçün, əcdad qadın məhz indiki şimpanzelərin etdiyi kimi bir miqdar qida qarşılığında qısamüddətli əlaqəyə girmiş ola bilərdi.
Bir başqa mümkün şərh: Artıq uzun müddətli bir əlaqə içində olan əcdad qadın başqa kişilərlə sportiv cinsi həyat yaşamış ola bilər, bundan olan uşağını öz yoldaşındanmış kimi göstərə bilərdi.
Qısamüddətli cütləşmə strategiyasının qadın versiyası budur.

seks tarixiOnda belə bir sual qoymaq olar: ən yaxşı strategiya hansıdır?
Potensial yararlarına rəğmən, sportiv məqsədli cinsi əlaqə əcdad qadın üçün, yenə də əcdad kişi ilə müqayisədə daha riskli idi. Uzunmüddətli yoldaşa sahib olmayan qadınlar qucaqlarında körpələri ilə ortada qala bilməkdə, uzunmüddətli yoldaşa sahib qadınlar da evlilik xarici münasibətin faş olması və bundan dolayı cəzalanma riski daşıyırdılar. Dolayısıyla, təbii seçmə, seçimsiz cinsi əlaqə mövzusunda daha diqqətli davranan kişilərdən ziyadə bu mövzuda daha diqqətli davranan kişilərin leyhinə çalışdı.
Kişilər qısamüddətli əlaqə ardınca düşməyə qadınlara nisbətdə daha meyillidirlər, çünki qısamüddətli əlaqə kişilər üçün daha az xərcli və əldə edəcəkləri fayda daha çoxdur. Min nəfər qadınla cinsi əlaqədə olan kişi potensial olaraq min uşağa sahib ola bilər. Ancaq bir qadın nə qədər kişi ilə cinsi əlaqəyə girir-girsin həyatı boyunca sadəcə bir neçə uşaq sahibi ola bilər.

Qadınlar uzunmüddətli cütləşmə strategiyasını tərcih etdikləri üçün yaxşı ata olacaqmış kimi görünməyən kişilər cütləşmə oyununda nəaliyyət qazanmadılar. Beləliklə, təbii seçmə yaxşı ata kimi görünən kişilərin leyhinə işlədi. O halda bir kişini yaxşı ata qılan şeylər nələrdir? Daş dövrü dünyasında yaxşı ata olmaqda əsas faktor atanın uşaqlarını qaynaqla təmin edib-etməməsi idi. Dolayısıyla, qadınlar xeyli qaynaq təminetmə imkanına sahib kişiləri tərcih edəcək yöndə təkamül etmiş olmalı idilər. Komediya filmlərinin ulduzu olaraq bilinən “Mae West” bu durumu ən yaxşı şəkildə təsvir etməkdədir

1980-ci illərdə amerikalı psixoloq David Buss yoldaş tərcihləri haqqındakı bu qənaətləri test etməyə başladı. Əgər yoldaş tərcihləri təbii seçmə yoluyla təkamül etmişdisə, bunlar bütün mədəniyyətlərdə və cahanşümul olmalıydı. Beləliklə, Buss və taqımı 6 qitə və 5 adada yerləşən 33 ölkədəən 10000 adamla görüşdülər.
Bütün ölkələrdə kişilərlə qiyaslandığında qadınların yoldaş tərcihlərində namizədin ekonomik gücünə həmişə daha çox əhəmiyyət verdikləri müəyyən edildi. Bununla da qadınların ər seçmədə imkanları zəngin olan kişilər lehindəki tərcihləri ilə bağlı təkamülçü qənaət təsdiqlənmiş oldu. Bunu diqqətlə ağlınızda saxlamalısınız ki, qrup ortalamaları haqqında danışırıq, fərdlər haqqında deyil ! Bəzi kişilər qadınlardan qısadır, ancaq kişilərin ortalama olaraq, qadınlardan uzun olduqları bir gerçəklikdir və bu fərq bir açıqlama gərəkdirir. Yəni, statistik cəhətdən anlamlı olan ortalama kişi və qadın dəyərləridir

Buss’un tədqiqatı dünyanın hər yerində qadınların özlərindən daha yaşlı kişiləri tərcih etdiklərini göstərdi. Bu durum, qadınlarda qaynaqları əldə etmə tutumuna sahib kişilər lehində ər seçmə ilə əlaqəli ola bilər. Kişilər yaşları irəlilədikcə, qaynaq əldə etmədə daha yaxşı duruma gəlmə meylindədir. Əks tərəfdən, cahanşümul olaraq, kişilər özlərindən daha gənc olan arvad namizədlərini tərcih edirlər. Bunun təkamülçü açıqlaması, çoxalma qabiliyyətinin kişidən ziyadə qadında daha çox yaşla bağlı olduğu gerçəyidir (bundan sonra qadınların daha tez, kişilərin daha gec çoxalma qabiliyyətini itirməsinə toxunulur-mən)

kişi və qadınSədaqət: cinsi və emosional
Keçici olmaqdan ziyadə, uzunmüddətli bir həyat yoldaşı planlandığında həm qadın, həm də kişi sədaqətli ola biləcək birisini axtarır. Ancaq kişi cinsi sədaqətə daha artıq əhəmiyyət verir, çünki kişi üçün risk daha yüksəkdir. Əgər kişi başqa bir qadınla cinsi əlaqəyə girərsə, bu arvadı üçün təhdid ünsürüdür; çünki kişi qaynaqlarının bir hissəsini başqa bir qadına yönləndirə bilər. Ancaq qadın bir başqa kişi ilə cinsi əlaqəyə girərsə, bu, kişi üçün daha böyük bir təhdid deməkdir; çünki belə bir halda qadın hamilə qala bilər və kişi zaman və enerjisinin əhəmiyyətli qismini başqa bir kişinin uşağına yatırmaq durumuna düşə bilər.

Kişi və qadın qısqanclığı
Qadının sədaqətsizliyinin kişinin çoxalmadakı müvəffəqiyyəti üzərindəki təsiri, kişinin sədaqətsizliyinin qadının çoxalma müvəffəqiyyəti üzərindəki təsirindən daha ağır olduğu üçün, kişilər cinsi sədaqət mövzusunda qadınlardan daha çox həssas olaraq təkamül etmiş olmalıdır; ki, dəlillər də bunu təsdiqləyəcək yöndədir. Bu mövzuda eksperimentlər göstərməkdədir ki, qadınlar qısqandıqlarında daha çox ərlərinin başqa qadınlara yönəlmiş duyğularından narahat olmaqdadırlar; kişilər isə arvadlarının başqa bir kişi ilə cinsi əlaqəyə girməsindən daha çox narahat olmaqdadırlar. Bütün bunlar da təkamülçü mülahizələr ilə mükəmməl surətdə uyğunlaşır.

Hazırladı: Bəhruz Şükür

VN:F [1.9.16_1159]
Rating: +6 (from 8 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

2 comments

Bir cavab yazın