Sürətlə axıb gedən zaman içində bədənimizin yorulduğu kimi ruhumuz da müəyyən təsirlərə məruz qalır.
Sağlam bir psixologiya üçün sağlam addımlar:
1. Həyat şərtlərinizi, hərəkətlərinizi, danışığınızı, qəhvə içmək və ya yemək yemə davranışlarınızı yavaşladın. Həyatı və zamanı ardından qovmaq əvəzinə, yavaş hərəkət edərək indiki anın gözəlliyini yaşayın. Çünki bir günü anlamlı edən, o günü yaşamanızdır.
2. Yeniliklərə açıq olun. Hər yeniliyin bərabərində çətin və asan tərəflər ola biləcəyini göz önündə tutun və bunlara qarşı hazır olun. Qarşılaşdığınız çətinliklərlə başa çıxa bilmək üçün daha öncəki illər buna bənzər çətinliklərlə necə başa çıxdığınızı xatırlayın.
3. Daha öncəki illərdə qurduğunuz xəyallar gerçəkləşmədiyi üçün ümıdınızı itirməyin. Xəyal qurmağa və istəməyə davam edin. Lakin qurulan hər xəyalın ardındakı xəyal qırıqlığına da hazır olun.
4. Mükəmməli etməkdən, mükəmməl bir qadın, bir ana, bir ata, bir işçi və ya tələbə olmaqdan daha çox; yaxşı qadin, yaxşı ana, yaxşı ata, yaxşı bir işçı və ya bir tələbə olmağa səy göstərin. Sadəcə “yaxşı” olmaqla özünüzə xəta etmək imkanı verə bilərsiniz.
5. İstədiyiniz hər şeyin sizdə gizli olduğunu unutmayın. Bu üzdən özünüzə zaman ayırın; bol-bol gülümsəyin; özünüzü sevin; varlığınızın fərqində olun.Beləcə ətrafınıza daha çox zaman ayırar; icdən gülümsəyə bilər, ətrafınızdakılara daha çox sizi sevmə şansı verə bilər və onlara dəyər verə bilərsiniz.
6. Özünüzlə təmas qurun. Nə düşündüyünüz və necə hiss etdiyiniz haqqında düşünün. Özünüzlə düşüncəli, duyğulu, fiziki və məkani təmas qurmadıqca insanlara və ya həyata toxunmaq sizin üçün çətin olacaq.
7. Bir nizam, bir qayda üzərində qurulan kainata və var olmanıza hörmətlə yanaşın.Tarazlıq üzərində qurulan bir həyat tərzi stresi azaldacaqdır.Yemək, yuxu və digər həyat ehtiyaclarınızı qaydaya salın.Hər şeyin çoxu və azı arasındakı tarazlıgı öz ehtiyaclarınıza əsasən nizama salın.
8. Gözləntilərinizi nizama salin, hətta azaldın.Həyatdan gözlədikləriniz, özünüzdən gözlədikləriniz, ətrafdakılardan gözlədiklərinizi təkrar nəzərdən keçirin.Hazırkı vəziyyətə və ya şərtlərə uyğun olmayan gözləntilərinizı dəyişdirin.
9. Kiçik və ya böyük uğurlarınız qarşısında özünüzü mükafatlandırın.(səyahət etmək, istirahətə zaman ayırmaq kimi) Arada mütləq nəfəsinizi dərin və sosial əhatənizə də zaman ayırın.
10. Həyatı sadəcə bir şeylərə “sahib olmaq” üçün yaşamayın. Həyat sizə təklif edilən bir haqdır və bu haqqı sadəcə sahib olmaq üçün yaşamaq sizi xoşbəxt etməyəcək. Bu səbəbdən “sahib olmaq” üçün deyil, “olmaq” üçün yaşayın. Sadəcə olmaq istədiyiniz insan olun.
11. Sevilmək üçün deyil, sadəcə sevmənin verdiyi xoşbəxtliyi hiss etmək üçün sevin.
Mənbə: www.milliyet.com.tr
Hazırladı: Psixoloq R_M