DİN (İSLAM)  VƏ MODERNLƏŞMƏ

Modernləşmə Qərb-Avropa mərkəzli olduğu üçün və hər kəsi dəyişmə, yenilik adı altında Qərb-Avropa kimi etməyə çalışdığı üçün din (İslam) baxımından bəzi ətraflar tərəfindən xüsusilə ənənəçi seqment tərəfindən qəbul edilə bilməz bir şey olaraq görülmüş, şiddətlə tənqid olunmuşdur.

Modernizmi, “dünənə aid olmayan, yeni, sıfırlanmış bir dünya yaşamaq” olaraq qəbul etsək, bəli, İslam üçün modernizm söz mövzusu ola bilməz. Amma eyni şəkildə ənənəni də, “İslam tarixində/ənənəsində yaşanmış olanlar mövcud olanların ən yaxşısıdır” şəklində qəbul edər, bu gün də o tarixin birə-bir eynisini yaşamağa çalışsaq, İslam üçün ənənə deyə bir şey də söz mövzusu ola bilməz.

Bu mənada deyə bilərik ki, biz yuxarıdakı mənada nə ənənəçiyik, nə modernist. Biz İslam üzrəyik. İslam isə, insanı xoşbəxt edəcək, insanlığa barışı, dincliyi və dostluğu gətirəcək olan heç bir inkişafa, dəyişməyə, irəliləməyə və yeniliyə qarşı deyil. Çünki İslam, onsuz da köhnəlməyən, təzəliyini qoruyan, yeni qalmağa davam edən bir dindir.

Nəticə olaraq din və modernizm haqqında danışanda, Modernizmlə nəyi nəzərdə tutmaq istədiyimiz əhəmiyyətli bir məsələdir. Əgər Maarifçilik Dövrü ilə ortaya çıxan və dayatmacı bir ruh ilə davam edən, insanı azadlaşdırmaq yerinə kölələşdirən bir yeniliyi nəzərdə tutursunuzsa orada İslam dövrə xarici qalar. Yox, əgər İslamı kəslərə, tarixə və zaman bağlı olmaqdan qurtarmaq yəni onun universallığını ortaya qoymaq adına bir dəyişmədən, yenilikdən bəhs ediriksə və bu dəyişiklik İslama zərər vermək, İslamı yox saymaq yerinə İslamdan və İslam ənənəsindən qidalanırsa o zaman burada heç bir problem yoxdur. Tam tərsi, bu İslamın istədiyi və dəstəklədiyi bir xüsusdur.

Müəllif: Ayşə Yüksəl
Tərcümə edən: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın