DAHİLİK VƏ DƏLİLİK

dəli-dahiSizə sizinlə əlaqədar açıqlayacağım bəzi şeylər var.

İnsan beyninin müxtəlif işləyiş formaları var. Məsələn, hipotalamus insan beyninə əmr verir. Beləcə beyni idarə edən loblar hərəkətə keçərək ağlınıza hökm etmənizi təmin edir. Beyində bəzi funksiyalar pozulanda insan dəli olur. Yəni, buna siz belə deyirsiniz. Bu ənənəvi düşüncə formasıdır. Səhv bildiyiniz şeylər var. Dəli olmaq bəzilərinin düşündüyü kimi tənha qalmaq deyil. Dəlilik sizin əsl özünüzlə tanışma halınızdır. Dəli olmaq həyatı anlamaqdır. Lənət deyil, sehirdir. Dəli olduğunuz zaman ağıllılardan daha zənginsiniz.

İnsanlar bəzən çox emosional olur. Nifrətini, qorxusunu idarə edə bilmir. Sonra isə xəyallar, halusinasiyalar görməyə başlayır. Bəzən həyatda mövcud olmayan insanlar görür. Amma sizin dəlilik dediyiniz şey sizi sizdən daha yaxşı bilənlərin hazırladığı bir layihədir. Amma insanlığa yaraşan layihədir. Dəlilik üçün yox, layihə üçün deyirəm bunu.

Siz elə bilirsiniz ki, dəlixanadakı hər kəs dəlidir. Siz elə bilirsinizki siz ağıllısınız. Ordakılar isə dəlidir. Burda səhv edirsiniz. Dəlixana adlanan yer bayirdakılar özünü ağıllı bilsin deyə mövcuddur.

Əsl dahilik dəlilikdir. Özünü dahi sanmaq əsl dəlilikdir. Dahilik şəxsiyyətin elə bir yaradıcılıq səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan cəmiyyətin həyatında yüksək rol oynayır. Həmin şəxslərin bəziləri dahilik və dəlilik arasındakı o incə xətti keçərək ya dahilik statusunu özündə saxlayır  ya da dəliliyi.

Amerikalı riyaziyyatçı John Nash şizofreniya xəstəliyinə tutularaq 25 il elm dünyasından uzaq qalır. Lakin xəstəliyi məğlub edən riyaziyyatçı elm dünyasına qayıdır və inkişaf etdirdiyi “Oyun Nəzəriyyəsi” ilə Nobel mükafatı qazanır. Bundan başqa avropanın ən yaxşı qapıçıları arasında yer alan Andy Goran, Watsonun oğlu (Dr.Watson DNT-nin birgə kəşf və nobel mükafatçısı) superbowl oyununun qalibi futbolçu Lionel Aldridge, rus rəqqası Mary Todd Lincoln, rəssam Luis Wain, yazıçı Jack Kerouac və təbii ki, Amerika yazıçısı Edqar Allan Po həmin siyahiya daxildir.

deli-dahiDəliliyin fantastik dünyasını dolaşan Foucalta görə dəliliyin tarixi eyni zamanda ağlın tarixinin ana xəttlərini də ortaya qoyur. Ağıl özünü ancaq dəliliyin ziddində biruzə verir. Beləliklə, dəlilik cəmiyyət düzəninin varlığı üçün vacibdir. Çünki bu anlayış ancaq öz neqativinin aynasında kimlik tapa bilər.

Bu arada, dəlinin dəli olduğuna qərar verən yenə cəmiyyətdir. İnsanın sərhədləri olduğu kimi cəmiyyətin də sərhədləri vardır və cəmiyyəti yaradan çoxluq özünün varlığını yaşatmaq üçün “süzgəcdən keçirmək” sistemini hazırlamışdır. Buna görə də sistem özünün varlığını yaşatmaq üçün “mən” və “digəri” anlayışlarını aşılamışdır. Burada  isə dəli digəridir və mütləq idarə olunmalıdır. Dəli olduğu müddətdə “biz” deyə bir şey olacaq və dəlini ayırdığımız müddətdə biz “gerçək” olmağa davam edəcəyik. Dəli  isə bizi biz edən ünsürdür.

Müəllif: Şəhanə Nuriyeva

VN:F [1.9.16_1159]
Rating: +14 (from 20 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın