DİN VƏ İDARƏÇİLİK

din və idarəçilik.1Qurani-Kərimdə da 3 cür dindən bəhs edilir:

Fərdi olaraq içdən gələn –Fitrət dini (30/30)
Bu fərdlərin birlikdə formalaşdırdığıı ictimai şüur –Sosial din (5/3)
Təhrif olunaraq mülkiyyətə çevrilmiş halı –Mərkəzləşmiş din (109/6)

Fitrət dini (30/30) Allahın təqdim etdiyi din anlayışı Allah mərkəzli deyil, insan mərkəzlidir. Amma dindarlıq Allahı araşdırmaqla məşğul oldu. Allah isə –Özünüzü araşdırın, özünüzü tərbiyə edin, özünüzü dəyişin, zatən bu prosesin tamamında məni görəcək, hiss edəcəksiniz -deyir.
İnsan mərkəzli din deyiriksə, demək fərdi inancın fornmalaşmasını təqib etməliyik. Təbii ki,bu insanın fitrəti ilə kainat ayələrinin ünsiyyətindən formalaşan bir şeydir. İç siqnalı ilə çölün uyuşması nəticəsində insanda Allah və din təsəvvürü formalaşır. Və hər bir fərd bu siqnallar arasınada doğru bağ (əql, ağıl) qurduqca fitrət vəcdə gəlir (vicdan) və insan cəmiyyətdə fərd olaraq aktivləşir. Anladığı və təsəvvür elədiyi qədər kəşf etməyə, təsir etməyə, dəyişməyə və formalaşdırmağa can atır. Bu halda o hansısa bir dini etiketi üzərində göstərmir. O sadəcə inanlr və digər bütün inanalara da sayğı duyur. Onunçün Allah birdir və müxətliflik zənginlikdir.
din və idarəçilik.2Sosial din (5/3) İnsan sosial varlıqdır. Özündə baş verən ünsiyyət (təsəvvür və ağıl), kənar ilə qurduğu ünsiyyət (ağıl və kainat) və insanla qurduğu ünsiyyət nəticə etibarı ilə onun Allah və din təsəvvürünü sosial formaya və dinamikləşdirməyə sövq edir. Bu zaman sosial din anlayışı ortaya çıxır. Və burda insanlar eyni deyil, amma sistem birdir. Şüurlanmış azlıq bir sistem formalaşdıraraq digər toplumu bu sistemə şərtlənməyə dəvət edirlər. İnsanların çoxu şərtlənməyə meylli olduğundan buna rahatca alışırlar. Əgər şüurlanmış hesab edilən azlığın dini, fərdi olaraq fitrətin ortaya qoyduqlarından, Allahın bu fitrəti yaracaq vəhyi ilə inşa etdiyindən formalaşarsa, ortada mədəniyyət olar. Elçilərin qurduqları, miras qoyduqları da budur. Yox əgər şüurlanmış sayılan azlığın dini, toplumun ümumi vəziyyətinin istismarından və ənənəvi dindarlığın üzərindən qurulmuşsa, onda ortada olanın adı imperializm olacaq. Hər iki halda sosial din insanları idarə edir kimi görünür, amma hansında ədalət, özgürlük və barış varsa, orda bu idarə insanın fərdi iradəsi ilə formalaşır. Bir növ bir-birinə işləyir.
Mərkəzləşmiş din (109/6) Qeyd etdiyim kimi, əgər fərdlərin formalaşdırdığı inanc sistemi kütləni istismara yönələcəksə, o zaman mərkəzləşmiş din, dövlət dini meydana gəlir. O zaman din Allah mərkəzli olur və mərkəzləşmiş sistemi Allahın təyin ertdiyi “canışınlər” idarə edir. din və idarəçilik.3Yəni xəlifələr, sultanlar, krallar hər zaman özlərini bu statusda görmüş və təqdim etmişlər. Bu mərkəzləşmiş dinin əsas silahı maddi-müqəddəs dəyərlər, çərçivələnmiş şəriət və bunlara bəraət qazandıran saray üləmasıdır, din alimlərdir. Və nəticədə məsuliyyətdən qaçaraq mərkəzləşmiş inanc sisteminə daxil olan təhlükəli və xurafat mərkəzli yırtıcı toplum, kütlə. Bütün zamanlarda vicdan və ədalət deyə hayqıran devrimçi insanlar (elçilər və s.) həmişə ilk olaraq qarşılarında da məhz bu dindar təbəqəni görmüşlər. Çünki, bunların işi yaxşılıq üzrə sevgi və barış təbliğ etmək, insanları azad düşüncəyə səsləmək, dindarlarınkı isə qəzəb və əsarət yayaraq şəxsi mənfəət və hakimiyyətlərini bərqərar etmək olub. Bu üzdən əsrlərlə hədis və xurafatlar uyduraraq hər kəsi və hər şeyi gözdən salmışlar. Bir zamanlar Hz.Musanın ətrafındakı ədalət carçıları cızıqlarından çıxdılar və dini təhrif elədilər. Sonra Hz.İsanın sevgi və barış carçıları da eyni aqibəti yaşadılar. Və Hz.Muhammədin barış və ədalət yayıcıları əsrlərlə müsəlman adını çeynəməklə din quraraq insanlığı istismar elədilər.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 7 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın