DEMOKRATİYA

demokratiya nədir?Bir zamanlar üst qurumdan “biriləri” geri qalan digərlərini, kütləni idarə edirdilər. Kütlə üçün qanunlar verir, qərarlar qəbul edirdilər. Bu qayda əsrlərlə davam etdi. Amma zaman-zaman kütlə bunu bəyənməməyə başladı. Etiraz etdilər. Əslində bəyənmədikləri qayda-qanunlar, qərarlar, idarə olunmaq deyildi. Bütün bunları qorxaraq sevirdilər, idarə olunmağı özləri istəyirdilər. Çünki kütlə, özünə inanmayan, özgüvəni olmayan fərdlərin çoxluğudur. Etirazları sadəcə bütün bunları bir neçə nəfərin etməsi idi. Kütlə deyirdi ki, bunu biz etməliyik. Bax o zaman “biriləri” düşündü ki, doğurdan aaa, niyə də belə olmasın? Onsuz da adı üstündə, kütlədir bu. Onsuz da verdikləri qanunlar, aldıqları qərarlar bizim o kütləyə verdiyimiz formaya uyğun olacaq. Həm bizim işimiz də yüngülləşər. Day bir də birbaş bu qayda qanunların özü ilə məşğul olmarıq. Biz, bunları hazırlayan kütlənin birbaş özünü istədiyimiz formaya salarıq. Beləliklə, bizim istədiyimiz biçimdə olan kütlənin verdiyi qanun və aldıqları qərarlar da bizim istəyimizcə olacaq. Üstəlik, bu onları ovudacaq və oyuncaqla səsini kəsən körpə kimi sakitləşəcəklər. Halbuki, oyunu quran da biz, oyuncağı ona verən də biz. Hətta oynamağı öyrədən də biz. Beləliklə, bizə düşən nədir? Oturub keyflə bu oyunu izləmək.

demokratiya-xalq
Demokratiya, həqiqətin kütləvi çoxluq içində itib-batırılması sistemidir.

Kütlə bu oyundan məmnundur. Onlar onsuz da azad olmaqdan, fədakarlıqdan, özgür qərarlar verməkdən qorxurlar. Onlar məsuliyyətdən, öz xəyallarını qurmaqdan qorxurlar. Onlara sadəcə hərəkətlilik lazımdır, hesab etsinlər ki, özləri hərəkət edirlər. Gerisi onları ilgiləndirməz. Onlar aldanmaqdan məmnundurlar. Çünki özləri məhz özlərini aldadırlar. Zamanla bu kütlə bir az da irəli getdi. Kütlə olaraq tərif olunmalarını sevmədilər. Onlara daha layiqli ad lazım idi. O zaman “biriləri” onlara ad verdi – Xalq. Dedilər ki, xalq azaddır. Demokratiya da xalqın səsidir. Kökündə birilərinin plastilin kimi evirib-çevirib formaya saldığı bu kütlə, nəticədə azadlıqdan qorxan azadlıq aşiqlərinə, qayda-qanundan qorxan qayda-qanun seçicilərinə, ən nəhayət xalqa çevrildi.

Bu sistemin adı isə o qədər sevildi, sevdirildi ki. Demokratiya… Az qala bu gün dünyanın həqiqətən də ən xoş, ən azad fikirlərini, azadlıq haqqında deyilə biləcək ən yaxşı ifadələri öz içində cəmləşdirir bu kəlimə. Demokratiya, xalqın səsi, xalqın seçimi, xalqın hakimiyyəti oldu. Amma bir sual həmişə bu sistemi altdan qaza biləcək gücdədir: -Hansı xalq?!

Demokratiya, çoxluğun hakimiyyətidir.
Demokratiya, kütlənin hakimiyyətidir.
Demokratiya, kütlə despotu, tiranıdır.

Demokratiya, həqiqətin kütləvi çoxluq içində itib-batırılması sistemidir.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +10 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın