CV NECƏ TƏRTİB EDİLİR

CV- CURRİCULUM VİTAE (TƏRCÜMEYİ-HAL). Hansı kariyeranı seçirsinizsə seçin, CV-ni ən başdan düzgün hazırlamaq sizə böyük bir üstünlük verəcəkdir. Bildiyimiz kimi minlərlə məzun iş bazarına eyni zamanda daxil olur, dolayısı ilə sizin ayırd edici bir yönünüzün olmağı lazım gəlir. CV-niz potensial bir iş verənin diqqətini çəkmək və bir müsahibə təyin etmək üçün istifadə etdiyiniz bacarıqlarınızın, uğurlarınızın və təhsilinizin xülasəsisdir. Hazırlayacağınız CV-ni oxuyan insanın məşğul bir insan olduğunu düşünərək iki səhfədən daha uzun yazmayın. Bundan başqa CV hazırlayarkən aşağıdakı qaydalara da riayət etməyiniz tövsiyyə edilir:

  • Yazı qaydaları və durğu işarələrinə diqqət edin.
  • Xüsusiyyətləriniz və təcrübələriniz barədə qətiyyən yalan deməyin.
  • Dil və kompüter kimi bacarıqlarınızı qeyd edin.
  • Sürücülük vəsiqənizin olub olmadığını bildirin.
  • Fotonuzu mütləq əlavə edin. ( Fotonun sadə olmasına diqqət edin. “Məni görünüşümə görə yox, biliklərimə əsasən qiymətləndirməlidirlər” kimi yersiz fikirlərdən tamamilə qaçının. CV-ə qoyulan foto, sizi yansıdan önəmli nöqtələrdən biridir.)
  • Evlilik vəziyyətinizi qeyd edin.
  • Əvvəlki işlərinizdə nə qədər maaş aldığınızı və bu işdən olan maaş tələbinizi yazmayın.
  • CV-ni kompüterdə yazın, beləcə lazım gələndə asanlıqla yeniləyə bilərsiniz.
  • Ad, familiya, adres və telefon nömrənizi yazmağı unutmayın.
  • Bəzəkli yazı şriftlərindən istifadə etməyin. İstifadə etdiyiniz şrift , açıq, oxuna bilən olsun.

A4 formatlı vərəqin sağ tərəfində foto, fotonun solunda isə:  Ad, familiya, ata adı, doğulduğunuz tarix, hal-hazırda yaşadığınız yer , əlaqə vasitələri olaraq mobil və ev telefonu, poçt adresləriniz;  ailə vəziyyəti (evli, subay), hərbi status ( əsgərlik xidmətinin olub olmaması) qeyd edilməlidir. Daha sonra isə  təhsil; dil və kompüter bilgiləri; ixtisasla bağlı bilgilər; iş təcrübəsi; getdiyiniz kurs və bu kimi fəaliyyətlər; xobbiləriniz və şəxsi keyfiyyətləriniz ( bunlar barədə çox uzun və xeyli dərəcədə əsas məqsədə yönəlik olmayan şəkildə yazmayın) göstərilməlidir.

CV-ni həm doğma, həm də xarici dildə hazırlayın. Xarici dilə önəm verən iş yerləri üçün bu dildə hazırladığınız CV-ni göndərin.

Bəzi iş yerlərinin tələbləri arasında  CV ilə yanaşı,   niyə müraciət etdiyinizi açıqlayacağınız  bir “Ön yazı” da göstərilə bilər.

Ön yazının başlığını “Hörmətli səlahiyyətli şəxs” deyə başlaya bilərsiniz. Sonu isə “Diqqətiniz üçün təşəkkür edirəm. Hörmətlə X” kimi bitirilə bilər.

Ön yazı CV-ə nisbətən daha “səmimi” yazılır. Ön yazıda müraciət etdiyiniz yerə necə faydalı olacağınız,  bu işi nə üçün istədiyiniz, özünüzü hansı mövzularda inkişaf etdirdiyiniz barəsində, hansı şəxsi keyfiyyətlərinizin və qabiliyyətlərinizin  bu işə faydalı olacağını düşündüyünüzü, hədəfləriniz barəsində qısa və aydın bir şəkildə yazmalısınız. Lakin ön yazı yazarkən CV- dəki bütün məlumatları təkrar yazmağa çalışmayın. Ön yazıda,  önə çıxarmaq, vurğulamaq istədiyimiz nöqtələr və sırf işlə bağlı olan şeylər haqqında  qısaca bildirilməlidir.

Müxtəlif qaynaqlardan CV və “Ön yazı” nümumələrini incələməyi də unutmayın.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

One comment

Bir cavab yazın