DİN VƏ PSİXOANALİZ

freydFreydin “Die Zukunft einer İllusion” əsərində din mövzusunda ortaya qoyduğu fikir nədir?

Freydə görə din, insanın təbiət qüvvələrinə və öz içindəki qüvvələrə (intuisiya) qarşı çarəsizliyindən qaynaqlanmışdır. Və bəşəriyyətin inkişaf prosesinin ilk dövrlərinin bir məhsuludur. Bu dövrlərdə ağıllarını daxili və xarici güclərə qarşı özlərini qoruyacaq bir şəkildə istifadə edə bilməyən insanlar, bunları bəzi qarşı güclərlə tarazlamağa çalışmışlar. Yəni ağıl vasitəsi ilə qavranılmayan qüvvələrə suveren olmağı təmin edəcək ya da onları basdırmağa yarayacaq bir sıra romantik üsullar və mexanizmlər formalaşdırmışlar. Freyd bunun qaynağının uşaqlıq dövrü təəssüratları olduğunu önə çəkir.
Təhlükəli, nəzarət edilə bilməyən və başa düşülməsi mümkün olmayan qüvvələr qarşısında insan, xatirələrində bir geriyə qaçış edər və uşaqlıqdakı, ata tərəfindən qorunmaq duyğusuna sığınır. Ata uşağın gözündə müdrikliyin, düşüncənin və gücün simvoludur. Sevgisini və qorunmasını təmin edə bilmək üçün də, əmr və qadağalarına itaət tələb olunur.
Bu formasıyla din, Freydə görə bir uşaqlıq təcrübəsinin yenilənməsidir. İnsan özünü təhdid edən təhlükələrə uşaqlığında etdiyi kimi eyni üsulla reaksiya verir. Öz etibarsızlığını məğlub edə bilmək üçün, özünü çaşdıran və qorxudan, amma eyni zamanda da qoruyan atasına təslim olur. Freyd dini, uşaqlardakı təqib edilmə fobiyasına bənzəyən nevrozlarla qarşılaşdırır. Ona görə din, uşaqlıq nevrozlarına bənzər səbəblərdən yaranan kollektiv bir nevrozdur.
Freydin dinin psixoloji köklərini araşdırması, insanların bir Tanrının varlığı düşüncəsinə necə çatdıqlarını göstərmək üçündür. Bu nəticənin ortaya qoyulması ilə, yəni bəzi psixoloji köklərə enməklə iş bitməz. Freyd dini düşüncələrin bəzi illyuziyalara söykəndiyini və beləliklə də bunların gerçək xarici olduqlarını sübut etmək iddiasındadır.

Freyd daha sonra dinin illyuzonist (xəyala söykənən) xarakterini göstərmək cəhdini da aşaraq, dini bir təhlükə olaraq şərh edir. Freyd üçün din bir təhlükədir, çünki, tarix boyunca özünə bağladığı bir sıra mənfi təşkilatların cəmiyyət içində formalaşmasını təmin edir. İnsanlara bir xəyala inanmağı öyrədir. Daha da pisi, tənqidçi düşüncənin qarşısını alır, beləliklə də zəkanın korlaşdırılmasına yol açır.  Freydin analitik işində ortaya qoymaq istədiyi şey, tənqidçi düşüncənin qadağan olunmasının müəyyən bir nöqtədə digər sahələrdəki tənqidi qabiliyyətlərin də zəifləməsinə yol açmasıdır. Beləliklə bu qadağaların ağlın gücünə maneə törədəcəyini də irəli sürər.
Freydin dinə qarşı yönəltdiyi digər önəmli tənqid, dinin əxlaqı çox şübhəli bir təmələ oturtmasıdır. Əgər əxlaqi qaydaların etibarlılığı, bu qaydaların Allahın əmri olmasına bağlıdırsa, əxlaqın gələcəkdəki varlığı ya da yoxluğu Tanrıya olan inanca uyğun olaraq dəyişəcək. Və Freyd dinin bir dağıtma, bir çöküntü, geriləmə içində olduğunu görürdü. Əgər din ilə əxlaqın bir-birlərinə olan bağlılığı qoparılmasa, gələcəkdə insanların bütün dəyər mühakimələri təhlükəyə düşəcəkdir.
Freydin dinin təhlükəyə yaradacağından  qorxduğu idealları və dəyər mühakimələri da beləliklə gün işığına çıxmış olurdu. Ağıl, insanlığın ağrılarının azaldılması və ənənəvi əxlaq. Freydin tənqidlərinə razılaşmaya bilərsiz. Çünki o, inandığı idealın nə olduğunu açıq-aşkar söyləmişdir. İnsan sevgisi, həqiqi azadlıq. Əhəmiyyətli olan Freydin bu əsas inanclarını qavramaq və bunlara qatılmaqdır.

azadlıq ağılAzadlıq və ağıl, Freydə görə, dəyişməli olaraq bir-birləriylə bağlıdırlar. İnsan ənənvi bir Tanrı illyuziyasından imtina etdiy anda, kainatdakı yalnızlığının və anlamsızlığının şüuruna varır. Ata evini tərk etmiş bir uşaq kimi, qəmli və çaşmış şəkildə ortada qalır. Məhz bu xəstəlikli və sadə fikrin aşılması, insan mərkəzli təkamülün ən əhəmiyyətli məqsədidir.
İnsan özünü, acı da olsa həqiqəti tam olaraq görə biləcək və qəbul edəcək şəkildə inkişaf etdirmək məcburiyyətindədir. Öz gücündən başqa güvənəcək heç bir şeyi olmadığına inansa, o güclərini doğru və yerində istifadə etməyi öyrənəcək. Özünü təhdid edən və qoruyan bir avtoritetin şüuraltı təzyiqindən qurtulan azad insan, ağlının gücünü istifadə edib, dünyanı və onun üzərindəki öz yerini, vəzifəsini qavraya bilər. Öz başımıza düşünməyə cəsarət edə bilmənin tək yolu, özümüzü yetkin olaraq ələ almaq və müəyyən bir nüfuzdan qorxan, ona bağlı bir uşaq kimi davranmaqdan imtina etməkdir.

Mənbə: tanrivarmi.blogspot.com; Erix Fromm: Psixoanaliz və Din
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 10 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın