DİRNAQ YEMƏ

dırnaq yeməHamımızın tez-tez rastlaşdığı, lakin fərqinə çox az vardığımız, qarşısını almağa cəhd olunmayan hallardan biri də dırnaq yemədir. Bəzən unuduruq ki, bir qüsuru aradan qaldırmaq istəyiriksə, əvvəlcə ona səbəb olan amilləri aradan qaldırmaq lazımdır. Bir çoxumuz isə bunun kökündə duran məsələlərlə heç maraqlanmırıq da. Və belə kiçik qüsurlar daha sonra uşağın psixologiyasında daha dərin başqa problemlərə də yol açır. Dırnaq yemə uşağın həyatında hansı dövrdə ortaya çıxırsa çıxsın qətiliklə bir adaptasiya və davranış pozuqluğu olaraq qəbul edilir. Dırnaq yemə davranışının altındakı ən əhəmiyyətli psixoloji problem uşağın ailədən və ətrafdan kafi və lazımlı psixoloji doyumu təmin etməməsidir.

Dırnaq yemə niyə meydana gəlir?

Dırnaq yemə davranışı araşdırıldıqda müəyyən bəzi romantik səbəblər ortaya çıxır. Bunlar- təcavüzkarlıq, hirs, kədər, çətinlik, stress, qayğı, qorxu, gərginlik, dəyərsizlik və etibarsızlıq, ailədaxili ünsiyyət problemləri, doydurulmamış, boşaldılmamış, yaşanmamış duyğular vardır bu problemin təməlində… Məsələn, ana və atasından uzun müddət ayrı qalan, yada ana və atadan yaxın maraq və sevgi görməyən uşaq dırnağını yeyə bilər. Yaxın ətrafına əsəbiləşən, onlara qarşı hirs bəsləyən uşaq dırnaq yemə davranışı sərgiləyə bilər. Çox sevdiyi bir yaxınını itirən uşaq kədəri səbəbiylə dırnaq yemə davranışına yönələ bilər. Məktəbdə ailədə qorxu yaşayan və cəzalandırılma qayğısı daşıyan uşaq dırnaq yeyə bilər. Ailədaxili şiddət, yaşanan narahatlıqlar, boşanma və ayrılıqlar da problemin ortaya çıxmasına səbəb ola bilər. Özünə etibarı olmayan uşaqlarda dırnaq yemə davranışı daha çox müşahidə olunur. Uşaqlıqda, yetkinlik dövründə dırnaq yemə çox tez-tez rast gəlinən bir problemdir. Buna görə də ailə və ətraf tərəfindən normal qarşılanır. Bu davranış uşaqlıq və yetkinlik dövründən sonra da davam edə bilər.

50 yaşında bir pasient: “Mən indiyə qədər heç dırnağımı kəsmədim. Həmişə yedim. Amma bundan çox utanıram. Adam içində dırnaqlarımı gizlədirəm. Heç kimə göstərə bilmirəm” demişdi. Məktəb və ya iş həyatında dırnağını yediyini gizlətməyə çalışan, ancaq bu davranışı tərgidə bilmədiyi üçün də daha çox gərginlik yaşayan bir çox insan vardır. Ancaq bu vəziyyət belə insanda gərginlik, günahkarlıq və hirs duyğularına yol aça bilər.

dırnaq yeməValideynlərə tövsiyələr:

Buna görə davranış özünə geniş yer tutmadan ilk meydana çıxdığı dövrdə qəti bir həll tapılmalıdır. Dırnaq yeməyə problemin ortaya çıxmasına səbəb olan faktorları tapıb onları aradan qaldırmaq ən təsirli və doğru həll edir. Ana və atalar uzun sürən dırnaq yemə davranışıyla qarşılaşdıqda bunun altında yatan psixoloji faktorların nələr ola biləcəyini öyrənmək və lazımlı tədbirləri görə bilmək üçün psixoloqlardan kömək almalıdırlar. Dırnaq yeyən adam çox vaxt dırnaq yediyinin fərqində deyil. Oyun, cizgi filmi, film, izlərkən, bir şeyə fokuslandığı zaman bir də baxır ki, dırnaqlarını yeyib.  Bəziləri dırnağını udur, bəziləri də qoparıb tüpürür. Yenə bəziləri ancaq dırnağını yeyərkən, bəzi kəslər dırnaq ətlərini də yeyirlər, ya da qoparırlar. Dırnaq yeyən uşaqlara hirslənmək, davamlı xatırlatmaq, qadağan qoymaq doğru deyil. Çünki uşaq bu cür davranışları çox vaxt fərqinə varmadan edir. Bu şüuraltı istiqamətləndirilmə ilə reallaşır. Şüur dırnaq yeyən zaman ümumiyyətlə dövrədənkənar olur. Ailələrin bu problemi aradan qaldıra bilmək üçün müraciət etdiyi müvəqqəti və qeyri-sağlam üsullar davranışın daha çox möhkəmlənməsinə və ya yeni adaptasiya və davranış problemlərinin ortaya çıxmasına səbəb ola bilər. Bu səhv üsullar – dırnağa istiot, lak, barmaqlarına boya kimi maddələr çəkmə, əlləri bağlama, cəza vermə, alçaldıcı, günahlandırıcı və ya maneə törədici ifadələr istifadə etmək. Bütün adaptasiya və davranış pozuqluqlarında olduğu kimi dırnaq yemədə də bu tip üsullar qeyri-sağlam və təhlükəlidir.

Mənbə: www.sonumut.com
Hazırladı: Aygün Ələkbərzadə

VN:F [1.9.16_1159]
Rating: +9 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın